XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2019 - 19:55

RUSİYA-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ ÇATLAR DƏRİNLƏŞİR:AŞPA-dakı səsvermə Bakını bir addım da önə çıxarıb - TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 01.07.2019

 

Rusiyanın xarici siyasətində – xüsusən sovetsonrası, ayrıca da Qafqaz yönündə – baş verən hadisələr açıqca anlaşılmazlıq doğurur. Buna örnək çoxdur, amma biz burada, görünür, hər şeyin artıq baş-ayaq olduğu Rusiya-Ermənistan münasibətlərinin üzərində duracağıq. Moskva ya Ermənistanın siyasi gerçəkliklərindən tam qopub, ya da özünü sadəlövh göstərərək İrəvana “çubuq cəzası” hazırlayır – məsələn, Qarabağ zəminində.

Ötən həftə ideyaca Rusiyanı şəkləndirməli və düşüncəyə aparmalı olan iki önəmli hadisə baş verib: ER yeni hökuməti ilə RF-nin gerçək müttəfiqidirmi? Amma bəlli olduğu kimi, Moskva və İrəvan məhz bu zaman Ermənistana Rusiya silahları və döyüş sursatının yeni dəstinin tədarükü haqda bir neçə müqavilə bağlamağa razılaşıb. ER müdafiə naziri David Tonoyanın məlumatına görə, tədarüklər cari ilin sonunda başlanacaq və qarşıdakı ildə sürəcək.

Görünür, Rusiyanın siyasi isteblişmenti indi Qafqazın başqa bir qaynar nöqtəsilə – “rusa nifrət edən” Gürcüstanla, daha doğrusu, onu cəzalandırmağa yeni yollar axtarışı ilə elə məşğuldur ki, Ermənistanda baş verənləri “görməyib”. Yəni: Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyaya səs hüququ məhdudlaşmadan bu təşkilata qayıtmaq imkanı verən sanksiya mexanizmini dəyişmək haqda qətnamə qəbul edib. Qətnamə uğrunda 118 deputat, 62-i əleyhinə səs verib, 10 nəfər səs saxlayıb.

Həm də Rusiyanın tam tərkibdə AŞPA-ya qayıdışını 11 ölkə, əsasən, “xalis” Avropa ölkələri həmrəyliklə dəstəkləyib. Amma, bax, baş nazir Nikol Paşinyanın sözlərinə görə, “Rusiya ilə parlaq münasibətləri” olan “müttəfiq” Ermənistan öz havadarını aldadıb, amma bu, Rusiyanın taleyini həll etmirdi. Yəni Ermənistan heyəti AŞPA-da parçalanıb: ER-in şərti müxalifət partiyalarından iki deputat Rusiyanın qayıdışı “uğrunda”, Paşinyanın hakim “Mənim addımım” partiyasından ikisi isə əks yöndə səs verib.

Deməli, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiya sədri Ruben Rubinyan qətnamənin qəbuluna qarşı səs verib, həmkarı Ohanes İgityan isə səsverməyə ümumiyyətlə qatılmayıb. O, heç bir siyahıda – “lehinə”, “əleyhinə” səs verənlər və səs saxlayanlar – yoxdur. Düzdür, bu, artıq gözə ciddi dəyərkən Rubinyan bildirib ki, “lehinə” səs verib və “texniki qüsur” olub. Lakin İgityanla bağlı halda necə: onunla bağlı da “texniki qüsur” baş verib?

Aydınlaşdığı kimi, bu, Rusiya-Ermənistan münasibətlərində sonuncu deyil. Çünki Apellyasiya Məhkəməsi AŞPA-dakı hadisələrlə, demək olar, eyni zamanda Kremlin ən yaxın silahdaşı, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı təkrar həbs etmək qərarı verib. Yəni birinci instansiya məhkəməsinin onun işi üzrə icraatı dayandırmaq və Konstitusiya Məhkəməsinə göndərmək üzrə qərarı ləğv olunub.

