XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 10:13

STALİN KİMİ ÖLMƏK, YAXUD XRUŞŞOV KİMİ DEVRİLMƏK –Rusiya və Çin prezidentlərini də bu aqibət gözləyirmi?

Nina Xruşşova

“Project Syndicate”, 14.08.2019

 

Honq-Konq və Moskvada davam edən küçə etirazları, şübhəsiz, Çin prezidenti Si Zinpin və Rusiya prezidenti Vladimir Putinin avtoritar duetinin gözünü qorxudub. Uzun illərdən sonra ən böyüyü olan Moskva aksiyaları Putinin yuxusunu qaçırıb, yoxsa onları bu qədər vəhşiliklə dağılmazdı. Xalqla dialoq aparmaq əvəzinə, Putin hər şeyə nəzarət etdiyini nümayiş etdirir, hətta sevimli motosikletli quldurlarla fotolar çəkdirir.

Nümayişlər Putinin, o cümlədən Rusiya elitaları arasında populyarlığının itməsini göstərib. Bu elitaların ictimai rəyə təsiri isə şəksizdir.

20 ildir ki, Rusiya elitasının rəqib fraksiyaları, ümumiyyətlə, Putini öz maraqlarının, xüsusən də maddi maraqlarının təminatçısı kimi görür. Ancaq Rusiya iqtisadiyyatı sanksiyaların səbəb olduğu durğunluğa girdiyindən Putinin rəhbərliyi daha çox maneə kimi görünməyə başlayıb. Getdikcə daha az rusiyalı 5 il əvvəl, Kremlin Krımı ilhaq etməsindən sonra müntəzəm olaraq eşitdiyi “Putin –Rusiyadır, Rusiya isə – Putin” mantrasını qəbul edir.

Üstəlik, ABŞ prezidenti Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdıracağına ümidi sönməyə başlayıb. Doğrudur, Tramp Amerika təsisatlarını zəiflədib və Qərb ittifaqlarına xələl gətirib, Ağ Ev ABŞ-ın xarici siyasətini tamamilə bəsirətsiz edib. Ən pisi odur ki, Tramp administrasiyası nüvə silahına nəzarət sazişlərini silməkdədir.

Rus elitaları bilirlər ki, ölkə, Sovet İttifaqı kimi, ABŞ-la nüvə yarışında qalib gəlməyə hazır deyil. Rusiyanın şimalında, Arktika sahillərində nüvə-raket mühərrikinin son partlayışı dərin, oturuşmuş səriştəsizliyin qorxunc əlamətidir. Putindən fərqli olaraq, rus elitaları ABŞ-ı kənarlaşdırmanın Rusiyanı Çinin de-fakto vassal dövləti halına gətirəcəyindən çox narahatdır.

Zəifləmə əlaməti göstərməyən Honq-Konqdakı etirazlar da avtoritar hədələrin nəticəsidir. Onlar Honq-Konq vətəndaşları və sakinlərinin Çinə ekstradisiya edilməsinə imkan verəcək bir qanun təklifi ilə başlayıb. Qanun Honq-Konqun Pekin tərəfindən dəstəklənən lideri Kerri Lam tərəfindən təqdim olunub. Çin rəhbərliyi təklifin potensial siyasi təsirini nəzərə almayıb. Buna baxmayaraq, Çin hökumətinin etirazlara cavabı – özünü məğlubetmədir.

Ordu açıq şəkildə Lam hökumətinə qarşı etirazları yatırtmaq üçün müdaxilə ilə təhdid edir. Hökumətyönlü quldurların etirazçılara hücumu hallarında polis rahat nəfəs alır. Honq-Konqda, hər kəsin bildiyi kimi, adam döymələrə Si hökuməti icazə verib.

Bəlkə də Si “bir ölkə, iki sistem” tənliyini həll edib. Çin, iddia edə bilər ki, Hon-Konqun 1997-ci ildə Çin suverenliyinə qayıtmasından sonra, şərti olaraq qəbul etdiyi razılaşmaya baxmayaraq, öz ərazisində mövcud kvazi-demokratiyaya dözə bilməz. Si, Honq-Konq siyasətinin Tayvanı qorxutacağını da düşünə bilər. Əgər belədirsə, o, Tayvanın Çinə birləşəcəyini unutmalıdır.

Əgər o, Trampın “America First” (“Öncə Amerika”) administrasiyasının Tayvanı qorumaq üçün heç bir şey etməyəcəyi qənaətinə gəlibsə, adanı ildırım həmləsi ilə materikin nəzarətinə qaytara bilər. Ancaq bu da səhv olardı. Çin-Amerika münasibətlərinin daha geniş kontekstini nəzərə alsaq, hətta Tramp rəhbərliyi də Tayvanda Çin hərbi sərgüzəştinə cavab verəcək. Bundan əlavə, Tayvana təcavüz halında, ABŞ-a Çinlə açıq hərbi qarşıdurma yaratma lazım deyil. ABŞ Hərbi Dəniz Qüvvələri Cənubi Çin dənizində enerji və minerallar idxalını kəsmək gücünə malikdir.

Çinin qonşularına qarşı ticarət müharibəsi və təcavüzkar davranışları ucbatından artıq bu gün Sinin defolt mövqeyi görünür. Əslində, Sinin əzələ nümayişi o qədər qüsurludur ki, Pekin getdikcə diplomatik olaraq təcrid olunur. Demək olar ki, dünyanın bütün aparıcı hərbi və iqtisadi gücləri: Avropa Birliyi, Hindistan, Yaponiya, Braziliya Sinin sələfləri ilə praqmatik münasibətlər saxlayıb. Ancaq o vaxtdan bəri Çindən ehtiyatlanmağa başlayıb, bəziləri hətta ABŞ-a yaxınlaşıb.

Rusiyadakı kimi, Çin elitası da, şübhəsiz ki, Sinin ölkəni beynəlxalq pariaya çevirdiyinin fərqinə varacaq. 1964-cü ildə devrilən Nikita Xruşşov haqqında da bir çoxları məhz bu cür düşünürdü.

Sovet xarici işlər naziri Andrey Qromıko demişdi: “Xruşşovu devirməli olduq. O, sərsəm qumarbaz idi”. Xruşşov Kubada raket böhranı yaradarkən, həqiqətən, sərsəm idi. O, ABŞ-la hərbi pariteti qorumaq istəyirdi. Putin və Si kimi, stalinçi xəyalları bölüşürdü.

Bu gün heç bir lider Xruşşovun və ya acınacaqlı ölümü şayiələr doğurmuş Stalinin aqibətindən yan keçəcəyini düşünməməlidir. Onların hər ikisinin çevrəsindəki adamlar müstəblikdən bezmişdilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə