XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 11:40

Fikrət Şabanov: [color=red]“Suriya məsələsi həll ediləndən sonra Mərkəzi Asiya uğrunda müharibə başlayacaq”[/color] – Müsahibə

merkeziasiya-1.jpg

 

"Consultations on international policy and economy" qurumunun prezidenti Fikrət Şabanov REGNUM İA-ya müsahibəsində qeyd edir ki, maliyyə böhranına görə Moskvanın Mərkəzi Asiyaya təsiri azalıb və bölgədə terrorçularla müharibə ehtimalı çox yüksəkdir.

fikret-shaban-1.jpg

Fikrət Şabanovla müsahibəni Strateq.az-ın oxuclarına təqdim edirik.

 

Rusiyanın Qırğızıstanda bir sıra böyük hidroenergetik obyektlərin inşası haqda müqaviləni tələsik dayandırmağı nə ilə izah olunur?

– Rusiya bu bahalı layihənin pulunu ödəyə bilmir. Bu, o deməkdir ki, Qırğızıstan hökuməti nəzərdə tutduğu pulu ala bilməyəcək. Bişkekdə mövcud siyasi rejimin saxlanması üçün cari vəsait qurtarır və "maliyyə qəlyanaltısı"na yeni maliyyə variantları lazımdır. Bu cür korrupsiya sxemləri xaricdən maliyyələşdirilən kürəsəl layihələrə daha yaxşı pərçimlənir. Qırğızıstanla bağlı durumda isə bu, SES, dəmiryolu və s. inşasıdır. Prezdent Almazbek Atambayev və çevrəsi anlayır ki, özlərinin yeyilməməsi üçün siyasi elitanı vaxtında yemləmək lazımdır. Axurun yolu bağlansa, çevriliş bir neçə günə yetişər. SES inşası layihəsinin pozuluşunda maraqlı olan ikinci tərəf birbaşa Özbəkistandır. Daşkənddə tamamilə haqlı olaraq ehtiyatlanırlar ki, layihələr gerçəkləşəcəyi halda, su hamıya çatmaz.

Bundan savayı, Özbəkistanla Moskva arasında daha kürəsəl geopolitik yönlər üzrə bir sıra ziddiyyətlər var. Rusiya hazırda “Taliban” hərəkatının liderləri ilə müqavilə bağlamaq istəyir ki, Əfqanıstanda təsirini saxlasın. Özbəkistan bu cür təşəbbüslərin əleyhinədir. Daşkənd öz narazılığını ABŞ-la bütün sahələrdə təmas və əməkdaşlığın genişləndirilməsi ilə sərgiləyir (ABŞ dövlət katibi Con Kerri 2015-ci ilin noyabrında Özbəkistana rəsmi səfər etdi – Regnum İA). Görüşlərdə Özbəkistan hökumətinə hərbi-texniki və informasiya dəstəyi göstərilməsi məsələsi müzakirə edilib ki, özbəklər ABŞ və Qərbin nüfuzunu bölgədə yaya bilsinlər, həmçinin siyasi-iqtisadi hakimiyyyəti qorusunlar. Daşkənd və Vaşinqton hazırda bir-birinin  qabağında “xarici siyasət lambadası” oynayır. İlin başlanğıcında tərəflərin nəticəsi elan edilməmiş məsləhətləşməsi başa çatdı. Güman etmək olar ki, danışıqları aparmağa yetkili nüfuzlu özbək siyasətçiləri eyni zamanda bir neçə məsələni həll etməyə cəhd edirlər: həm prezident ailəsinin şəxsi məsələsini, həm də dövlət maraqlarını qorumaq. Bu isə postsovet məkanında eyni şey deməkdir.

“Ailənin hansı şəxsi məsələsi”ndən danışırsınız?

– Amerikalılar Daşkəndə eyham vurublar ki, Gülnarə Kərimovanın milyardlarının və Özbəkistanla, onun rəhbərliyi ilə bağlı dünyada hüquqi təqib üzrə beynəlxalq aktların geri dönməyi mümkün ola bilər. Özbəkistanın rəsmi sorğusuna ilkin qeyri-rəsmi müsbət cavab verilib. ABŞ və Rusiya Bəşər Əsəd hakimiyyətinin sivil şəkildə təhvil verilməsi haqda müqavilə bağlayanda Suriya üzrə məsələnin nizamlanmasından sonra ən əsas müharibə başlayacaq – Mərkəzi Asiya uğrunda müharibə. Çinə doğru yolda “qırmızı xətt”in forpostlarından biri məhz Qırğızıstandır. Bölgənin rifahı Rusiyanın maliyyə firavanlığından ciddi şəkildə asılıdır. Həm də mən iqtisadiyyatların qarşılıqlı sirayətini yox, Moskvanın Qırğızıstan və Tacikistanın siyasi elitalarını yemləmək qabiliyyətini nəzərdə tuturam. Lakin Özbəkistanla bağlı məsələ isə xeyli mürəkkəbdir. Bu keçmiş müttəfiq dövlətlər siyasi nüfuzun müxtəlif vektorlarında yerləşir. Hazırda maliyyə böhranına görə Moskvanın bölgəyə təsiri azalıb – loyallığıa görə Mərkəzi Asiya dövlətlərinə ödənən pullar qurtarır.

– Rusiya böhran şəraitində Mərkəzi Asiyanın siyasi elitalarını yemləmək istəyəcəkmi?

– İqtisadi durum Moskvanın planlarına birmənalı düzəlişlər edir. 2016-cı il Rusiya üçün iqtisadi planda dönüş ili olacaq. Həm də mən axtarış və böhrandan çıxışı nəzərdə tutmuram. Ölkə bütün ehtiyatlarını “yeyəcək” və aşınacaq. Ehtimal ki, primitiv sənaye səviyyəsində aqrar güzərana qayıdacaq. Təsvir edilən duruma Mərkəzi Asiya liderlərinin əlavə, daha xırda maraqları əlavə olunur. Məsələn, Qırğızıstan hökumətinin hədəfləri sadə və anlaşılandır – öz hakimiyyətini saxlamaqdan ötrü Rusiyanın hələlik mövcud olan pullarından mümkün qədər çox götürmək, bundan sonra paralel şəkildə Türkiyə vasitəslə ABŞ-la ticarət etmək.

Özbəkistanın məqsədi rəhbərliyin hakimiyyətini qoruyub saxlamaq və “varis” əməliyyatını həyata keçirmək istəyi ilə bağlı dünyada hüquqi təqibin dayandırılması zəmanətini almaqdır. Gülnarə Kərimovanın pullarını qaytarmaq, şəxsi sərvətin ölkədən çıxarılmasına və onun toxunulmazlığına qarant almaq. Axı Özbəkistan rəhbərliyi anlayır ki, getmək lazımdır, lakin bundan qabaq sükan arxasına elə adam qoyulmalıdır ki, ölkənin keçmiş rəhbəri və ailəsinin təqibi siyasəti aparılmasın. Özbəkistanın indiki prezidentinə bunda ancaq Qərb və Avropa, siyasət və maliyyənin bu bölgədə strateji maraqları olan dünya hegemonları yardım edə bilər.

Qazaxıstan və Tacikistanda durum Özbəkistandakına oxşardır. Bu respublikaların da siyasi elitaları öz ölkəsi və rəhbərliyi ilə bağlı dünyada hüquqi təqibin dayandırılması, həmçinin hakimiyyətin qorunub saxlanması və “varis” əməliyyatının və yaxud siyasi hakimiyyətin tayfalaşdırılması, şəxsi kapitalın ölkədən çıxarılmasını təmin etmək və onun toxunulmazlığna zəmanət almağa cəhd edir. Tacikistanın həmçinin coğrafi üstünlüyü də var – hazırda ABŞ və Qərbin mühüm geostrateji maraqlarının arealı olan hər şey.

Qazaxıstan da eynən Özbəkistan kimi Mərkəzi Asiyanın yenidən formatlanmış gələcək dövlətlərinin lokomotivi olacaq.

– Rusiyanın pulu yoxdursa, nüfuz dairəsinin, məsələn, Moskva ilə Pekin arasında bölünməsi mümkündürmü?

– Bu, ən ağalabatan variantdır. Hərbi-siyasi aspekti Rusiya öz üzərinə görürür – axı bu, bölgəyə təsiri saxlamağa yeganə şansdır. Çin pul verilməsi üzrə idarə olacaq. Mərkəzi Asiya dövlətləri ilə hərbi əməkdaşlıq üçün Moskvanın bütün şəraiti var. Sovet İttifaqının mirası 70 ildə bölgədə Rusiyanın analoji strukturları ilə bağlı olan hərbi elita formalaşdırıb. Təkcə agentura işi planında yox, həm də işin aparılması üsulları və texniki təchizat aspektində. Rusiya hökuməti indiki xarici təhlükə – terrorçu hərəkatların rolunun güclənməsi fonunda anlayır ki, İslam qövsü öz radikal inkişaf formasında Rusiyaya həm də Mərkəzi Asiya ölkələri ərazisindən basqı göstərəcək. Buna görə də Moskva “salınma ərazilər” formalaşdırmaq məqsədilə bölgədəki tabe rejimlərin saxlanmasında maraqlıdır.

