XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2019 - 15:41

PAŞİNYANDAN KOÇARYANA ZƏRBƏ –İkinci prezidenti qoruyan hakim prosesdən kənarlaşdırıldı - TƏHLİL

Aleksey Sarqsyan

“1in.am”, Ermənistan, 05 may 2019-cu il

 

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın cinayət təqibinin dayandırılmaması haqqında şikayət işinə baxan Apellyasiya Cinayət Məhkəməsinin (ACM) hakimi Vazqen Rştuni, nəhayət ki, “1 mart işi” üzrə istintaq qrupunun rəhbəri olan Qraç Muşeqyanın geriçəkilmə haqqındakı vəsatətini təmin etdi. Başqa sözlə, şikayətə Rştuni baxmayacaq.

Problem ondadır ki, 2018-ci ilin yayında hakim Aleksandr Azaryanın Robert Koçaryanın həbsdən azad olunması haqqında qərar verməsindən sonra Vazqen Rştuni bəyan etmişdi ki, “mən bir hüquqşünas kimi, bu qərarla razıyam”.

Bunu nəzərə alan müstəntiqin fikrinə görə, hakim Rştuni tərəfsiz ola bilməz, çünki öncədən bu iş üzrə öz mövqeyini açıq bildirib.

Müstəntiqin hakimin geri çəkilməsi haqqındakı vəsatətinə prokurorlar da qoşulub.

Onu da xatırladaq ki, mətbuatda yayılan informasiyaya görə, Robert Koçaryanın azad olunması haqqındakı qərarı əslində Apellyasiya Cinayət Məhkəməsinin üç hakimi – Apellyasiya Cinayət Məhkəməsinin sədri Vazqen Rştuni, Apellyasiya Cinayət Məhkəməsinin hakimi Arşak Vardanyan və Apellyasiya Cinayət Məhkəməsinin hakimi, Hakimlərin Ümumi Məclisinin İntizam komissiyasının sədri Mxitar Papoyan yazıb, hakim David Qriqoryan isə onu yalnız oxuyub.

Faktiki olaraq, fərz etmək olar ki, Apelyasiya Cinayət Məhkəməsinin hakimi Vazqen Rştuni köhnə rejimin dayağı və məhkəmə sistemində təxribatın təşəbbüskarı rolunda çıxış edir.

Heç kimə sirr deyil ki, inqilabadək icra və məhkəmə hakimiyyətləri bir-biri ilə tam birləşmişdi, hakimlərin fəaliyyəti isə bir mərkəzdən – prezident sarayından koordinasiya edilirdi.

Bu nöqteyi-nəzərdən, deyəsən, heç nə dəyişməyib. Məhkəmə hakimiyyəti yenə də birləşir, lakin bu halda icra hakimiyyətinin təmsilçiləri ilə deyil, köhnə rejimin təmsilçiləri ilə. Yəni, Robert Koçaryan və Serj Sarkisyan, hələ ki, məhkəmə sisteminə öz təsirlərini qoruyub saxlaya biliblər. Təsdiq etmək olar ki, hakimlərin əhəmiyyətli hissəsi əks-inqilab mövqeyindən çıxış edir və istənilən qüvvə ilə əməkdaşlığa hazırdır, təki inqilab məhkəmə sisteminə daxil olmasın.

Motiv isə çox bəsit və maddidir, hakimlər ilk növbədə öz talelərinə görə narahatdırlar. Axı yeni reallıqlar şəraitində onların bir hissəsi sistemdən sıxışdırılb çıxarıla, digər hissəsi isə həbs oluna bilər. Onların sistemdən sıxışdırılb çıxarılmasından və həbs olunmasından başqa, zərər görə biləcək universal maraqları da var. Onların hamısı maddi sərvətlərdən, yəni, ədalət məhkəməsini pula satmaq imkanından məhrum olacaqlar.

Təbii, belə şəraitdə sistem müqavimət göstərməli idi və aydınlaşır ki, hakim Vazqen Rştuni bu müqavimətin təşkilatçılarından və məntiqi olaraq, Koçaryanın dayaqlarından biridir.

Lakin o da aydınlaşır ki, peşəkar hüquqşünas mövqeyindən çıxış edənlər bəzən sadəlövh və qeyri-ardıcıl olurlar. Ötən ilin yayında cənab Rştuni hakim Aleksandr Azaryanın qərarı ilə bağlı mövqeyini sadəlövhcəsinə açıq bəyan etdi. Lakin anlamadı ki, bu ehtiyatsızlığına görə bir ildən sonra ona hakimlikdən geri çəkilməsi haqqında vəsatət təqdim ediləcək və o, növbəti dəfə ikinci prezidentin taleyini xilas edə bilməyəcək.

Təsbit edirik ki, hakim Vazqen Rştuninin geri çəkilməsi – məhkəmə işində hakimlikdən imtina etməsi Koçaryanın müdafiəsi işinə çox böyük zərbə oldu və beləliklə, ikinci prezident özünün növbəti fövqəladə mühüm dayağından məhrum oldu.

Tərcümə Strateq.az-ındır