Yada salaq ki, Koçaryanı konstitusiya quruluşunu devirməkdə ittiham edirlər. İşdə habelə keçmiş müdafiə naziri Seyran Ohanyan, Baş Qərargahın keçmiş rəisi, sonradan KTMT baş katibi postunu tutan Yuri Xaçaturov və baş nazirin keçmiş birinci müavini Armen Gevorkyanın da adları keçir. Rusiya hökuməti Koçaryan və Xaçaturovun həbsiylə bağlı qəzəbini gizlətməyib. Sonuncu ilə bağlı əhvalat isə bloka ümumiyyətlə ciddi nüfuz itkisi gətirib.

Moskvanın öz silahdaşı Koçaryanı unutmadığından bu fakt danışır ki, o, bir də həbs edilməzdən bir az əvvəl Rusiyanın Ermənistan səfiri Sergey Kopırkinlə görüşüb və bu, Ermənistanda böyük səs-küy doğurub. Rusiya səfiri hətta keçmiş prezidentlə görüşdən sonra Ermənistan Konstitusiya məhkəməsinin sədri ilə təmasda olub: onların söhbətinin mövzusu, çətin ki, hansısa şübhəyə yer qoysun. Amma hamısı hədərmiş. ER xarici işlər naziri müavini Qriqor Ovannisyan bildirib ki, Kopırkin Koçaryanla görüşməklə diplomatik protokol və normalar çərçivəsində heç nəyi pozmayıb. Bununla belə, səfiri “izahat üçün” XİN-ə dəvət ediblər. Ermənistan mətbuatı isə “haray salıb”: “Lragir” xüsusən hiddətlənir ki, keçmiş prezidentin səfirlə görüşü təkbətək keçib.

Diplomatı XİN-ə isə, aydındır ki, ER-in “daxili işlərinə qarışmaq”la bağlı çağırıblar. Və ümumiyyətlə, “Rusiya Ermənistanda məğlubiyyətə oynayır – bilə-bilə və nümayişakaranə, … daha doğrusu, Robert Koçaryanın öz müdafiəsini qurmağa çalışdığı Rusiyanın Ermənistandakı nüfuzunun ənənəvi qavramı məğlub olur. Və bu, ”Sankt-Peterburqda Paşinyan-Putin görüşündən sonra baş verir””.

Və xülasə kimi: “Robert Koçaryanın üzərinə, demək olar, tarixi missiya qoyulur – Rusiyanın Ermənistandakı “ənənəvi” nüfuzunun məğlubiyyətini ifadə edir”.

Rusiya isə “dilemma qarşısında qalıb: ya Ermənistanın suverenliyi üzərindən özünün bölgəsəl rolunu yenidən mənalandırmaq, ya da bölgədə nüfuzu tam itirmək”.

Amma, görünür, Moskva özünü elə göstərir ki, “yenidən mənalandırma” yolu ilə gedir. Hər halda, AŞPA-da “texniki qüsur”dan sonra aşkar qalmaqal qurmayıb ki, bunun ona çox da xas olmadığını qeyd edək.

Dəhşətli heç nə baş verməyib, – RF XİN rəsmi təmsilçisinin müavini Artyom Kojin deyib. – Anladığımız qədər və deputatın özünün şərhindən çıxış etsək, o, sadəcə, səsvermə zamanı düymələri qarışıq salıb. Əslində, o, “lehinə” səs verib. Bu, sadəcə, texniki ziyandır”.

Nə olar ki, diplomatik “sadəlövhlüyün” arxasında uduşlu bölgü durursa,  böyük günah deyil. Amma, bax, uğursuzluqdur: Ermənistanın yeni hakimiyyətinin bir növ ruporu olan sözügedən nəşr yazır ki, ER Rusiyadan milli iqtisadiyyatın “açarlarını” qaytarmağı tələb edir. Və “ağlasığmaz sərvəti olan” Koçaryanı da bu açarları Moskvaya verməkdə ittiham edir. Dedi-qodulara görə, “açarlar” isə Ermənistan iqtisadiyyatının, demək olar, yarısını açır. Belə ki, keçmiş prezidentə daha bir ittiham elan edilərsə, təəccüblü heç nə olmayacaq.

