XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

17 Avqust 2019 - 09:17

“TANRI ÖLKƏSİ”NDƏ YEVANGELİSTLƏR PREZİDENTİ QORUYUCU HESAB EDİRLƏR –2020-ci ildə də onlar Trampa səs verəcəklərmi? - TƏHLİL

Elizabet Bruniq

Washington Post”, 14.08.2019 

(ixtisarla)

 

Yevangelist xristianlar Trampın çağında necə yaşayır və onu 2020-ci ildə yenidən seçəcəklərmi?

Onlar Bibliyaya əsaslanan protestantlardır və bir qayda olaraq, Məsihin qayıdışına etiqad edir, bütün irqləri əhatə edərək Amerika ərazisinə yayılıblar. 2014-cü ildə “Pew” Araşdırma Mərkəzi 28 milyondan çox əhalisi olan Texasda yevangelistlərin ən böyük dini seçici bloku meydana gətirdiyini müəyyənləşdirib: texaslıların 31 faizi özlərini yevangelist hesab edir. Bu seçicilərin tam 65 faizi – ağdərili, 22 faizi – latino, 8 faizi – qaradərilidir.

Sorğular göstərir ki, 2016-cı ildə Tramp burada yevangelist seçicilərin 85 faizinin səsini alıb, bu da ölkədəki ağdərili yevangelistlərin təxminən 81 faizi ilə müqayisədə daha yüksək göstəricidir. Özlüyündə heç də təəccüblü deyil: on illərdir yevangelistlər etibarlı respublikaçı seçici olublar.

Daha maraqlısı ağdərili yevangelistlər seqmentinin Trampı həmişə dəstəkləməsidir. Lakin 2016-cı ildə bir araya gələndən bəri, Trampa yevangelist dəstək ardıcıl olaraq yüksək səviyyədə qalıb.

Ağdərili yevangelistlərin Trampa meyllənməsi bir qədər təəccüblüdür. Çünki o, 3 dəfə evlənib, söyüşcül, seksual qalmaqallara bulaşmış iş adamıdır. Amma, həqiqətən, Amerikanın dəyərlərə ehtiram göstərən seçicilərinin davamlı mənəvi dəstəyini qazanmağı bacarıb, müntəzəm yüksək etimad reytinqinə sahibdir. Bu, sual doğurur: niyə?

Trampın yevangelist seçicilərlə əlaqəsi haqqında fərziyyələr, şübhəsiz, maraqlıdır. Bu fərziyyələrdə, yəqin ki, həqiqət payı var. Ancaq 2020 yaxınlaşdıqca və yevangelistlər yenidən Co Bayden kimi ənənəvi, mötədil demokratlara nəzər yetirdikdə, yevangelistlərdən prezidentlə müttəfiq olub-olmadıqlarını soruşmaq istədim.

Dallasda Robert Ceffreslə görüşdüm. O, müntəzəm olaraq 4 min və ya daha çox insanla ünsiyyətdə olan din xadimidir.

63 yaşlı Ceffress özünü Trampın “ən gur səsli və üzdə olan yevangelist tərəfdarı” adlandırıb, digər yerli pastorlar – Cek Qraham və Robert Morris də prezidentin müjdəçi heyətinə – kampaniya əsnasında formalaşan ruhani məsləhətçilər qrupuna qatılıblar.

Ceffress qızğın Tramp tərəfdarıdır: “2016-cı ilin yanvar ayında Trampla söhbətim zamanı dedim: “Cənab Tramp, inanıram ki, ABŞ-ın növbəti prezidenti olacaqsınız və bu baş verərsə, Tanrının siz və ölkəmiz üçün çox böyük bir planı var””.

Pastorun sözlərinə görə, Bibliyada deyilir ki, Tanrı – padşahları təyin edən və padşahları hakimiyyətdən kənarlaşdırandır.

Tramp Ceffressi səxavətlə mükafatlandırıb, pastorun kitabları haqqında müsbət tvit yazıb və onu çoxsaylı tədbirlərə, o cümlədən andiçmə günü ibadət mərasimi, Milad ziyafəti və Ağ Evdə şam yeməyinə dəvət edib.

Ceffress Trampın yevangelistlərin siyasi tarixinə necə uyğun gəldiyini aydın şəkildə anlayır. Onun səs verdiyi ilk prezident 1976-cı ildə Cimmi Karter olub: “O, xristian idi. İnsanlar onun namizədliyinə sevinirdilər”. Lakin Karter müdrik, Müqəddəs Kitabdan sitat gətirən, dindar olsa da, pastor onun prezidentliyindən məyus olub. Növbəti namizədi Ronald Reyqan “tarixdə ilk boşanmış prezident” idi.

Pastor Ceffressin rəyincə, liderlərin seçilməsində təfriqəni Bill Klintonu dəstəkləyən demokratlar yaradıb.

Onun sözlərinə görə, Reyqan Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan danışıb, Corc Buş da, lakin hər ikisi bu istiqamətdə hərəkət edə bilməyib. Buş dövrü, Ceffressin fikrincə, Reyqan dövründən daha məyusedici olub. Yevangelistlərin qazancları az, itkiləri böyük imiş.

“Mən 2004-cü ildə dini liderlərlə konfransda oğul-Corc Buşdan necə məyus olduqlarını və həqiqətən də bizi aldatdığını hiss etdim. Onu ümumiyyətlə, rüsvay etmək istəmirəm. Amma 8 ildə nə oldu? Yaxın Şərqdə 7 trilyon dollarlıq bir müharibə…”

Tramp keçmiş liderlərin uğursuzluqlarına baxmayaraq, hələ də respublikaçılara səs verməyə hazır yevangelist bazanı tapıb. O, şübhəsiz, yevangelist tərəfdarları ilə böyük uğur qazanıb. Ceffressin Tramp üçün daha böyük qalibiyyət proqnozlaşdırıb; bütün Farmersvill xristianları 2020-ci ildə də ona səs verməyə hazırlaşırlar.

Buşdan sonrakı dövrdə yevangelist siyasət Tramp kimi şəxslərin artmasına rəvac verməyə davam edəcəkmi? Düşmən hərəkətləri azaltmaq və gərginliyi ziflətmək mümkün olmayacaqsa, Apokalipsisə (Qiyamət Gününə) inanan yevangelistlər, həqiqətən, səhv yoldadırmı?

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə