XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

12 Avqust 2019 - 11:53

BRÜSSEL AZƏRBAYCANI RUSİYAYA SARI İTƏLƏYİR:rus analitik Qarabağ tənzimlənməsi üzrə Moskva-Bakı-Xankəndi formatını gündəmə çıxardır – Təhlil  

Stanislav Tarasov

regnum.ru, 11.08.2019

 

Azərbaycanın xeyli siyasətçi və eksperti Avropa Birliyi və Azərbaycan arasında tərəfdaşlıq haqda yeni sazişin imzalanmaq üzrə olduğu haqda nikbin bəyanatlarla çıxış ediblər. Bu hələ 1996-cı ildə Lüksemburqda imzalanmış sazişi əvəz etməliydi. İddia olunurdu ki, bu, Brüssel “Şərq tərəfdaşlığı” proqramının işinin 10 illiyinin yekunlarını qeyd edincə cari ilin sonunadək baş verə bilər.

Hələ yazda Avropa Komissiyasında bildiriblər ki, danışıqlar praktik olaraq başa çatıb, Bakı təmsilçiləri də bununla razılaşıblar. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Brüsselə səfər zamanı saziş mətninin 90%-nin razılaşdırıldığından danışıb. Amma Azərbaycan və AB arasındakı danışıqlar həmişə çətin keçib. Bu, bir neçə yöndə aparılıb: siyasət və təhlükəsizlik, ticarət və yatırım, iqtisadiyyat, sosial, humanitar məsələlər və başqa bloklar. Birinci blokda ərazi bütövlüyü mövqeyinin saxlanması Bakı üçün prinsipcə önəmli idi ki, bu da – onun baxışınca – başqa yönlərdə güzəştli həllər axtarışını yüngülləşdirə bilərdi. Lakin AB Azərbaycana bütün yönlərdə paralel danışıqlar aparmağı təklif edib ki, bu da baş verib və saziş mətninin 90 %-i uzlaşdırmağa gətirib. Yəqin ki, söhbət Azərbaycanın ÜTT-ə girmə müddəti haqda nəticə əldə etməkdən, “Açıq səma” haqda müqavilə, viza məsələləri və başqalarından gedir. Bunu da üstə gəlin ki, Bakı sazişin imzalandığı ana doğru fakt üzrə Avropaya enerji resursları tədarükçülərindən biri olur, bu da onun mövqeyini gücləndirir.

Yeri gəlmişkən, Azərbaycan XİN mətbuat xidmətinin başçısı Leyla Abdullayeva hazırlanan sazişdə (birinci blok) ““Şərq tərəfdaşlığı”nın əvvəlki sammitlərinin yekunları üzrə qəbul edilmiş sənədə istinadlar olub və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sayğı ifadə olunub” deyəndə elə görünməyə başlayıb ki, Bakı diplomatiyası qoyulan hədəfə yetməyə nail olub. Hətta mülahizələr yaranıb ki, indi Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üzrə danışıqlar formatı da dəyişilə bilər: ATƏT Minsk Qrupunun əvəzinə başqa “nəsə” meydana çıxar. Amma şəkkaklar da var idi. Məsələn, “Azərbaycan naminə” ictimai forumun prezidenti, politoloq Eldar Namazov AB-nin Dağlıq Qarabağ münaqişəsinin problemlərinə ziddiyyətlıi yanaşmasını müəyyən edən səbəbləri diqqətlə öyrənməyi zəruri sayırdı. Onun sözlərinə görə, bir yandan, Avropa parlamentində Dağlıq Qarabağ məsələsi üzrə Bakını razı salan qətnamələr qəbul olunub. O biri yandan, deputatların qəbul etdikləri sənədlər Avropa Komissiyası tərəfindən nəzərə alınmır. İndi isə, ümumiyyətlə, çökmə baş verib.

Bəlli olub ki, AB Azərbaycanın ərazi bütövlüyünə dəstək mövqeyini birinci bloka daxil etməkdən imtina edib. Hətta tərəflərin təkcə başqa məsələlər üzrə mövqeləri ayrılmağa başlamayıb, bu və ya başqa problemlərə müxtəlif konseptual yanaşmalar aşkarlanıb. Nəticədə tərəfdaşlıq haqda Bakı və AB arasında yeni sazişin imzalanması qeyi-müəyyən vaxta keçirilir. Brüssel belə bir metamorfozun səbəblərini səsləndirmir. Azərbaycan hələlik hesab etməyə meyllidir ki, texniki xassəli problemlər mane olur: guya Avropa parlamentinə may seçkilərindən sonra AB strukturlarında işlərin “təhvil-təslim” prosesi gedir. Avropa Komissiyasının yeni tərkibi işə yalnız oktyabrda işə başlayacaq, Azərbaycanla tərəfdaşlıq haqda saziş ətrafında danışıqlar prosesi ancaq bundan sonra işə düşəcək. Habelə iddia səslənir ki, Bakı Brüsseldə Avropanın erməni lobbisinin “azğın müqaviməti” ilə üzləşib. Amma bizə elə gəlir ki, hər şey xeyli daha ciddi və daha dərin haldadır.  Bəli, AB və Azərbaycan arasında danışıqların kəsilməsi, doğrudan da, Brüsseldə “gözətçinin dəyişildiyi” ana düşüb ki, bu da Avropa Birliyinin Cənubi Qafqazdakı siyasətinin təməl cizgilərinin möhkəmləndiyi, burada həmcins Qərbyönlü Gürcüstan-Ermənistan geopolitik məkanının formalaşması yönündə təmayül kimi qavranılır. Bu da təsadüfi görünmür ki, AB Gürcüstanın ərazi bütövlüyünü gözləməyə tərəfdarlığını açıq şəkildə ifadə edərək bunda Azərbaycanı qəbul etmir. Bu, düşüncə doğurur ki, Brüssel bu bölgənin geopolitik perspektivlərində öz baxışlaırna malikdir, Bakıya münasibətdə ikitərəfli əməkdaşlıq formatı qane edir, Azərbaycanın energetik resurslarının isə yalnız tətbiqi mənası var. AB indi faktiki olaraq öz mövqeyini qətin müəyyən edir.

Bu, təkcə Azərbaycanın deyil, həm də Rusiyanın maraqlarına toxunur. Unutmayacağıq ki, Ukrayanadakı siyasi böhranın səbəblərindən biri AB-nin Qara dəniz bölgəsində strateji nüfuz uğrunda mübarizəsi olub, orada 2014-cü ilin fevralında baş vermiş dövlət çevrilişinə dəstəkdə üzə çıxıb, Rusiya və Qərb ölkələri arasındakı münasibətlərin kəskinləşməsinə aparıb. Hətta Avropanın qisası buna gətirə bilər ki, (Ermənistan hətta KTMT-də qalarsa da, onun deyil) Rusiya və Azərbaycanın birbaşa maraqlarının məkani vektorları üst-üstə düşməyə, ya da lap yanaşı olmağa başlayar. Yeri gəlmişkən, bu, Bakı kimi “Avropa persperktivi” deyilənin hüdudlarından qırağa çıxarılmış Türkiyə ilə Yaxın Şərqdə baş verir. Hələlik problem bundadır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri Stepanakertin (Xankəndi-tərc.) də potensial cəlbi ilə Moskva və Bakı arasında ikitərəfli müzakirələrin predmeti deyil.

Belə bir dialoqun uğuru Azərbaycanın bundan sonra uzaq Brüssellə “avrointeqrasiya” deyilən geopolitik serialda iştirakdan imtina edərək və yeni mövqeyini müəyyən etməklə nə qədər yaradıcı və uzaqgörənliklə hərəkət edəcəyindən asılıdır. Bibliyada əbəs yerə göstərilmir ki, “yaxını sevmək gərəkdir, çünki uzaqdakı heç vaxt sevmir”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə