XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 19:34

“Washington Post” İsrailə haqq qazandırdı –"ABŞ əsgərləri İranın intiqam hədəfi ola bilər"

Washington Post, 27.08.2019

 

ABŞ-la İran arasında danışıqlara başlamaq üçün fransız cəhdləri həftəsonu G7 sammitində böyük diqqət çəkib, ancaq bu, göründüyündən az ehtimal olunandır. Donald Tramp Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə İran prezidenti Həsən Ruhani ilə yaxın günlərdə görüşə razılıq versə də, İranın xarici işlər naziri avqustun 27-də perspektivi “təsəvvüredilməz” kimi səciyyələndirib.

Bu dəfə Yaxın Şərqdə İranla əlaqəli gərginliyi körükləyən İsraildir.

İyul ayından bəri İsrail səssizcə İranın aktivlərinə və ona müttəfiq milislərə qarşı hava kampaniyasını Suriyadan İraqa qədər genişləndirib və ABŞ-ın bölgədəki qüvvələri üçün potensial nəticələrə səbəb olub.

ABŞ rəsmiləri iyulun 19-da Bağdadın şimalındakı silah anbarına hava hücumunun, son illərdə Suriyada yüzlərlə zərbə endirən, lakin 1981-ci ildən bu yana İraqı hədəf almayan İsrail tərəfindən edildiyini bildiriblər.

İran tərəfindən nəzarət edilən silah anbarlarına son 3 hücumun İsrail əməliyyatları olduğuna inam böyükdür.

Bazar günü, avqustun 24-də İraqın qərbindəki şiə milis karvanına PUA hücumunda bir komandirin və daha 8 nəfərin öldürüldüyü bildirilib. Əvvəlki gecə İsrailin Suriyaya etdiyi hava hücumunda Livanın “Hizbullah” qrupunun 2 əməliyyatçısı öldürülüb.

İsrail Beyrutun cənubundakı media mərkəzinə dron həmləsində də ittaham olunub.

Baş nazir Benyamin Netanyahunun hökuməti İsraildəki çoxsaylı hərbi və mülki hədəflərə İranın PUA hücumunun qarşısını aldığını söyləyərək, yalnız Suriya əməliyyatına görə məsuliyyəti üzərinə götürüb.

İsrailin İran hücumlarından qəti şəkildə müdafiə olunmaq hüququ var. Tehran və müttəfiqlərinin cəzasız fəaliyyət göstərdiyi ölkədə – Suriyada ona etiraz edilməməlidir.

Amma İsrailin İraqa qarşı çoxölçülü və gizli kampaniyasının genişləndirilməsi ABŞ üçün böyük risklər doğurur. 5 minə yaxın ABŞ əsgəri hələ də bu ölkədə yerləşir və İranın intiqam hədəfi ola bilərlər.

Eyni zamanda, Vaşinqtonla müttəfiq qalan İraq hökuməti parlamentdəki böyük şiə milis qruplarının təzyiqlərinə qarşı çox həssasdır. Həmin deputat fraksiyası milis karvanına edilən hücumda həm İsraili, həm də ABŞ-ı günahlandıraraq, Amerika qüvvələrini ölkəni tərk etməyə çağırıb.

Pentaqonun cavabı diqqətəlayiq idi. Bəyanatda karvan və ya silah anbarı hücumlarında hər hansı bir iştirak qəti şəkildə rədd edilib və “İraqda zorakılığa səbəb olan xarici aktyorların hər hansı bir potensial hərəkəti” qınanıb.

Dövlət katibi Mayk Pompeo Livan və İsrail arasında eskalasiyanın qarşısını almağa çalışıb. O, Livan hökumətinə İsrailin “Hizbullah”la de-fakto atəşkəsi pozmaq niyyətində olmadığına dair vədlər verib.

Netanyahu gələn ay çətin seçki ilə üzləşəcək və ABŞ-İran yaxınlaşmasına qarşıdır. O, İranla münasibətlərin kəskinləşməsi üçün bu məqamı yaxşı hesab edə bilər. Netanyahu da nəticənin ABŞ-ın İraqdakı maraqlarına zərər verməsi və daha geniş miqyaslı müharibə riski doğuracağını bilir.

Tramp buna etiraz etməyəcək.

Təəssüf ki, son məsələdə o, güman ki, haqlıdır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə