XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 11:54

GÖRÜŞ VƏ FOTOSSESİYA ÜMİDİ:Tramp-Ruhani təması xam xəyal kimi görünür

 

 

Lora Rozen

“Əl-Monitor”, 26.09.2019

 

Videodan göründüyü kimi, Fransa prezidenti Emmanuel Makron İran prezidenti Həsən Ruhaninin Donald Trampla görüşmədən Nyu-Yorkdan gedişinin “itirilmiş fürsət” olacağı barədə xəbərdalıqr edib. Makron bunu BMT-də məsləhətçiləri və jurnalistlərin əhatəsində deyir, İngiltərənin baş naziri Boris Conson da oradadır. “Çünki belə fürsət yalnız bir neçə ay sonra olacaq. Prezident Tramp da Tehrana getməyəcək, buna görə, də indi görüşməlisiniz”.

“Siz üzgüçülük hovuzunun yanında eyni vaxtda olmalı və eyni zamanda suya tullanmalısınız”. Bunu da Conson İran prezidentinə deyib.

Ruhani ürəkdən gülüb, son həftələrdə şəxsən özü Trampla telefonla saysız-hesabsız saatlar keçirən Fransa liderinin xahişlərinə baxmayaraq, müqavimət göstərib.

Başqa bir videoda Ruhaninin Makrona Fransa, İngiltərə və Almaniyanın İranı Səudiyyə Ərəbistanının neft obyektinə hücumlarda günahlandırmaqla, ABŞ-a qatıldığı bəyanatından narazılıq etdiyi görünür. Ruhani tərcüməçi vasitəsilə Makrona deyir: “Siz çox yaxşı gedirdiniz, amma birdən-birə dayandınız”.

İranlıların ABŞ prezidenti ilə görüşərək on illərlə davam edən tabunu pozmaq niyyətində olub-olmadığı zaman Trampın Nümayəndələr Palatasında impiçment edilə biləcəyi ortaya çıxıb.

Əslində, Tramp-Ruhani görüşü və ya BMT Baş Assambleyası önündəki fotosessiya ümidi Ruhani Nyu-Yorka gəlməzdən əvvəl ölmüşdü.

Hətta ABŞ dövlət katibi Mayk Pompeonun nazirlər səviyyəsində 2015-ci ilin nüvə sazişinin qalan tərəfləri ilə bağlı müzakirələrə qoşulma ehtimalı da demək olar ki, faciəvi şəkildə istisna edilib. Bəlkə də qəsdən. Pompeo anti-İran çıxışına hazırlaşıb.

Əgər dünya liderlərinin Nyu-Yorkda illik toplantısı zamanı daha aşağı səviyyədə ABŞ-İran qapalı görüşü baş veribsə də, heç bir tərəf bunu açıqlamayıb.

Cəmi iki həftə əvvəl mümkün sıçrayış daha parlaq görünürdü. Sentyabrın 10-da Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun xidmətlərinin artıq lazım olmadığını söyləyib, İranın masaya gəlməsi üçün mümkün barışıq jestləri və ya sanksiyalardan azad olmanı düşündüyünə dair siqnallar verib.

Ancaq sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumları olub, Pompeo və sonradan E3 məsuliyyəti İrana aid edib. Tramp hərbi təpki üçün “şahinlər”in təzyiqinə müqavimət göstərsə də, İran Mərkəzi Bankına qarşı daha sərt sanksiyaları qüvvəyə mindirib.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın BMT-dəki missiyasında jurnalistlərlə görüşərək 14 sentyabrda Səudiyyə Ərəbistanının neft qurğularına hücumlarda İranın hər hansı bir rolunun olduğunu təkzib edib. Lakin onun əsəbi və ümumiyyətlə, məyus olduğu aydınlaşıb.

Nyu-Yorka gələndə Zərifin prioriteti 2015-ci il sazişinin qalan tərəflərini konkret tədbirlərə hazırlamaq idi. “Bizdə bir məsəl var: “Bəy verən atın dişinə baxmazlar”, – deyən Zərif sazişin 5+1 formulunu xatırladıb.

(Ötən ay Fransanın Biarritz şəhərində keçirilən G7 Zirvəsində maliyyə naziri Stiven Mnuçinin Zəriflə görüşməsi təklif edilib, lakin görüş baş tutmayıb.)

Hazırda vəziyyət dolaşıq görünür. İranlılar sanksiyaların yüngülləşdirilməsi və ya ABŞ-ın sazişə qayıtması ilə bağlı jest olmadan masaya gəlmək istəmirlər; Tramp bu şərtlər olmadan fotosessiya və ya iranlılarla görüş tarixi istəyir.

Mətbuat konfransında Ruhani Tehranın mövqeyini bir daha təkrarlayıb və əslində, topun ABŞ-ın sahəsində olduğunu söyləyib. İranla danışmaq istəsə, Birləşmiş Ştatlar sanksiyaları ləğv edib, sazişə qayıtmalıdır.

Sazişin qalan tərəfləri İranın öhdəliklərə əməl etməsini istəyirsə, E3 də öz öhdəliklərini yerinə yetirməlidir, onda İran atdığı sonrakı addımları ləğv edəcək.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə