XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 16:25

“QOCA TÜLKÜ”NÜN GİZLİ ELÇİSİNƏ TEHRANIN RƏDD CAVABI –"Sepah" prezident Ruhaniyə "qırmızı xətt"ini göstərdi

“bne İntellinews”, 24.07.2019

 

İran Britaniya ilə böhranının mərkəzində olan iki tankerin mübadilə etmək istədiyini bildirib.

Prezident Həsən Ruhani iyulun 24-də keçirilən həftəlik kabinə iclasında deyib: “Bəzi Avropa ölkələri ilə gərginliyin davam etməsini istəmirik. İngiltərə Cəbəllütariqdəki səhv hərəkətlərindən (Kral Dəniz Qüvvələrinin “Grace 1” tankerini iyulun 4-də ələ keçirməsitərc.) uzaqlaşsa, İrandan müvafiq cavab alacaq”.

Bu arada, İraqın baş naziri Adil Əbdülmehdi həftənin əvvəlində Tehrana səfərinin qismən İngiltərənin sabiq (Boris Conson kabinəsində əvəzlənib) müdafiə naziri Penni Mordauntun xahişi ilə həyata keçirdiyini açıqlayıb. Yəni iyulun 19-da Hörmüz boğazında İran qüvvələrinin ələ keçirilən ingilis bayraqlı neft tankeri “Stena Impero”nun sərbəst buraxılması üçün danışıqlar aparmaq cəhdi olub.

İraq nüvə və ballistik raket proqramlarında dəyişiklik etməyə və və Yaxın Şərqdəki münaqişə bölgələrindəki müxtəlif milislərə verilən dəstəyin dayandırılması üçün ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qatı əleyhdarıdır. İran isə İngiltərənin məhz ABŞ-ın sifarişi ilə “Grace 1”-ı ələ keçirdiyini iddia edir.

Britaniya İranın Aİ embarqolarını pozaraq Suriyanın Baniyas limanına xam neft çatdırdığını bildirib. Tehranın bunun əksini isbatlayacağı halda, tankeri İrana qaytarmağı təklif edib.

 

“Keşikçi əməliyyatı”

ABŞ-ın yeni müdafiə naziri Mark Esper iyulun 24-də Vaşinqtonun Körfəzdəki durumu çözməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, Avropanın Hörmüz boğazından keçən neft tankerləri üçün dəniz müşayiətini əlaqələndirməyi planlaşdıran ABŞ “Keşikçi əməliyyatı” adlandırılan eskortla tamamlayıcaq. “Britaniyalılar öz gəmilərini müşayiət edir və biz gəmilərimizi risk tələb etdiyi dərəcədə müşayiət edəcəyik. Güman edirəm ki, digər ölkələr də gəmilərinin mühafizəsini quracaq”.

“Eskort bəzən havadan təmin edilə bilər”, – deyə Esper əlavə edib.

Nazirlər Kabinəsindəki çıxışında Ruhani Körfəzdəki gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaratma cəhdini qınayıb. Onun rəyincə, Hörmüz boğazında təhlükəsizliyə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) cavabdehlik daşıyır.

Həm islahatçı, həm də mühafizəkar İran qəzetləri Boris Consonun İngiltərənin baş naziri təyinatından narahatlıqlarını ifadə ediblər. Çoxları onu “İngilis Trampı” kimi səciyyələndirirlər.

Mühafizəkar “Resalət” qəzeti Oval Ofisindəki masası arxasında oturan Trampın eşikağası vəzifəsini yerinə yetirən Consonun başına sığal çəkən karikatursını dərc edib. “Resalət” populistlərin bütün Avropada iqtdara gəldiyini bildirib.

 

“Heç bir halda danışıqlar olmayacaq”

ABŞ-ın “iqtisadi müharibə”si ilə əlaqəli İranın son mövqeyi, adətən, Ruhani kimi praqmatik mötədil siyasətçilərlə sərt tənzimçilər arasında bəzi fikir ayrılığı doğurur. İyulun 24-də bu, bir daha üzə çıxıb.

Vaşinqtonun sanksiyalarını ləğv edəcəyi təqdirdə ABŞ-la danışıqların mümkün olacağına dair Ruhaninin mövqeyi əslənən kimi, İranın Ali Lideri Ayətullah Əli Xamnəinin ən yüksək hərbi müşaviri Tehranın heç bir şərtlə Tramp administrasiyası ilə danışıqlar aparmayacağını söyləyib.

Xamnəinin fikirlərini əks etdirən “Sepah” komandanı Hüseyn Dehqan “əl-Cəzirə”yə açıqlamasında Hörmüz boğazında status dəyişikliyi halında, İranın hərəkətə keçəcəyini bildirib.

Üstəlik, general Dehqan Birləşmiş Ərəb Əmirliklərinə şifahi hücum edərək, İrana potensial hücumlar üçün bu ölkənin ABŞ-ın əməliyyat bazasına çevrildiyini və Vaşinqtonun İslam Respublikası ilə müharibəyə başlamaq qərar verəcəyi təqdirdə, ABŞ-ın bölgədəki bütün obyektlərinin hədəf olacağını söyləyib.

 

İngiltərə vasitəçisinə rədd cavabı

İngiltərə Xarici İşlər Nazirliyi iyulun 24-də İran mediasının “Stena Impero” tankerinin sərbəst buraxılması üçün danışıqlar aparmaq məqsədi ilə Tehrana gizli vasitəçi göndərildiyi barədə xəbərləri təkzib edib.

Həmin xəbərlər Ali Rəhbərin rəsmi nümayəndəsi Ayətullah Məhəmməd Məhəmmədi-Qolpayeganinin dediyi sözlərə əsaslanıb: “Bir zamanlar İranda nazirlər və millət vəkillərini təyin edən bir ölkə indi vasitəçi göndərir və gəminin azad edilməsi üçün yalvarır”.

Bir əsr əvvəlki fəaliyyətinə görə İranda bi çoxları İngiltərəni “qoca tülkü” adlandırır.

İyulun 24-də, həmçinin “Stena Impero”ya məxsus “Stena Bulk” tankerinin heyəti ilə əlaqə qurulduğu məlum olub.

Şirkətin sözçüsü Pət Adamson “Reuters” agentliyinə bildirib: “Dünən gecə gəminin göyərtəsində olan heyətlə telefonla birbaşa əlaqə yaratdıq. Onların hamısının vəziyyəti yaxşıdır və sağlamlıqları təhlükədə deyil. Gəmidə olan iranlılarla əməkdaşlıq edirlər”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə