XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 09:33

İRAN PREZİDENTİ İRƏVANA GEDİR:Tehran Azərbaycana niyə etibar etmir? - TƏHLİL

Naira Ayrumyan

lragir.am, 03.09.2019  

 

Politoloq Styopa Səfəryan hesab edir ki, İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Ermənistan və İran arasında dərin münasibətlər qurmağa hazırlığın işarəsi ola bilər.

Mehr” xəbər verir – İranın Ermənistan səfiri Kazim Səcadi məlumat verib ki, İİR prezidenti Həsən Ruhani baş nazir Nikol Paşinyanın dəvətilə ən yaxın həftələrdə İrəvana səfər edəcək.

Yada salaq ki, Paşinyan İran prezidentini oktyabrın 2-də olacaq Avrasiya İqtisadi Birliyi (AİB) sammitinə qatılmaq üçün dəvət edib.

Nikol Paşinyanın əvvəllər “Nuvel”ə müsahibədə verdiyi məlumata görə, Ermənistan diplomatiyası ABŞ-ı inandırmağa nail olub ki, İranla münasibətlər Ermənistan üçün mühüm mənaya malikdir.

Paşinyan “Səs-küylü bəyanatlar vermək istəmirəm, amma bizim diplomatlar bu məsələdə çox önəmli qələbəyə nail ola biliblər: görünür, amerikalı tərəfdaşlarımız bu məsələni yaxşı qəbul ediblər. Onlar anlamağa başlayıblar ki, İranın Vaşinqton üçün bir mənası, Ermənistan üçün başqa mənası var” deyərək, əlavə edib ki, bu, Amerika tərəfinin İrana münasibətinin dəyişdiyini bildirmir.

Paşinyan qeyd edib ki, Ermənistan indiki anda bu məsələdə ABŞ tərəfdən hər hansı basqıya məruz qalmır. Baş nazir deyib: “Ermənistan bir ölkə kimi basqının tərəfi deyil, amma İranın qonşusu olmaqla beynəlxalq birliyin bir hissəsidir. Demək istəyirəm ki, birbiçimli və bircins yanaşma yoxdur və görməyə şadam ki, deyəsən, bizim amerikalı tərəfdaşlarımız Ermənistanın düşdüyü kontekstin dərinlyini qəbul ediblər”.

Nikol Paşinyan bu günlərdə İrəvanda İranın aparıcı KİV-lərinə müsahibə verərək qeyd edib ki, İran-Ermənistan elektrik ötürülməsinin üçüncü xətti bəzi çətinliklərdən sonra indiki anda sürətli templə irəliləyir, “Qaz – elektrik enerjisi” formatında effektli qarşılıqlı fəaliyyət həyata keçirilir. Baş nazir hər iki ölkənin AİB çərçivəsində dəyərli iqtisadi nəticələr təmin etmək imkanında olduğunu deyərək qeyd edib: “İranlı həmkarlarımızla fəal müzakirə etdiyimiz bir sıra layihələr var və ümid edirik ki, bu proqramlar ətrafında ümumi uzlaşmaya gəlməyə nail olacağıq”.

Ruhaninin Ermənistana səfəri baş tutarmı? Yada salaq ki, bu, cavab səfəri olacaq – Nikol Paşinyan 2019-cu ilin fevralında İranda olub və onun  səfəri diqqətçəkən hadisələrlə yad olunur. Xüsusən də Nikol Paşinyanın “Artsax Ermənistandır və nöqtə” şüarının fonunda çıxışının fotoşəkli bütün dünyanı dolaşıb.

Nikol Paşinyan avqustun 5-də bu şüarı Stepanakertdə (Xankəndində-tərc.) mitinqdə təkrarlayaraq, Artsax (Dağlıq Qarabağ-tərc.) tənzimlənməsində Ermənistanın yeni kursunu göstərib. Və son dərəcə simvolikdir ki, şüar rəsmən İranda “təqdim olunub”.

Əlbəttə, Azərbaycan bununla bağlı hiddətlənib, amma İranın Azərbaycana etiraz üçün nəyisə var. Azərbaycan XİN ötən həftə ABŞ-ın İran və İraqa hücum üçün Azərbaycanda dronlar yerləşdirdiyi haqda məlumatı iki dəfə təkziblə çıxış edib.

Tehran Azərbaycana etibar etmir və bu, Ermənistan-İran münasibətlərini möhkəmlətməyin xeyrinə daha bir arqumentdir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə