XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 12:32

ƏRBİLDƏ TÜRK DİPLOMATIN QƏTLİNİ KİM TƏŞKİL EDİB:planlı terkatın motivləri və Yaxın Şərq münaqişəsində yeni mərhələ – Təhlil    

Stanislav Tarasov

regnum.ru, 22.07.2019

 

Yerli hökumət Ərbildə (İraq Kürdüstanının paytaxtı) Ankava məhəlləsindəki restoranda Türkiyə diplomatı, baş konsulun müavini Osman Közün qətlə yetirilməsini “qabaqcadan düşünülmüş terror hücumu” kimi dəyərləndirib. Həm də bunu adi səviyyəli hadisələrə heç cür aid etmək olmaz. Birincisi, bölgə hökumətinin Ankara ilə sıx işbirliyi nəzərə alınmaqla türklər bu yaxınlara qədər Ərbildə özlərini nisbətən sakit hiss ediblər. Amma indiki terakt – aşkardır, açıq siyasi və informativ effektə hesablanıb. İkincisi, Türkiyə diplomatlarına son dəfə terror hücumları 1990-ci illərin başlanğıcında həyata keçirilib, onlar indi terrorçular üçün yenidən nişangah olurlar. Bu, formalaşmış durumun ciddi analizə ehtiyacı olan keyfiyyətcə yeni səciyyəsidir.

Türkiyə silahlı gücləri kəşfiyyatının keçmiş başçısı İsmayıl Hakki Təkin bununla bağlı yeni hesabat nöqtəsini müəyyən etməyi irəli sürür. Onun fikrincə, ya qisas aktından, ya da Yaxın Şərqdə “üçüncü qüvvə” deyilənləri qoşmaqla mübarizənin yeni mərhələsinin başlandığından söz açmaq olar – bu zaman buna hazır olmaq lazımdır ki, “Türkiyə diplomatlarına qarşı teraktlar davam etdirilə bilər”. Sanki qisas versiyası öz xeyrinə arqument toplayır. Türkiyə son zamanlar İraqın şimalında “Pəncə 2” əməliyyatı keçirib, nəticədə Kürdüstan Fəhlə Partiyasının (PKK) bəzi liderləri öldürülüb. Təsadüf deyil ki, Türkiyənin TRT World dövlət telekanalı teraktdan bir neçə saat sonra “ehtimal ki, hücumun arxasında PKK durur” deyən qaynaqlardan sitat gətirirb. Lakin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu partiyanı barmaqla göstərməyib və özəl araşdırmanın gərək olduğunu bildirib.

Ankarada bəzi güclər inandırırlar ki, PKK guya bu qayda ilə Türkiyəni Şimali İraqda “müəyyən qəti hərəkətlərə” təhrik edir. Amma hansılar, axı Ərbil onsuz da Ankara ilə sıx işbirliyindədir. Hətta “Al-Monitor” portalı tamamilə iddia edir ki, PKK-nın bəzi bölmələri Türkiyə ərazisində hökumətlə alyansa girib, buna görə də PKK-nin Ərbil teraktında əli olduğunu bildirmədiyi də təsadüf deyil. Burada da hər şey bu qədər birmənalı deyil. Ərbilin xüsusi xidmətləri “teraktın Türkiyənin Diyarbəkir vilayətindən çıxan əsas şübhəlisi”nin həbsi haqda çox tezliklə məlumat verəndə duyum yarandı ki, yerli hökumət əqrəbi Türkiyə kürdlərinə sarı yönəltməyə çalışır. Ərbildə “teraktın araşdırılmasına təzəcə başlandığı” və “yalnız hadisənin bütün detalları aydınlaşandan sonra son nəticəyə gəlinəcəyi” rəsmi səviyyədə bildirilsə də.

İndi də Təkinin ikinci versiyası haqda. Ankara-Vaşinqton-Bağdad-Ərbil münasibətlər sistemində ümumən kürd məsələsi üzrə və qismən də Suriya kürdlərinə münasibətdə intensiv dialoq baş verir. Amerika-Trükiyə birgə işçi qrupunun Suriyadakı durumun, Birləşmiş Ştatların Yaxın Şərqin bu ölkəsinin ərazisindəki hərbi kontingentinin mühüm hissəsinin qarşıdakı çıxışı, habelə sərhədyanı “təhlükəsizlik zonası” yaratmaq layihəsi və Mənbicdəki durumun diqqət mərkəzində olduğu danışıqları başa çatıb. ABŞ həmçinin Suriya qriuplaşamları ilə də fəal məsləhətləşmələr aparır. Türkiyə KİV-ləri bununla bağlı Suriyanın şimali-şərq muxtar administrasiyasının nəzarətindəki ərazinin sərhədlərinə Türkiyə ordusunun əlavə qüvvələrinin göndərildiyi haqda məlumat verir. Amma belə məlumatlar yığınında Türkiyə diplomatına qarşı teraktın motiv və hədəflərini müəyyən etmək mümkün deyil.

Düzdür, Al-Monitor”un araşdırdığı üçüncü versiya da var. Portal iddia edir ki, öldürülmüş türk diplomatı Türkiyə kəşfiyyatının kadr zabiti idi və Ərbildə diplomatik pərdə altında işləyib, İraq Kürdüstanında agentura şəbəkəsinə daxil idi, ya da ona nəzarət edib. O, əvvəllər İranda çalışıb. Bu belədirsə, onda teraktın həqiqi motivlərini üzə çıxarmaq çətin olacaq. Deməli, Türkiyə professoru Əhməd Qasım Xan hesab edir ki, “terror aktının arxasında PKK deyil, bəzi beynəlxalq subyektlər ola bilər”. İlkin məlumat göstərir ki, türk diplomatının qətli əvvəlcədən planlaşdırılıb və ciddi-cəhdlə hazırlanıb. Amma onu kim həyata keçirib və arxasında kim durur?

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə