XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

31 May 2019 - 14:55

ƏRƏB KRALLARI ORTAQ DÜŞMƏNƏ MÜQAVİMƏT AXTARIŞINDA:Səudiyyə Ərəbistanı müttəfiqlərini Tehrana qarşı yürüşə səsləyir - TƏHLİL

“Əl-Cəzirə”, 31.05.2019

 

İran Ərəb Zirvəsində səslənən “əsassız” ittihamları rədd edib. Rəsmi Tehran bildirib ki, Səudiyyə Ərəbistanı, ABŞ və İsraillə birlikdə, İrana qarşı regional əks-fikri səfərbər etmək üçün ümidsiz cəhdlər göstərir.

Səudiyyə Ərəbistanının kralı Cümə axşamı Ərəb Zirvəsində bəyan edib ki, ABŞ əsgərlərinin bölgədə yerləşdirilməsi nəzərə alınaraq, İranın Körfəzdə neft aktivlərinə yönəlik həmlələrini dayandırmaq üçün həlledici hərəkətlərə ehtiyac var.

Xarici İşlər Nazirliyi sözçüsü Abbas Musəvi bəzi ərəb ölkələri başçılarının əsassız ittihamlarını rədd edərək deyib: “Səudiyyə Ərəbistanının regional rəy səfərbərliyini ümidsiz, Amerika və sionist rejimin İrana qarşı fəaliyyətinin bir hissəsi kimi qəbul edirik”.

Kral Salman bin Əbdüləzizin şərhləri Səudiyyə Ərəbistanının Körfəz Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı (İKT) və Ərəb Birliyinin iclaslarını təşkil etdiyi zamanda səslənib.

KƏŞ zirvəsindən sonra verilən rəsmi açıqlamada neft nəqli stansiyaları və tankerlərə hücumlardan sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) öz maraqlarını müdafiə etmək hüququ dəstəklənib.

Ancaq qonşu İran və ABŞ-la yaxşı əlaqəsi olan İraq Ərəb Zirvəsinin bəyanatını etirazla qarşılayıb. O, bəyannamədəki iddaların “KƏŞ-in bütün üzvlərinin gerçək fikri olmadığını” bildirib.

İran XİN-in sözçüsü Musəvi qonşu ölkələrin işlərinə qarışmağa dair anti-İran iddialarını qınayıb: “Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatının iclasına ev sahibliyindən müsəlman liderləri arasında bölmə siyasətini yaymaq naminə istifadə edir”.

“Çılpaq təcavüz”

Ərəb və müsəlman liderlərinə müraciət edərək, kral Salman beynəlxalq birliyi “İranın digər ölkələrin işlərinə qarışmaması üçün bütün vasitələrdən istifadə etməyə” çağırıb. Onun sözlərinə görə, Tehranın hərəkətləri beynəlxalq dəniz ticarəti və qlobal neft tədarükünə dair BMT-nin müqavilələrinin pozulması deməkdir.

Səudiyyə hökmdarı deyib: “Bu, sabitliyimizə və beynəlxalq təhlükəsizliyə çılpaq təcavüzdür”.

“İranın son cinayət əməlləri… KƏŞ ölkələrinin öz təhlükəsizliyini qorumaq üçün hamımızdan ciddi şəkildə çalışma tələb edir”.

Səudiyyə xarici işlər naziri İbrahim əl-Asəf son həftələrdə Yəmənin husi üsyançıları tərəfindən Səudiyyə neft boru xəttinə və Birləşmiş Ərəb Əmirliklərinin sahillərində neft tankerlərinə təxribatın sübutunun olduğunu, dünya iqtisadiyyatı və regional-beynəlxalq təhlükəsizliyi təhdid etdiyini bildirib: “Biz buna bütün güc və qətiyyətə cavab verməliyik”.

Asəfin danışdığı görüşdə bir İran rəsmisi iştirak edib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton da Çərşənbə günü İranın tanker əməliyyatında əli olduğunu iddiasındadır. Ancaq o, heç bir sübut təqdim etməyib.

Bir İran rəsmisi Boltonun sözlərini “gülünc iddia” adlandırıb.

 

Qətərin zirvədə iştirakı

Kral Salman Məkkə zirvəsinə çıxan Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sanini dəvət edib.

2017-ci ildən blokada tətbiqindən sonra Qətərin baş naziri Şeyx Abdullah bin Nasir əl-Sani Səudiyyə Ərəbistanına ilk dəfə səfər edib.

Cümə axşamı yığıncağının videosunda Şeyx Abdullahın kral Salmana əl uzadaraq onunla salamlaşdığı göstərilir.

ABŞ-ın BMT-də keçmiş səfiri Tomas Pikerinq Qətər baş nazirinin zirvədə iştirakını əhəmiyyətli addım adlandırıb. “Dəvət qapını bir az da açıb, Şeyx Abdullahın varlığı və salamlaşması Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasına birliyin çağırış əlamətdir”.

Analitiklər ABŞ-İran qarşıdurmasında Qətərdən vasitəçilik gözləyir. Bu ayın əvvəlində Qətərin xarici işlər naziri iranlı vəzifədaşı ilə Tehranda Körfəzdə gedən gərginliyin qarşısını almaq üçün danışıqlar aparıb.

London Kral Kollecindən təmsilçisi Andreas Kriq deyib: “Vaşinqton Tehranda kanalları açmaqda Dohaya üstünlük verir. Səudiyyə Ərəbistanı və xüsusilə Birləşmiş Ərəb Əmirlikləri Dohanın vasitəçi olmasında maraqlıdır”.

“Səudilərin Qətər əmiri ilə əlaqə saxlaması İranla gərginliyin Riyadda ciddi qəbul edildiyini göstərir”, – Kriq bildirib.

Körfəz dövlətləri KƏŞ çərçivəsində birgə müdafiə qüvvəsinə malikdirlər, lakin 39 yaşlı alyans Qətərin blokadası ilə parçalanıb.

Tərcümə: Strateq.az