XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 17:59

İRƏVAN-MOSKVA ƏSƏB MÜHARİBƏSİ:Patruşevin Ermənistan səfəri haqda ziddiyyətli açıqlamalar nədən xəbər verir? – TƏHLİL

Sərkis Artsruni

“1-in.am” (Ermənistan), 15.08.2019

 

Rusiya Federasiyası (RF) Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu günlərdə İrəvanda olub, erməni həmkarı ilə, bir gün sonra isə baş nazir Nikol Paşinyanla görüşlər keçirib. Bu səfər bir neçə yöndə dedikcə diqqətçəkəndir.

Birincisi, Rusiya elitasında böyük çəkisi olan Patruşev məxməri inqilabdan sonra Ermənistana ilk dəfə gəlir, həm də aydındır ki, onun missiyası, belə deyək, kəşfiyyat-hazırlıq missiyasıdır. Məsələ bundadır ki, oktyabrda İrəvanda AİB-in sammiti nəzərdə tutulub, ən maraq doğuran məsələ Vladimir Putinin ölkəmizə səfəridir.

Rusiya prezidenti inqilabdan sonra Ermənistana gəlməyib: bu haqda bir neçə dəfə bildirilsə də, dərc edilmiş tarixlər azdan, ya da çoxdan əsaslandırılan izahatlarsız təxirə salınıb. Görünür, Putin bu dəfə İrəvana gəlməkdən yayına bilməz, xüsusən də bu şəraitdə: İrəvan Avrasiyanın baş tədbirini qəbul edən paytaxtdır.

O biri yandan, İrəvanda planlaşdırılmış sammitin təxirə salındığı örnəyimiz var. Əlbəttə, bu, 2016-cı il Aprel savaşından dərhal sonra baş verib, lakin heç bir zəmanət yoxdur ki, Moskva növbəti “fors-majorlu” arqumentləşdirmə düşünməyəcək.

Bu biri yandan, Patruşevin səfəri iki ölkə üçün önəmli bir mərhələdə – Ermənistan və Rusiyada mühüm daxili-siyasi transformasiyalar baş verəndə baş tutur. Ermənistanda inqilabsonrası institutlaşma köhnə sistemin tərs müqaviməti ilə üzləşir, Rusiyada isə Putinin postdan getməyinə dörd il qalmış hakimiyyət məsələsi kəskinləşib.

Buna habelə bölgəsəl məsələləri, xüsusən də hərbi sahədə Rüsiya-Türkiyə işbirliyinin dərinləşdiyini də əlavə edək, bu, Ermənistan üçün müəyyən risklər doğurur.

Bəlkə də, Ermənistan-Rusiya münasibətlərində dərin böhran yoxdur, ancaq institutlaşmış harmoniya da yoxdur və nə qədər paradoksal olsa da, yüksək səviyyədə təmaslar problemlərin həllinə şərait yaratmır, o qədər də əlverişli olmayan status-kvonu möhkəmləndirir.

Təsadüfi deyil ki, rəsmi İrəvan və Moskva Paşinyan-Patruşev görüşü haqda müxtəlif vurğulu məlumatlar yayıb.

RF Təhlükəsizlik Şurası mətbuat xidmətinin məlumatında deyilir – Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev və Ermənistan baş naziri Nikol Paşinyan İrəvan görüşündə təhlükəsizlik sahəsində Rusiya-Ermənistan işbirliyini möhkəmləndirmək, habelə Suriya xalqına humanitar yardım göstərmək və Suriyada dinc yaşayışı bərpa etmək məsələlərini müzakirə ediblər.

Moskvada vurğunu Suriya probleminə ediblər, bunun nəticəsində İrəvanın Qərblə, xüsusən ABŞ-la aşkar problemləri var. Karnegi Fondunun “Rusiya və Avrasiya” proqramının elmi işçisi Pol Stronski bu günlərdə “1-in.am”-a müsahibədə Ermənistana münasibətdə Amerika siyasətindən, Artsaxa (Dağlıq Qarabağ-tərc.) verilən yardımın azaldılması imkanından danışarkən, səbəb kimi Ermənistanın Suriyaya humanitar missiya üçün qrup göndərdiyini göstərib.

Aydındır ki, Ermənistan kontingenti Moskvanın çağırışı, ya da basqısı ilə Suriyaya göndərilib, Paşinyan bu addımla da Vladimir Putinin inamını möhkəmləndirməyə çalışıb. Bu, açıqca alınmayıb, əvəzində İrəvan və Qərb tərəfdaşları arasında gərginlik meydana çıxıb. İndi təəssürat biçimlənir ki, Moskva Ermənistanın xarici siyasət manevri imkanlarını daraltmaq məqsədilə Suriya mövzusunu məqsədyönlü şəkildə kəskinləşdirir.

Rusiyanın məlumatında heç bir xatırlatma yoxdur ki, Paşinyan və Patruşev Dağlıq Qarabağ problemini müzakirə ediblər, halbuki Ermənistan hökumətinin aparatı xəbər verir: “Ermənistanın baş naziri və RF Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, bölgədə hərbi balansı saxlamaq və sabitliyi təmin etmək, habelə bölgəsəl və beynəlxalq təhlükləsizliyin inkişafı və çağırışları haqda fikir mübadiləsi aparıblar”.

Ehtimal ki, Ermənistanın baş naziri irəli gedən Rusiya-Azərbaycan və Rusiya-Türkiyə hərbi işbirliyi haqda məsələ qaldıraraq bölgəsəl təhlükəsizlik və Qarabağ problemi kontekstində narahatlıq ifadə edib. Gördüyümüz kimi, tərəflərin hətta rəsmi məlumatları da Ermənistan-Rusiya münasibətlərində var olan problemlərin üstünü açır.

İrəvan və Moskva arasında əsəb müharibəsi gedir və əsla təsadüfi deyil ki, Patruşevi İrəvana göndərən Putin bu gün Azərbaycanın birinci ledisi və vitse-prezidenti Mehraiban Əliyevanı “xatırlayaraq”, onu “Dostluq” ordeni ilə təltif edib.

Tərcümə Strateq.az-ındır.   




Yuxarı Əvvələ Ana Səhifə