XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 12:22

KREMLİN ƏN BÖYÜK QORXUSU VƏ PUTİNİN ƏN BÖYÜK RƏQİBİ:lazım gəldikdə millətçi də ola bilən, mühacirlərə "həşərat" deyən liberal lider

Madelin Rouç

“Əl-Cəzirə”, 30.07.2019

 

Rusiyanın ən tanınmış müxalifət lideri Aleksey Navalnı zəhərlənmiş ola biləcəyini söyləyən həkiminin istəyinə qarşı çıxaraq, xəstəxanadan həbsxanaya qayıdıb.

Prezident Vladimir Putinin tənqidçisi, şəxsiyyəti naməlum zəhərli agentin təsirinə məruz qaldıqdan, allergik reaksiyadan sonra xəstəxanaya aparılmışdı. Hazırda o, icazəsiz nümayişə görə polisin saxladığı mindən çox adamı kimi, 30 günlük cəza çəkir.

Navalnının həyatı üçün böyük təhlükə görünməsə də, 2015-ci ildə müxalif siyasətçi Boris Nemtsovun Kreml yaxınlığında güllələndiyi bir ölkədə xəbər həyəcan doğurub.

 

Aleksey Navalnı kimdir?

Antikorrupsiya üzrə sabiq hüquqşünas 2008-ci ildə bəzi dövlət korporasiyalarında qanun pozuntuları və xəzinə oğurluğu barədə bloq yazıları yazandan Rusiya siyasətində bir qüvvə olaraq ortaya çıxıb.

O, Putinin “Yedinaya Rossiya” partiyasını “fırıldaqçılar və oğrular partiyası” adlandırandan və bu, 2011-ci ilin fevral ayında hökumət əleyhinə mitinqlərdə şüar kimi səslənəndən məşhurlaşıb.

2011-ci ildə, Navalnı postsovet Rusiyasında ən böyük hökumət əleyhinə mitinqlərdən birində 120 min nəfəri bir araya gətirib.

“Euroradio”-da işləyən jurnalist Maksim Qoryunov deyir: “O, insanlara Putinə sadiq olan korrupsiya aparatını göstərdi”.

Yeri gəlmişkən, nümayiş zamanı Navalnı 15 günlüyə həbs edilib.

2013-cü ilin iyul ayında Navalnı yenidən qısa müddətə həbs olunub və 263 min dollar dəyərində taxta oğurlamaqda ittiham edilib. Bu işə görə o, 5 il müddətinə azadlıqdan məhrum olub (geniş siyasi motivli qərar). Avropa İnsan Haqları Məhkəməsi siyasətçi əleyhinə qərarı pisləyib.

2017-ci ildə keçirilən təkrar məhkəmə prosesində o, ikinci dəfə mühakimə olunub və 5 illik şərti cəza alıb. Bu, 2018-ci ilin prezident seçkilərində Putinə rəqib olmasına maneə yaradıb. Navalnı rejimi tənqid etdiyi üçün Kremlin ondan qisas aldığını bildirib.

Navalnının tərəfdarları da hüquqi problemlərlə üzləşiblər.

2018-ci ilin may ayında Putinin dördüncü andiçmə mərasiminə etiraz aksiyaları zamanı iqtidar Navalnının Antikorrupsiya Fondundan olan 8 nəfəri, tvitlərindən və retvitlərini dəlil kimi yararlanaraq, iğtişaşlar yaratmaqda ittiham edib. Bir çoxu cərimələnib, bəzilərinə 30 günlük həbs cəzası verilib.

 

Navalnının müraciəti

İndi Navalnı mesajlarını yaymaq üçün, 2 mindən çox könüllü ilə, bütün Rusiyada ofislərə sahibdir.

Müxalifətçi siyasi elitanı lağa qoyduğu sosial mediada Rusiya gənc nəslinin dəstəyini qazanıb.

