XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 17:41

İRANIN ABŞ-da SƏNGƏRLƏNMİŞ “YATMIŞ ÖZƏKLƏR”İ: özəyə mənsub olanlar hücum əmri gözləyirlər – Araşdırma    

İqor Subbotin

“Nezavisimaya gazeta”, 27.09.2019

 

Livanın “Hizbullah” qruplaşmasının ABŞ-da daldalandığı və terrorçu hücumlar təşkil etmək imkanına malik olduğu haqda dəlillər Nyu-Cersi sakini Aleksey Saaba qarşı ittiham aktı olub. Amerika Ədliyyə Nazirliyinin rəsmi saytında dərc edilmiş sənəddə deyilir ki, 2019-cu ildə həbs olunmuş 42 yaşlı kişi “Allah Partiyası”nın düşərgələrində təkcə məşqlər keçməyib, həm də ABŞ-da hücumlar planlaşdırıb. İttihamın doqquz bəndində Saabın adı keçir. Hüquq-mühafizə qurumları hesab edir ki, amerikalı hələ 1990-cı illərdə “Hizbullah”ın düşərgələrində hazırlığı başa vurub. Saab “910-cu bölmə” deyilən quruma – “Hizbullah” birləşmələrinin xaricdə hücumları üçün nəzərdə tutulub – daxil olaraq mühacirət edib. O, Livan pasportuna malik olmaqla 2000-ci ildə Birləşmiş Ştatlara gəlib, 2008-ci ildə isə Amerikada vətəndaşlıq hüququ alıb. İttiham rəyində iddia olunur ki, Saab eyni zamanda dünya üzrə səyahət edib və hətta məşqi davam etdirmək üçün doğma Livana baş vurub. O, xaricdə olarkən qətl qəsdi cəhdlərində ittiham edilir.

İddia olunur ki, Saab Birləşmiş Ştatlarda yaşayaraq “Hizbullah”ın döyüşçüsü rolunu icra edir və perspektivdə Birləşmiş Ştatlara mümkün hücuma hazırlaşmaq üçün xarici terror təşkilatına yardım etmək məqsədilə potensial hədəflər üzərində müşahidə aparıb, – ABŞ-ın baş prokuror köməkçisi Con Demersin bəyanatında deyilir. – Amerika ərazisində aparılan belə gizli fəaliyyətlər milli təhlükəsizliyimiz üçün açıq təhlükə təşkil edir. Mən bu araşdırmanın məsuliyyətini daşıyan agentləri, analitikləri və prokurorları salamlayıram”.

İttiham təmsilçiləri əmindirlər: Saab Amerikanın böyük şəhərlərinə, o cümlədən Nyu-York və Bostona səfər edib ki, potensial hücumlar üçün turistlər arasında populyar ictimai yerləri seçsin. O yığılan bütün məlumatı “Allah Partiyası” təmsilçilərinə veribmiş. Xəbər verildiyi kimi, Federal Təhqiqat Bürosunun (FTB) işçiləri Saabın telefonunda bunu təsdiqləyən materiallar tapmağa nail olublar. Amerikanın Ədliyyə Nazirliyi hesab edir ki, “910-cu bölmə”nin ehtimal edilən üzvü İsrail və Türkiyədə də Livan qruplaşmasının tapşırıqlarını yerinə yetirib. Lakin Yaxın Şərqə bu gəzintilərin ayrıntıları göstərilmir.

Saabın özü ABŞ-da həbs altındadır. Ona hələ iyulda ittiham elan edilib, amma işin materialları məxfilikdən ancaq indi çıxarılıb. Adamın günahı sübut olunsa, onu 30 il həbs gözləyir.

Washington Examiner” nəşri diqqəti buna yönəldir ki, Saabın dosyesi “Hizbullah”ın ən mühüm elementlərindən biri əməliyyatçıların, yəqin ki, hədəf ölkələrdə ikinci vətəndaşlıq almağı olan “xarici” strategiyasına illüstrasiya ola bilər. Amerikalının həbsi yerli güc idarələrinin əndişəsini gücləndirir ki, “Allah Partiyası” Şimali Amerikada yatan özəklərə sahibdir. Bu haqda həyəcanlı siqnallar 2017-ci ildə “Hizbullah”ın əməliyyatçısı Əli Quraninin həbsindən sonra neydana çıxıb – iş materiallarının xəbər verdiyi kimi, o, Nyu-York və Toronto areoportlarının infrastrukturunu araşdırıb, Amerika ərazisində habelə hərbi və kəşfiyyat təyinatlı obyektləri izləyib.

Quraniyə teraktlar təşkili ittihamı elan olunub. İsrailin “Haaretz” nəşrində onun FTB müstəntiqləri ilə söhbətinin parçaları dərc olunub. Şübhəli şəxs söhbətin gedişində Livan qruplaşmasının “xarici” döyüş qanadına mənsubluğunu boynuna alıb. Qurani xüsusi xidmətlərin işçilərilə söhbət zamanı o cümlədən deyib ki, “910-cu bölmə” şəxsən “Hizbullah”ın baş katibi Həsən Nəsrullaha tabedir, amma, əlbəttə, İran hərbi elitasının əmrlərinin proritet önəmi var. Ehtimal ki, İslam İnqilabı Keşikçiləri Korpusu nəzərdə tutulub. Quraninin etiraf ifadələrinin xəbər verdiyi kimi, o, ABŞ-dakı yatan özəyin üzvü olub. O deyib: “Özəyə mənsub olanlar tərəfindən fəaliyyət tələb edən müəyyən ssenarilər olacaq”.

Lakin “Amerika özəkləri”nin sayı və resursları hələlik bəlli deyil. İranın hərbi siyasətinin aləti sayılan şiə qruplaşmasının emissarları Şimali Amerika üçün yenilikdirsə, Cənub hissəsi üçün gündəlik kriminal həyatın tərkib hissəsidir. “Allah Partiyası”nın fəallığı Braziliya, Argentina və Paraqvay arasındakı sərhəd üçbucağında çoxdan qeydə alınır. Yerli hökumətlərin məlumatına görə, Livan qruplaşmasının “leqal” agentləri yerli ərəb diasporunun təmsilçilərilə birlikdə narkotik alveri və silah qaçaqmalçılığı ilə məşğul olurlar. Amerikanın Amerika Dövlətləri Təşkilatındakı keçmiş daimi təmsilçisi Rocer Noryeqa 2011-ci ildə ABŞ Konqresi qarşısında çıxış edərkən deyib ki, Latın Amerikasının, ən azı, 12 ölkəsində İranın “öz adamları” var.1990-cı illərdə Argentinanı silkələmiş teraktlar  “Allah Partiyası”nın Qərb yarımkürəsində iştirakının dolayı sübutları sayılır. Və göründüyü kimi, Amerikada belə hücumların təhlükəsi məsələsi qapanmayıb.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə