XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 17:32

Qazaxıstanın Britaniya səfiri:"PREZİDENT SEÇKİLƏRİ RƏQABƏTLİ VƏ FƏRQLİ OLACAQ"

Erlan İdrsov,

Qazaxıstanın Böyük Britaniyadakı səfiri

“bne İntellinews”, 04.06.2019

 

Bir çox ölkə böyük siyasi hadisələrlə yalnız bir neçə dəfə qarşılaşır. Böyük Britaniyada bu, “Brexit” idi, Qazaxıstan üçün gələcək prezident seçkisidir.

O, müstəqilliyindən sonra millətimizin tarixində Nursultan Nazarbayevin iştirakı olmadan ilk seçki olacaq.

Bu, mühüm andır, ən azı yeni prezident ölkəni idarə edə-edə iqtisadiyyata təsir göstərə və gələcək onilliklərdə ikitərəfli əlaqələri inkişaf etdirə bilər.

Çoxları qorxu və ya güvənsizlik duysa da, əminəm ki, hər iki xalq siyasi və iqtisadi uğurlara hazırdır.

Qazaxıstanda keçiriləcək seçkilər millətimizin tarixində ən rəqabətli və fərqli olmağı vəd edir. Siyasi spektrdən yeddi namizəd ən yüksək vəzifəyə iddialıdır. Siyahıya “Ak Jol” partiyasından prezidentliyə ilk qadın namizəd var – Dana Yespayeva.

Mərkəzi Asiyada siyasət uzun müddət kişi peşəsi olub, qadın təmsilçiliyi isə qlobal səviyyədən geridə qalıb. Lakin uzun illər ərzində Qazaxıstan gender bərabərliyinin yaxşılaşdırılması, habelə biznes, siyasət və cəmiyyətdə qadınların təmsil olunmasını dəstəkləmək üçün konkret addımlar atılıb. Xanım Yespayeva ilə bərabər, indi bu işin bəhrəsinə şahidlik edirik. Qazaxıstan parlamentinin üzvlərinin təxminən dörddə biri, Senatın sədri, baş nazir müavini və təhsil və elm naziri qadındır.

Əlbəttə, tərəqqinin genişliyi mümkündür. Amma qadın siyasi nümayəndəliyinin 20%-dən aşağı olduğu bir regionda Qazaxıstan daha çox gender bərabərliyini dəstəkləyən aparıcı dövlətdir.

Prezident Kasım-Jomart Tokayev seçkilərin şəffaf olacağını və ən yüksək beynəlxalq standartlara uyğun keçiriləcəyini vəd edib. Hökumət olaraq biz bu vəd yerinə yetirəcəyik. Ölkə artıq səmimiliyinin konkret nümunələrini təqdim edə bilər. Məsələn, prezidentliyə namizəd Amirjan Kossanov, demək olar ki, 20 ildir ki, aparıcı müxalifət lideri indi özünə xalq dəstəyini təmin etmək üçün açıq şəkildə kampaniya aparır.

Seçki yalnız Qazaxıstan deyil, bütün qonşularımız və tərəfdaşlarımız üçün vacibdir. İqtisadi baxımdan hökumətimiz Qazaxıstanın əlverişli biznes və investisiya mühitini yaxşılaşdırmağa və inkişaf etdirməyə çalışıb. Bu səylər bizə Mərkəzi Asiyadakı bir nömrəli investisiya məkanı olma üstünlüyü verib və indi Dünya Bankının 2019-cu il Biznes İndeksində 28-ci sırada yer alırıq.

Bu məqam xüsusilə Böyük Britaniyadakı tərəfdaşlarımız üçün çox vacibdir. Britaniya – Qazaxıstanda altıncı böyük investordur və son 13 ildə iqtisadiyyatımıza 12 milyard dollardan çox sərmayə qoyub. İndi hər iki ölkə siyasi və iqtisadi landşaftımızın dəyişəcəyi bir qovşaqdadır. Biz bunu ikitərəfli əlaqələr üçün təhlükə olaraq görməməliyik, o, əmin-amanlıq və ticarəti daha da genişləndirmək üçün yaxşı imkandır. Hökumətimiz Britaniyanın yeni qlobal istiqamət yaratdığını görür və növbəti onillikdə Böyük Britaniya-Qazaxıstan əməkdaşlığının yeni dalğası ilə üzləşəcəyinə əmindir.

Ötən il açılmış Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) qısa zamanda Orta Asiyada ən böyük maliyyə mərkəzi halına gəlir. Böyük Britaniyanın bir çox şirkəti AIFC ilə Orta Asiyadakı fəaliyyətlərini genişləndirmək üçün artıq işləyir. Bu göstəricilərin gələcək illərdə əhəmiyyətli dərəcədə böyüməsi gözlənilir, çünki daha çox avropalı iş adamı Qazaxıstanın Avropa və Asiyanı birləşdirən strateji mərkəzi kimi artan əhəmiyyətini tanıyır.

Qazaxıstan – 18 milyon nəfərlik bir ölkədir, o, Qərbi Avropanın ölçüsünə bərabər torpaq sahəsidir. Bizim üçün qlobal əlaqə vacibdir. Ölkəmizin sənaye potensialını artırmaq və genişlənmiş yol və dəmir yolu şəbəkəsini inkişaf etdirmək üçün nəzərdə tutulan 9 milyard dollarlıq “Nurlı Jol” İnkişaf Proqramı – Çindən Qazaxıstana və oradan da Böyük Britaniyaya səyahət edən malların cəmi 15 günə, yəni ənənəvi dəniz marşrutlarından üç dəfə daha sürətli çatdırılması deməkdir. Bizim logistik və nəqliyyat infrastrukturumuzda artım Böyük Britaniyanın daha çox sayda müəssisəsinin öz mallarını atıq bir ay deyil, bir neçə həftəyə bazarlara çatdırması mənası verir.

Getdikcə inkişaf edən və mürəkkəb qlobal mühitdə Qazaxıstan-Britaniya strateji tərəfdaşlığı güclənir və bütün səviyyələrdə siyasi müzakirələr və görüşlərin tezliyi dərinləşir.

Qazaxıstanın prezident seçkilərinin nəticələri iyunun ortalarına qədər rəsmən təsdiq olunacaq. Aktiv iş millətimizin siyasi, sosial və iqtisadi əlaqələrini bir daha təsdiqləməyə başlayacaq. Gələcəyimizə və iki böyük millətin davamlı əməkdaşlığına əminlik var.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə