XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 22:17

DÜNYANIN ƏN BÖYÜK NEFT EHTİYATI AŞKARLANAN XƏZƏR UĞRUNDA ABŞ-RUSİYA QARŞIDURMASI:yekun qərar kimin xeyrinə olacaq? – Araşdırma

Sohu (Çin), 30.08.2019

 

Avropa və Asiyanın sərhədində Xəzər dənizi (daxili dəniz) yerləşir. “Daxili dəniz” adından çıxış edərək təəssürat yaradılır ki, bu, həqiqi dənizdir, amma dünyanın başqa ölkələri onu “göl” adlandırıblar. Bu su hövzəsi böyük ərazi tutduğuna görə. Onu uzun müddət dünyanın ən böyük gölü sayıblar. ABŞ Xəzər dənizinin “göl” kimi müəyyən edilməsini bir neçə il qabaq şübhə altına alıb. Rusiya deyil, bəzi başqa ölkələr Birləşmiş Ştatların bu hövzəni dəniz kimi təsnifləmək təklifini dəstəkləyib. ABŞ niyə öz fikrində israr göstərib Xəzərin dəniz olduğunu iddia edir, Rusiya isə onun göl olduğundan inadla yapışır? Xəzər dənizinin ekosistemi dənizə bənzəyir, su hövzəsi balıq ehtiyatları ilə boldur. XX yüzilliyin 90-cı illərinədək Xəzər dənizinin sahillərində cəmi iki ölkə yerləşib: SSRİ və İran. Sovet İttifaqı o zamanlar ABŞ-la rəqabət aparan fövqəldövlət idi, onun toplam milli gücü İranı üstələyirdi, amma aralarında su hövzəsindən istifadə hüququna görə heç vaxt ciddi mübahisə yaranmayıb. SSRİ 1991-də 15 suveren dövlətə parçalandı, indi Xəzər dənizinin sahilində iki deyil, beş ölkə var.

Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycanın Xəzər dənizinə çıxışı var. Bu ölkələr zaman keçdikcə təbii resursların axtarışı və kəşfiyyatı sahəsində texnoloji sıçrayış etdi və Xəzər dənizində böyük neft ehtiyatları tapdılar. Ekspertlərin fikrincə, Xəzər dənizində 60 milyard tondan çox neft var, bu da “neft kralı” Səudiyyə Ərəbistanındakından iki dəfə çoxdur. Rusiya istisna olmaqla bu ölkələr bu bölgədən neft ixracı ilə məşğul olur və onların daxili iqtisadiyyatları bunun əsasında qurulur.

Bu, xüsusən Azərbaycana aiddir, o, neft sənayesinin inkişafnın dan yerində əsas neft ixracatçısı idi. Amma neft o zaman indiki kimi beynəlxalq statusa malik deyildi, “sənayenin həyat arteriyası” deyildi. Buna görə də Azərbaycan neftinin satışı Səudiyyə Ərəbistanı və BƏƏ-nin indi malik olduğu qədər əfsanəvi gəliri yox idi, onun gəliri olduqca cüzi idi. Neft hasilatı sonralar zirvəyə çatanda Azərbaycanın praktik olaraq resursu qalmadı, bu üzdən ölkənin paytaxtı Bakının iqtisadi inkişafı artıq 20 ildən çoxdur həmin səviyyədə qalır.

Xəzər dənizində neft mədənləri aşkarlananda Azərbaycanın yüksək çevrələri yataqları işləmək hesabına ölkə iqtisadiyyatını bərpa etmək ümidilə bərk həvəsə düşmüşdü. Xəzər dənizi göl olsaydı, onda beynəlxalq praktikaya uyğun olaraq sahilyanı beş ölkənin beşinin də onu mənimsəmək hüququ olardı. Başqa dövlətlərin gəmiləri yalnız Rusiyanın və qalan dörd ölkənin razılığı ilə Xəzər sularında lövbər ata bilərdi. Amma ABŞ-ın təklifi ilə Xəzər dənizini yenə də “dəniz” qəbul etsəydilər, onda Rusiya və başqa dörd ölkə 12 dəniz mili mstəsna iqtisadi zonaya iddia edə bilər, qalan bütün akvatoriya beynəlxalq sular kimi tanınacaq və dünyanın bütün ölkələrinin gəmiləri maneəsiz orada dayana və neft hasilatı ilə məşğul ola bilər.

Əslində, ABŞ təkid edir ki, Xəzər dənizini məhz neftə görə “dəniz” saysınlar, o da neftin bir qismini əldə etmək istəyir. Rusiya da Xəzər dənizinin göl olduğunu iddia etməklə eyni hədəfi izləyir. Rusiya yaxşı inkişaf etmiş sənaye ilə Xəzər sahilinin ən güclü ölkəsidir. Xəzəri göl saysalar, bu, hamıdan qabaq məhz Rusiyaya əlverişli olacaq. 2018-ci ilin avqustunda Xəzər dənizinin hüquqi statusu haqda Konvensiya imzalanıb – onda deyilir ki, yalnız Xəzəryanı beş ölkənin bu akvatoriyada qoşun yerləşdirmək hüququ var və müqavilə tərəflərinə məxsus olmayan silahlı güclərin iştirakına yol verilmir.

Azərbaycan və başqa ölkələr bu neft ehtiyatlarının önəmini anlayır, buna görə ABŞ-la işbirliyinə getmir. Bu Konvensiya Birləşmiş Ştatların Xəzərlə bağlı məsələlərə qarışmaq üçün gücdən istifadəsini mümkünsüz edib. Rusiya indin bu məsələ üzrə qələbə çalıb, amma ABŞ hələ təslim olmur. Onun rəsmi xəritə və sənədlərində Xəzəri “dəniz” adlandırırlar, bu mövqeyi beynəlxalq arenada da dəstəkləyirlər. Bizə yalnız Xəzər dənizinin taleyi haqda yekun qərarı gözləmək qalır.

Tərcümə Strateq.az-ındır.