XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 07:42

Amerika Yerevanı Azərbaycanın blokadasından çıxarar: Ermənilərlə böyük investisiya sazişi imzalanır – XƏBƏR

obama sarkis.JPG

ABŞ Ermənistanla ticarət və investisiyalar haqqında saziş imzalayacaq.

Strateq.az bildirir ki, mayın 7-də baş tutacaq imzalama mərasimində Ermənistan prezidenti Serj Sərksiyan və ABŞ-ın maliyyə naziri iştirak edəcək. Bu saziş iki ölkə arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi üçün böyük fürsət yaradacaq.

Qeyd edək ki, bu saziş Ermənistana Amerika investisiyalarının yatırılması üçün başlanan prosesi tənzimləyəcək. Artıq erməni diasporu bununla bağlı öz sevincini gizlətməyib. Amerika Erməni Milli Komitəsi bu gün bəyanat yayaraq sabah imzalanacaq sazişi “çoxdan gözlənilən mühüm saziş” adlandırıb.

“Bu bizim ən mühüm prioritetlərimizdən idi. Bu saziş Ermənistanda yeni iş yerlərinin açılmasına, sabit iqtisadi inkişaf və ABŞ-Ermənistan arasında yeni iqtisadi imkanlar açır” – deyə bəyanatda qeyd olunur.

Komitənin ABŞ ticarət nümayəndəsi Maykl Fromana ünvanan məktubda bu sazişin gözlənilən 10-dək qazancı qeyd olunub.

Əsas diqqət Türkiyə və Azərbaycan tərəfindən bölgədə blokadaya alınmış Ermənistanın bu sazişlə böük iqtisadi dəstək alacağı vurğulanır. Eyni zamanda ABŞ-ın İdxal-İxrac Bankı və Ticarət Agentliyi tərəfindən effektiv proqramların müzakirəsi başlana bilər. Bura diaspora tərəfindən Ermənistana investiyaların cəlb olunması, Ermənistanın daxil olduğu GSP ticarət sistemindən istifadənin genişləndirlməsi perspektivi daxildir.

Xaqani SƏFƏROĞLU