– Necə hesab edirsiniz, bunun üçün ona nə lazımdır?

– Radikalların öz sərhədlərinə yaxınlaşmasını əngəlləmək. Rusiya əlacsız durumda müdafiə olunmaq üçün yad ərazilərdə hərbi qarşıdurmaya gedəcək. Moskva indiki siyasi sistemi saxlamaq qəsdilə Qərb standartları üzrə demokratiyanın daxili siyasi durumunu konservləşdirməyə çalışır. Böyük hesabla, bölgəyə bu cür saymaz və yaxud daha adi sözlərlə desək, kommersiya yanaşmasına, öz dövlətini saxlamağa və rəqiblərin zəiflədilməsinə daha çox oyunçular tərəfdardır. Bunlar Rusiya, ABŞ, Çin və Türkiyədir.  

– Çin Mərkəzi Asiya bölgəsinin maliyyə təminatını hansı şərtlərlə öz üzərinə götürər?

– Çin hazırda ABŞ-ın əvvəllər etdiyi kimi, iqtisadiyyatın strateji-xammal və maliyyə sahələrini tutmaq yoluyla Mərkəzi Asiya ərazilərini fəal şəkildə mənimsəyir. Mərkəzi Asiya respublikalarının asılılığı kreditlərin ayrılması hesabına əldə edilir. Bu, iqtisadi zəiflik üzündən dövlətlərin heç vaxt qurtula bilməyəcəyi borc köləliyidir. Qırğızıstana münasibətdə bu planın gerçəkləşdirilməsinin ən ağlabatan mexanizmi İpək yolu zolağının İqtisadi çərçivəsində dəmiryolunun inşasıdır. Xammal və strateji resursların zəbti gedir. Hasil edilmiş xammalı Çinə daşımaqdan yana bölgə dövlətlərində heç bir istehsal gücü yaradılmır. Bu üsulun yalnız bir minusu var – onun adı İŞİD-dir. Terrorçular beynəlxalq müqavilələri oxumurlar və kimin kimə nə qədər borclu olduğuna tüpürürlər. Radikallar isə Çinin iştahasını toxdatmaq üçün bacarıqlı əllərdə, indiki halda ABŞ üçün yaxşı alətdir.

– Rusiya və Çin ABŞ-a qarşı birgə çıxmaq haqda razılaşa bilərmi?

– Cəhd edirlər. Lakin Pekin son dərəcə praqmatik tərəfdaşdır. Bu gün dostdur, sabah isə yox. Rusiya yetərincə güclü şəkildə zəifləsə, onda Çin düşünmədən resurslarla zəngin Sibiri “dişləyib qopadacaq”. Rusiyanın bir hissəsi isə bütünlükdə Mərkəzi Asiyadan daha böyük piroq parçasıdır.

ABŞ bölgəni “yemləmək”də Çinə mane olmur. Axı bu cür tərtibdə Moskva ilə Pekini toqquşdurmaq və manipulyasiya imkanı saxlanır. 2030-cu ilə doğru münaqişəni gerçəkləşdirmək və Mərkəz Asiyanı parçalamaq baş tutsa, bunu Çinin əliylə edəcəklər. Dövlətlərin bir qismini "Səmalar ölkəsi" qarşısındakı borca görə, sadəcə götürəcəklər. Rusiyanın bu qeyri-rəsmi ittifaqa qarşı nəsə qoyması üçün təcili pul tapmağı lazımdır. Moskva hazırda “dövlətin zərərli strukturların ağırlığından yülgülləşməsi” deyilən prosesi işə salıb. Lakin əslində yüksəkgəlirli müəssisələrin satışı baş verir. Gec-tez mal qurtaracaq, satmağa heç nə qalmayacaq. O zaman Rusiya ya yenidən qurulacaq, ya da bir neçə hissəyə parçalanacaq. Son variantı həm Vaşinqtonda, həm də Pekində ciddi-cəhdlə hazırlayır və lobbilik edirlər.

 

Yevgeniya Kim

REGNUM İA, 29.01.2016




Yuxarı Əvvələ Ana Səhifə