London Universitet Kollecinin (UCL) Rusiya siyasəti üzrə professoru Ben Nobl deyir: “O, həqiqətən populyardır və bu, təəccüblü deyil… Harizması və fərasətli ünsiyyət tərzi sayəsində müxtəlif qruplara müraciət etməsi mümkündür”.

Bu arada, “Svobodnaya Rossiya” Fondunun yeni hesabatı 17-25 yaş arası insanlar arasında Putinə dəstəyin son on ildə kəskin şəkildə azaldığını göstərir. Fondun eksperti Vladimir Milov yazıb: “Gənc ruslar getdikcə daha çox dərk edirlər ki, korrupsiya və qohumbazlıq onların iqtisadi qeyri-müəyyənliyinə töhfə verir.

Navalnının yüksək vəzifəli dövlət məmurlarının korrupsiyada ifşa etdiyi “YouTube” kanalının 2,8 milyondan çox abunəçisi var.

Nobl deyir: “Bu, Rusiyada onlayn rejimin ən çox izlənilən kontentidir… Rusiya hökumətindəki korrupsiyanı ifşa edən və onunla mübarizə aparan Navalnının Antikorrupsiya Fondu təkzibolunmaz hesabatları təqdim edir”.

 

Navalnının tənqidçiləri

Anti-Putin düşərgəsində Navalnını millətçi hesab edən tənqidçiləri var.

O, 2017-ci ilin dekabrında ifrat sağçı “Russkiy marş”a qatılıb, eyni zamanda, gürcüləri “gəmiricilər” adlandırıb; 2008-ci ildə Rusiyanın Gürcüstanla müharibəsi zamanı miqrantları həşəratla müqayisə edərək bir sıra irqçi açıqlamalar verib.

Amma daha sonralar irqçi epitetlərdən istifadə etdiyinə görə üzr istəyib.

 

Navalnı Putinə təhdid yaradır

Nobl deyir ki, Navalnı Kreml üçün ekzistensial təhlükədir, çünki başqa bir siyasətçinin 2000-ci ildən bəri Putinin rəhbərlik etdiyi sistemə rəqib olmasının mümkünlüyünü göstərir.

“Euroradio”-nun təmsilçisi Qoryunovun fikrincə, Navalnının milliyyətçilərə müraciət etmə qabiliyyəti Putinin millətçi gündəminə təhlükədir.

“Riddle Russia”-ın direktoru Anton Barbaraşin deyir: “O, Putinin leqal alternativini təmsil edən yeganə müxalif siyasətçidir. İnsanlar ona baxır və onun nəzarəti ələ alacağını düşünürlər. Bu, ona digər liberal siyasətçilərdən üstün mövqe verir”.

Noblın rəyincə, əlçatan ünsiyyət strategiyası onu bu gün Navalnının Putini dəstəkləyən və mövcud rejimdən daha çox narazı qalanlara müraciət etmək bacarığı yaradır.

Moskvada yerləşən Sosial və Əmək Haqları Mərkəzinin iyun ayında apardığı bir araşdırmaya görə, Rusiyada asta iqtisadi böyümə, gəlirlərin azalması və pensiya yaşının artırılması ümumi narazılığı böyütməkdədir.

Kremlin ən böyük qorxusu, Nobla görə, Navalnının dövlətə qarşı iqtisadi şikayətləri olanların, o cümlədən ənənəvi olaraq Putini dəstəkləyə-dəstəkləyə tətil edən mədənçilərin, müəllimlərin və uzun yol gedən sürücülərin fəaliyyətlərini birləşdirə bilməsidir.

Rusiyada 2012-ci ildən bəri sərbəst toplaşmaq azadlığının tədricən məhdudlaşdırılmasına baxmayaraq, müşahidəçilər deyir ki, ruslar sosial məsələlərlə bağlı etiraz etməkdən çəkinmirlər.

“Xüsusi şərtləri nəzərə alaraq Navalnı kütləvi nümayiş təşkil edə bilər. Kreml isə 2011-2012-ci illərdəki etirazların təkrarlanmasını istəmir”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə