XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 19:43

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ DAHA BİR TƏYİNAT –Nazir Vilayət Eyvazov şəhid Milli Qəhrəmanımızın oğlunu yüksək vəzifəyə gətirdi

Daxili İşlər Nazirliyində daha bir mühüm vəzifəyə təyinat gerçəkləşdirilib.

Strateq.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Elsevər Mirzəyev DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elsevər Mirzəyev Qarabağ döyüşlərində ilk nizami özünümüdafiə batalyonunu – məşhur Ağdam taborunu qurmuş əfsanəvi döyüşçü-komandir, şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin oğludur.

Fotoda: Milli Qəhrəman Şirin Mirzəyev (ortada)