XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 11:32

İRAN NAZİRİNƏ SANKSİYA TƏTBİQİ:Birləşmiş Ştatlar Cavad Zərifi niyə təhlükə hesab edir?

Set Frantzman

“Jerusalem Post”, 01.08.2019

 

İyulun 31-də ABŞ İranın xarici işlər nazirinə qeyri-adi, lakin gözlənilən bir sanksiya tətbiq edib. ABŞ Cavad Zərifin rejimin “baş apoloqu” olduğunu söyləyir. Zərif sanksiyaların ona heç bir təsiri olmayacağını bildirərək, Birləşmiş Ştatların onu təhdid hesab etməsini istehzalı gülüşlə qarşılayıb.

Zərifin sanksiya siyahısına salınması Vaşinqtonun Tehrana təzyiqləri artırmaq cəhdlərinin bir hissəsidir.

Hər şey ötən ilin may ayında ABŞ-ın “Birgə Hərtərəfli Fəaliyyət Planı” və ya İranla nüvə sövdələşməsini tərk etməsi ilə başlayıb. Sonra ABŞ İranın neft ixracını sıfıra endirmək üçün hazırlanmış sanksiyaları gücləndirib.

“Maksimum təzyiq” kampaniyasını Dövlət Departamentində 2018-ci ilin avqust ayında vəzifəyə gətirilən və Tehrana qarşı səyləri əlaqələndirmək vəzifəsi daşıyan Brayan Huk müəyyən edib.

Bu il ABŞ prezidenti Donald Trampın ətrafındakı komanda yeni hədəflərə irəliləməyə başlayıb: aprel ayında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və iyun ayında Ali lider Ayətullah Əli Xamnəiyə sanksiyalar tətbiq olunub.

Həmin müddət ərzində ABŞ (may ayında) İrana hücumlarla bağlı xəbərdarlıq edib, dəniz və hava aktivlərini Körfəzə göndərib. Bununla birlikdə, İran tankerlərə həmlə edib və müttəfiqləri Səudiyyə Ərəbistanına qarşı həmlələrdə dron və raketlərdən yararlanıb. ABŞ-ın İraqdakı bazalarına atəş açılıb.

Tehran, eyni zamanda, iyul ayında İngiltərənin bir İran tankerini ələ keçirməsinə cavab olaraq bir ingilis neft tankerini tutub.

Zərifə qarşı sanksiyalar gözlənilən idi və bəziləri onun iyun ayında qüvvəyə minəcəyini düşünürdülər. Lakin ABŞ əlində daha çox kart saxlamaq istəyirdi. Guya Zərifin sanksiya siyahısına salınması ABŞ-ın İranla yeni razılaşma tələbinin icrasını daha çətin vəziyyətə salacaqdı. Sövdəçini sanksiyalaşdırsanızsa, yeni bir sövdə necə əldə edilə bilər?

Ancaq ABŞ-ın hazırkı rəhbərliyi Zərifin gülümsəyən simasını və İranın baş izahçısı olmasını zərərli sayır. Bu, onun Avropadakı qrafiklər kursundan və hətta Nyu-Yorka iyul səfərində BMT ətrafında kiçik bir radiusda hərəkətlərini məhdudlaşdırmaq istəyindən də aydın olur.

Keçmişdə XİN rəhbəri ABŞ-a edilən səfərlərdən birbaşa Amerika xalqına və yüksək səviyyəli demokratlara müraciət etmək fürsəti olaraq istifadə edib. Buna görə də, o öz lobbi aparatını yetişdirən təhlükə olaraq görülür.

Bu arada, İranın məqsədi avropalıları, nüvə sazişinin əsas hissələrindən uzaqlaşaraq, özü üçün daha çox iş görməyə məcbur etməkdir. İran sanksiyaların yüngülləşdirilməsini və İraq, Suriya, Livan və Yəməndə siyasətini davam etdirmək istəyir. Bu, Körfəzdə fəallıq deməkdir. Buna sübut: Kral Donanmasının gözü önündə ingilis gəmisi sürətli qayıqlar və helikopterlə ələ keçirib.

Zərifin sanksiya siyahısına salınması Trampın komandası tərəfindən atılan vacib addımdır, lakin hər addım ilə geri qayıtma çətinləşir. Kiməsə sadəcə, sehrli çubuqla sanksiya tətbiq edə və ya terror qruplaşması kimi təyin edə bilməzsiniz.

Cavad Zərifin aqibəti necə olacaq?

Konsepsiya onun ABŞ-a təsir etmək, yaxud Zərifin mediada varlığını azaltmaqdır. Üstəlik, xarici media və rəsmilərlə ünsiyyətdə İrana mülayim və sərt adamların “yaxşı polis-pis polis” oyununu oynama imkanı verməmək.

Bu, eyni zamanda, ABŞ-ın və ya Qərbin müxalif siyasətçiləri hesabına düşüncə mərkəzləri və siyasi müttəfiqlər yetişdirmək, sadəcə, onların hakimiyyətə gəlməsini gözləməklə bağlı İranın digər rejimlərin demokratik mahiyyətindən yararlanmaq qabiliyyətini azaltmaq deməkdir.

Halnuki son illərdə Tehran Qərb ekspertlərinin İranda da eyni cür davranmaq imkanlarını rədd etməkdə ixtisaslaşıb. Hətta KİV-lərin mövcudluğunu əngəlləyib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə