XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 10:11

Amerikanın Yəmən eksperimenti – Səudiyyə sınaqdan çıxacaqmı? -TƏHLİL

“Ən az itkilərlə” mübarizə strategiyası işə düşür

Obama ötən sentyabrda Yəməndəki “Əl-Qaidə” ilə uğurlu mübarizə timsalında bu ölkə ilə əməkdaşlıq etdi. Ərəbistan yarımadasının bu önəmli avanpostu terrorçuluqla texnoloji təchizatlı mübarizədə əsas “test meydanları”ndan biri idi. Pilotsuz uçuş aparatlarını burada effektli və intensiv şəkildə istifadə etməyə başladılar. İki ölkənin yüksək səviyyəli hərbi və siyasi əməkdaşlığı sayəsində isə Amerika hərbçilərinin hətta çox vaxt yerdə əməliyyat keçirtməsinə ehtiyac olmurdu. Lakin Yəməndə başlanmış siyasi gərginlik və vətəndaş müharibəsi göstərdi ki, Obama administrasiyasının terrorçuluqla texnoloji mübarizə ideyası son dərəcə zəifdir.

Başqa strategiya

Amerikanın “ən az itkilərlə” mübarizə strategiyasının başqa bir mərhələsi bölgə müttəfiqlərini birinci plana çıxartmaq yanaşmasına əsaslanmalıydı. Bu yanaşma çərçivəsində ABŞ-ın birbaşa müdaxiləsi lazım gəlmir – hətta bölgədə hərbi əməliyyatın aparılmasını tələb edən durum yaransa da. Vaşinqton bunun əvəzində bölgədəki müttəfiqlərinə dəstək və ruhlandırma ilə kifayətlənə bilər. Və budur, yeni strategiyanın elan edilməsindən heç bir il də keçməmişdi ki, Ərəbistan yarımadasında onun ilk tətbiqini gördük: Səudiyyə Ərəbistanı Yəmən əməliyyatında siyasi və hərbi təşəbbüsü öz üzərinə götürdü. Bu arada ABŞ öz siyasi, diplomatik, passiv hərbi və kəşfiyyat potensialı ilə Ər-Riyada dəstək verir. Bu əməliyyatın təcrübəsi bizə göstərir ki, gələcəkdə mümkün müdaxilələr necə baş verəcək.

Səudiyyə testi

KİV-in yaydığı məlumatlara görə, Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsi yeni mərhələyə yetişib. Hava bombardmanı davam edərkən Səudiyyə hərbçilərinin kiçik kontingenti Ədən yaxınlığında sahilə çıxıb. Güman ki, bu dəstələr dənizdən gələsi hərbiləşdirilmiş qüvvələrin yığılmasını aşkara çıxarmaq üçün bölgədə yerləşir. çünki İraq və Suriya təcrübəsi göstərdi ki, ancaq hava əməliyyatı ilə kifayətlənən müdaxilə siyasi və hərbi nəticə vermir. Hazırda tərəflər bu nöqsanı aradan qaldırmağın yolunu axtarır.

Səudiyyəlilərin Yəmənə müdaxiləsi, sadəcə, üsyanı boğmaq cəhdi deyil. Bu, ərəb baharından başlanan daxili və xarici gedişatın nəticəsidir. Yeni kral ötən illərin hadisələrini özü üçün uğurlu fürsətə çevirmək istəyir. Bu cəhd iqtisadi, sosial və siyasi promlemlərin təhdid etdiyi rejimin təhlükəsizliyinə qoşulur.

Digər tərəfədən, o, bölgəsəl gedişata nəzarət imkanına malik olmaq üçün İraq, Suriya, Liviyanın siyasi və kəşfiyyat arenalarında getdikcə daha fəal hərəkət edir. O, antiİran cəbhəsini genişləndirir. Türkiyə, Pakistan, Qətər və Misirlə əməkdaşlıq formalaşdırır. ABŞ və İran münasibətlərinin yeni statusu üzündən itkiləri heçə endirmək üzərində var gücü ilə çalışır.

Hərbi müdaxilə

Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsi hərbi cəhətdən də diqqət çəkir. Bu cəbhədə hamı hamı ilə döyüşür və sərhədlərin haradan başlanıb harada bitdiyi hələlik aydın deyil. Həm də təkcə sünnilər şiələrə qarşı deyil, bir sünni digər sünniyə qarşı durub.

Səudiyyə Ərəbistanı tez, ya da gec başa düşəcək ki, bahalı və neft dollarına göndərilmiş hərbi oyuncaqlar öz-özünə qələbə gətirmir. Onun girişdiyi müharibəni, hər şeydən əvvəl, asimmetrik xarakterinə görə aparmaq çətindir. Bu savaşda qələbə qazanmaq isə daha çətindir. O, uzun illər sürə bilər və iri maliyyə məsrəfləri tələb edər.

Yəmən müharibəsi Səudiyyə Ərəbistanının bölgəsəl problemlərə reaksiya verməkdən ötrü haqqı və imkanı olub-olmadığını göstərəcək. Uğurun kriteriyası isə onun Yəmən müharibəsində Amerika hərbçilərinin iştirakı olmadan hərbi qələbə qazanıb-qazanmayacağı olacaq.

Nihat Ali özcan

“Milliyet” qəzeti (Türkiyə), 06.05.2015