Lragir” yazır: “Məsələ hətta təkcə pulda və konkret aktivlərdə də deyil, bundadır ki, Koçaryan bu aktivlərə açarlara malikdir və bu açarlar Rusiyada saxlanır. Ermənistanın infrastrukturları, yer təkinin çoxu Rusiyanın dövlət korporasiyalarına verildiyindən vizual danışmaq olar, amma bu, aysberqin yalnız zirvəsidir – əslində, Moskva Ermənistan iqtisadiyyatı üzrə qərar alınan yer olub. Və indi açarlara sahib olmadan iqtisadi islahatları, xüsusən də inqilabı həyata keçirmək çətindir. Çoxları Koçaryanın həbsi və cinayət təqibini Ermənistanın yeni hakimiyyətinin iqtisadiyyatın açarlarını geri almaqda təbii niyyətə bağlayır. Ola bilsin, Rusiya bu açarları saxlamağın əvəzində Koçaryanı təhvil verməyə razıdır, amma bu açarlarsız Koçaryan Ermənistanda heç kimə gərək deyil”.

Dəqiqləşdirmək üçün: söhbət Rusiyanın dövlət korporasiyalarındakı səhmlərdən, “Qazprom”un icazəsi olmadan Ermənistanın İrandan qaz ala bilməyəcəyi haqda onlara açıq və gizli əlavələrdən, Ermənistanın rabitə sahəsinin Rusiya şirkətlərinə verildiyindən, “hətta İrəvanda sputnik stansiyasının söküldüyündən” gedir.

Ermənistan AİB-ə girdikdən sonra isə özünün gömrükxana gəlirlərinə nəzarət edə bilmir. Bir sözlə, “Ermənistan indi açarları geri istəyir”.

Ermənistanın baş prokuroru Artur Davtyan Rusiya səfiri Kopırkinlə görüşdə də qanunsuz əldə edilmiş əmlakın müsadirəsi üçün işin və Ermənistandan aparılmış aktivləri qaytarmaqda institusional mexanizmlərin önəmini də vurğulayıb. Baş prokuror habelə bildirib ki, respublikadan qanunsuz çıxarılmış aktivləri qaytarmaq probleminin həlli və Ermənistanın və başqa ölkələrin məhkəmə qərarlarını qarşılıqlı tanımaq üçün tədbirlər görüləcək.

İndi söz Rusiyanındır. O isə olduqca qəribə olub: Ermənistana yeni partiya Rusiya silahı və döyüş sursatları tədarükü üzrə müqavilələr bağlamaqda Moskva və İrəvanın niyyəti haqda yuxarıda danışılıb. Amma ötən ayın lap axırında Rusiyanın “müttəfiq” Ermənistana dörd çoxtəyinatlı “Su-30 SM” qırıcısı satdığı və ən yaxın illərdə respublikaya daha səkkiz belə təyyarənin tədarükü haqda məlumat yayılıb.

Əlbəttə, bu aktı həll edilməmiş Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi şəraitində bölgədə tarazlığı saxlamağın gərəkliyi ilə izah etmək olar – hər halda, Moskva İrəvana da, Bakıya da silah satışına, adətən, belə də haqq qazandırır. Amma inadla görmək istəmir ki, Ermənistanın indiki hökuməti Qərbin ona daha əziz olduğunu sirrə çevirmir. Ya da gözləyir ki, “hər şey üyünəndən sonra un olacaq”. Yəni Paşinyanı və komandasını siyasi və ideoloji uzunömürlü saymır və gələcəyə baxır – Ermənistan və Rusiya tərəflərinin “müttəfiqlik” haqda bir-birini istisna edən və qeyri-ardıcıl “sağlıqlar”la deyil, əsasən təhlükəsizlik baxımından.

