XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

04 Oktyabr 2019 - 14:03

NETANYAHUNU GÖZLƏYƏN GERÇƏK HƏBS:Bibi vəziyyətdən qurtulmaq üçün daha nələrə əl atacaq? - Araşdırma

Gennadi Petrov

Nezavisimaya gazeta, 03.10.2019

 

İsraildə baş nazir Benyamin Netanyahuya qarşı qaldırılmış bir neçə iş üzrə dinləmələr başlanıb. Bu, hakim koalisiya üzrə dalana girmiş danışıqların qızğın çağında baş verir. Netanyahu yaranmış durumun ciddiliyini anlayaraq “Likud” partiyasının alternativsiz lideri olduğunu təsdiq etmək qəsdilə partiyadaxili praymeriz keçirmək niyyətindədir. Ədliyyə Nazirliyində başlanmış dinləmələr mətbuatda nömrələri ilə adı çəkilən üç işə aiddir – “iş 1000”, “iş 2000”, “iş 4000”. Baş Prokurorluq bunun  nəticələrinə görə Netanyahuya ittiham təqdim edib-etməmək haqda qərara gəlməlidir.

Birinci “iş 4000”-ə baxılıb. Onda İsrailin “Bezek” telekommunikasiya şirkətinin və sahibi Şaul Aloviçin adı keçir. Prokurorluq şübhələnir ki, Netanyahu 2014-2017-ci illərdə bu quruma sərf edən qərar qəbul edib. Guya Aloviç və ona məxsus “Walla” xəbərlər portalı əvəzində baş nazirin fəaliyyətini müsbət yöndə işıqlandırıb. Bu iş üzrə dinləmə 11 saat çəkib. Netanyahu ona qatılmayıb.

Gözlənildiyi kimi, oktyabrın 6-da “iş 1000”ə baxılacaq. Onda söhbət Netanyahu ailəsinin qanunsuz lobbiçilik xidmətinə görə hədiyyələr aldığından, yəni faktiki olaraq rüşvətdən gedir.

Ədliyyə Nazirliyi növbəti gün baş nazir üçün siyasi baxımdan ən təhlükəli “iş 2000”i dinləyəcək. Netanyahunu ölkənin ən nüfuzlu qəzetlərindən biri “Yediot Ahronot”un redaksiya siyasətinə qarışmaq cəhdində günahlandırırlar. Ciddi maliyyə çətinlikləri yaşayan nəşr üçün yatırımçılar tapmaq cəhdində ondan şübhələnirlər. Guya Netanyahu bunun əvəzində qəzetin yiyəsi Arnon Mozesdən 2015-ci il parlament seçkiləri ərəfəsində informasiya dəstəyinə nail olmaq istəyib.

Baş naziri ictimai inamı aldatmaq və rüşvətdə təqsirli bilsələr, o, təkcə həbsə yollanmayacaq, həm də özünün “Likud” partiyasının siyasi perspektivlərini ciddi korlayacaq. “İş 2000” üzrə ittihamlar ona da kölgə salır.

Netanyahunun işi üzrə dinləmələr onun üçün ən əlverişsiz anda başlanıb: sentyabrda keçirilən ikinci erkən parlament seçkilərindən sonra hakim koalisiyanı formalaşdırmaq heç cür baş tutmur. “Kahol-Lavan” solçu-mərkəzçi blok və sağçı “Likud” öz müttəfiqlərilə birlikdə, təxminən, bərabər sayda mandata malikdir. Deməli, Knessetdə həmfikirlər koalisiyası alınmaz. Lakin “Kahol-Lavan”ın lideri Beni Hantsın çağırdığı milli birlik koalisiyası da alınmır. Danışıqlara qatılanlar hökumətə kimin başçılıq edəcəyini heç cür müəyyən edə bilmirlər. Hants hesab edir ki, baş nazir o olmalıdır. Netanyahu, əksinə, hökumət başçısının kürsüsündə qalmaq niyyətindədir.

Yeni Knesset cümə axşamı rəsmi and içib. Deputatlar qarşısında çıxış edən prezident Reuven Rivlin bütün gücü hakim koalisiyanı formalaşdırmağa cəmləməyə çağırıb. İsrail siyasətçilərinin ümumi dil tapmaqda növbəti cəhdi elə həmin gün uğursuzluğa düçar olub. “Bizim evimiz – İsrail” partiyasının milli birlik koalisiyasına tərəfdar olan lideri Avigdor Liberman Netanyahu ilə danışıqlar aparıb. O bu söhbət bitəndən sonra onu belə səciyyləndirib: “Heç nədən danışdıq”.

Netanyahunun keçmiş müşaviri Benni Briskin “NG” ilə söhbətdə qeyd edib ki, parlament koalisiyası haqda danışıqlar və baş nazirin işləri üzrə dinləmələr ölkədə əsas hadisədir və bunlar öz aralarında sıx bağlıdır. Ekspert deyib: “Netanyahu koalisiyanı formaladırmaq və başçılıq etməyə nail olsa, ittihamlardan yaxa qurtarmaq ona asan olacaq. Ehtimal böyükdür ki, ona qarşı işlərin araşdırılması təxirə salınacaq”.

Baş nazir İsrail qanunvericiliyinə uyğun olaraq məhkəmə təqibindən müdafiə olunmayıb. Amma ona deputat immuniteti vermək xahişi ilə Knessetin təşkilat komissiyasına müraciət etmək hüququ var. “Kahol-Lavan”ın təmsilçiləri artıq bildiriblər ki, Netanyahunun məsuliyyətdən azad edilməyinə qarşı çıxış edirlər. Bu, parlament çoxluğunun koalisiya yaratmaq haqda anlaşmasını ciddi çətinləşdirir.

İsrail KİV-ləri xəbər verir – Netanyahu yaranmış durumun ciddiliyini başa düşərək partiyadaxili praymeriz keçirmək niyyətindədir. Bu hərəkətin məqsədi onun belə, ya elə uzlaşmalı olacağı “Likud”un alternativsiz lideri olduğunu təsdiq etməkdir. Briskin deyir: “Uzlaşma alınmazsa, onda istisna deyil ki, ölkədə nadir durum formalaşacaq: bir il boyunca üçüncü erkən parlament seçkilərinə gedəcəklər”.

Tərcümə Strateq.az-ındır.