XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyun 2019 - 17:41

G20-nin gündəmi:LİDERLƏR TİCARƏT SAVAŞLARINDA ALDIQLARI YARALARLA MÜZAKİRƏ MASASI ARXASINDA KEÇİBLƏR

Frederik Kempe

“CNBC”, 27.06.2019

 

G20 bu həftəsonu ən böyük kollektiv toplantısını keçirir. 2008-ci ilin noyabr ayında, maliyyə böhranı dövründə ilk dəfə görüşən dünya liderləri qrupu artan siyasi qeyri-sabitlik, ticarət gərginliyi və qlobal iqtisadi yavaşlamanı müzakirə edəcək, lakin təhlükələr bununla bitmir.

Dünyanın ən böyük iqtisadiyyatlarının 19 lideri tarixin tektonik plitələri yerini dəyişdiyi bir vaxtda toplanır. G20 çərçivəsində ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Zinpin arasındakı görüşdə liderlərin bu çətin dəyişikliklərin gedişatına necə təsir edəcəyi aydınlaşacaq.

Əsas konfliktlər – demokratik və avtoritar kapitalist sistemləri arasındakı mübarizə, 70 illik nisbi nizamdan sonra ABŞ-ın qlobal rolunun xarakteri haqqında qeyri-müəyyənliklər, G20 də daxil olmaqla, qlobal institutların mövcudluq təhlükəsi və gələcək nəsil texnologiyaları uğrunda artan rəqabətdir.

Liderlərin mövcud təhlükələri adlamaq və uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək həvəsi varmı?

Bu an dünya liderləri bir sıra ticarət savaşlarının yaraları ilə masa arxasına keçirlər.

Prezident Trampın İrana münasibətdə kəskin dəyişmələri, Meksika sərhədində miqrasiya və tarif yüksəltmələrindən sonra bu həftə Yaponiyada vəzifədaşları ilə eyni ahəngdarlıq sərgiləyəcəyi düşünülür. 2020-ci ildə tənəzzülün ortaya çıxması təhlükəsi onun yenidən seçilməsindən asılıdır.

ABŞ-ın Federal Ehtiyatlar Fondu 2007-ci ilin sentyabr ayı ilə müqayisədə (5.25%), 2,25% -dən 2,5% -ə qədər faiz dərəcəsi tərəfdarıdır. Yaponiya və Avropanın mərkəzi bankları mənfi dərəcə ərazisindədirlər, buna görə də, onlar dərəcəni daha nə qədər azalda bilər?

Ən inkişaf etmiş iqtisadiyyatlar 2008-ci ildəkindən daha çox borc və daha çox itkiyə malikdir. Avropa Mərkəzi Bankının başçısı Mario Dragi keçən həftə iqtisadi bazarın yaxşılaşmadığı və dünya bazarlarının sakinləşmədiyi təqdirdə, yenidən monetar alətlərin istifadə ediləcəyi açıqlaması verib.

2007-2008-ci illərdə ABŞ-da tikinti bazarının iflasını proqnozlaşdırmış iqtisadçılardan biri olan Nuriel Rubini yazır: “2008-ci ilin maliyyə böhranından sonra istifadə edilən pul və maliyyə müdaxilələri, abelə özəl sektora dəstək sadəcə eyni effektlə bu gün istifadə edilə bilməz. Bu şərtlər altında, mərkəzi banklar məsləyə sürətlə cavab verərsə belə, qlobal tənəzzüldə şiddətli bir şok yaşana bilər”.

Dünya Bankı bu ay 2019-cu ildə qlobal iqtisadi artım proqnozunu 2,9% -dən 2,6% -ə və ticarətdə artım proqnozunu 3,6% -dən 2,6% -ə endirib. O, 2019-cu ildə ABŞ-da 2,5%, Çində isə 6,2% -ə qədər yavaşlama proqnozlaşdırılıb.

Dəhşətli rəqəmlər daha çox Dünya Bankının prezidenti David Malpassın dediklərinə əsaslanır.

Ancaq beynəlxalq ticarət normalarını gücləndirmək bu gün G20 liderləri qarşısında ən vacib məsələ ola bilər, lakin bu ticarət gərginliyi İrandan tutmuş Venesuela və Avropanın “Brexit”-indən Şimali Koreyaya qədər siyasi qeyri-sabitlikdə qaynaqlanır.

Bazarlar, Tramp və Sinin ən azı əlavə tarifləri tətbiqindən qoruna biləcək bir ticarət atəşkəsinə razılaşacağına ümid edirlər. Onların buna nail olması, texnologiya münaqişəsini soyutmaq və ya etibarını bərpa etməklə, çox çətin olacaq.

Tərcümə: Strateq.az