Amma bu gələcək nəyin üzərində qurula bilər? Ermənistanın Rusiya üçün önəmi üzərində və ya əskinə. Ermənistana güzəştli kreditlə və daxili qiymətlərlə silah satan Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafı xüsusən də İrəvan üçün həyat önəmlidir, çünki başqa tərəfdaşlar yoxdur.

Bundan savayı, Rusiya və Ermənistan Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün birləşmiş qruplaşma yaradıb. Buna əlavə edək ki, ER ərazisdində Gümridə Rusiyanın hərbi bazası mənzillənib – hesab edildiyi kimi, xarici təhlükələri dəf etmək üçün. Amma qeyd edək ki, Ermənistan qəti olaraq qeyri-məqbul yer olmayınca Cənubi Qafqazda möhkəmlənmək Rusiya üçün son dərəcə önəmlidir – burada yenə də Moskvanın respublikada siyasi durumu geri döndərməyə oynamaq hesabı var.

Bu, məsələnin zahiri tərəfidir və yetərincə etibarsızdır, çünki Ermənistan Rusiyadan sıxa biləcəyi hər şeyi almaq və əvəzində heç nə verməmək istəyir ki, AŞPA-dakı səsvermə bunu göstərib. Bu isə, yumşaq deyilsə, Ermənistanın xarici gündəminin ikiliyini sərgiləyib: bir növ, guya, “Rusiyaya qarşı deyilik”, amma eyni zamanda Qərbə göstəririk ki, potensialca “onlarlayıq”.

Bəs burada müttəfiqlik münasibətləri haradadır? Doğrusu, Moskva üçün bu, daha çox Bakı ilə formalaşır – Azərbaycan nümayəndə heyəti elliklə Rusiyanın AŞPA-ya qayıtmasına səs verib və düymələri qarışıq salmayıb. Belə ki, Paşinyan hakimiyyətdə qalarsa, istisna deyil ki, Rusiya elə həmin Qarabağ və silah tədarükü məsələsində Ermənistandan aralanacaq ki, bu da Azərbaycanın işinə yarayır.

Bir də Koçaryanın həbsi də İrəvanı möhkəm korlaya bilər – hər halda, Ermənistanın qəzəbə gəlmiş keçmiş prezidentini doğum günü münasibətilə “Putinin özü” təbrik edib ki, bu da Ermənistan hökuməti üçün müəyyən “siqnal” rolunu oynamalıdır. Amma oynamayıb. Əlbəttə, bir məzəli durum olmasaydı,  burada “ədalət məhkəməsinin qələbəsi”ndən də danışmaq olardı: Koçaryan özü respublikanın seçilmiş prezidenti ola-ola “konstitusiya quruluşu”nu necə devirə bilərdi?

Doğrusu, buradan vandetta iyi gəlmirmi? Çünki Koçaryanın ER başçısı seçildiynə qarşı 1 mart etiraz aksiyaları dağıdılarkən Paşinyan iğtişaşlar təşkil etmək ittihamı ilə həbs olunub – onu yeddi il azadlıqdan məhrum ediblər, amma 2011-ci ildə əfv olunub. Artıq bir ildən sonra parlamentin deputatı, altı il sonra isə baş nazir olub. Və Koçaryana qarşı əlüstü cinayət işi qaldırılıb.

Nə daha çoxdur – bayağı qisas, cinayət tərkibi, yoxsa “Rusiyayönlü siysətçi”ni, hələ bir də “Putinin şəxsi dostu”nu (bu isə Ermənistanın “müstəqilliyini” təsdiq etmək baxımından xüsusən “xoşdur”) ölkənin siyasi həyatına qatılmaqdan təcrid etmək istəyi?

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə