XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

09 Oktyabr 2019 - 11:33

KREMLİN CIZDIĞI “QIRMIZI XƏTLƏR”:Rusiyanın Suriyadakı əməliyyatla əlaqədar Türkiyəyə 3 mesajı var

Maksim Suçkov

“Əl-Monitor”, 08.10.2019

 

Donald Trampın Ankaranın “məhdudiyyətlərdən kənar” hesab etdiyinin icrası təqdirində, Türkiyə iqtisadiyyatını məhv etmək təhdidindən bir neçə saat sonra Moskva fərqli bir ahəng sərgiləyib. Oktyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov ABŞ qoşunlarının geri çəkilməsindən və Türkiyənin hərbi əməliyyatı başlamasından sonra Rusiyanın “Türkiyənin öz təhlükəsizliyini təmin etmək hüququnu” tanıdığını təkrarlayıb, lakin bunu bir neçə vacib istəklə şərtləndirib.

Peskov deyib: “Amerikanın geri çəkilməsi barədə bizə məlumat verilməyib. Ancaq bilirsiniz ki, dünyanın müxtəlif yerlərindən geri çəkilmə ilə bağlı fərqli açıqlamalar var. Vəziyyəti diqqətlə izləyirik”.

O, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirmək planını müzakirə etdiyini də təkzib edib. Bununla belə, Peskov deyib: “Rusiya və Türkiyə hərbçiləri və xüsusi xidmət orqanları bir-birilə sıx əlaqə saxlayır”.

Rusiya özünü ABŞ-dan daha praqmatik, proqnozlaşdırılan tərəfdaş kimi göstərib. “S-400”-lərin Türkiyəyə satılması da belə idi.

Türkiyə kimi çətin bir aktyorla münasibətdə Rusiya üç şeyi öyrənib.

Birincisi, Türkiyənin təhlükəsizliyi üçün həssas və vacib olan mövzulara həmrəylik göstərməlisiniz.

İkincisi, öz “qırmızı xətlər”inizi və bu məsələlərdə gələcək əməkdaşlıq üçün imkanların dəhlizini dəqiq sərgiləməlisiniz.

Üçüncüsü, Ankara üçün vacib olan digər tərəfin –Birləşmiş Ştatların buraxdığı səhvlərdən yararlanın və ziddiyyətdən istifadə edin.

Kreml sözçüsünün açıqlaması Rusiyanın Türkiyəyə yaxınlaşmasının şərtlərini ortaya qoyur.

Moskvanın müdrik mövqe tutmasına baxmayaraq, Kreml Türkiyə əməliyyatının öz əhəmiyyətli layihələrini, o cümlədən Rusiyanın Suriya Konstitusiya Komitəsini narahat edə biləcəyindən ehtiyat edir.

Peskov deyib: “Suriya münaqişəsinin nizamlanması yolunda maneələr yarada biləcək hər hansı bir hərəkətdən çəkinmək vacibdir. Müəyyən perspektivlərin açıldığını bilirik, bunun uzun və tikanlı bir yol olacağını da başa düşürük. İndi Suriya Konstitusiya Komitəsi yaradılıb və iclasın vaxtı təyin edildiyi zaman münaqişənin nizamlanmasına zərər verə biləcək hər hansı bir addımdan çəkinmək vacibdir”.

Rusiyanın əsas narahatlığı komitənin gələcəyidir və Türkiyəyə Suriyanın şimal-şərqindəki hücumu komitənin tərəqqisinə mane olmaması mesajı verir. Rusiya, eyni zamanda, “Astana qarant dövlətləri” – Rusiya, Türkiyə və İranın Suriyanın ərazi bütövlüyünü qorumaqla bağlı verdiyi mesajı Türkiyəyə çatdırmaq istəyir.

“Kreml Türkiyənin Suriyanın ərazi və siyasi bütövlüyü postulatının istinad nöqtəsi olduğunu başa düşdüyünü bilir. Ümid edirik ki, türkiyəli həmkarlarımız hər şeydən əvvəl bu postulata riayət edəcəklər”.

Rusiyanın bu bəyanatla özünü inandırmağa və Türkiyənin onu eşitməsinə çalışsa da, bu bəyanat həm də Kremlin narahatlığını əks etdirir: türk əməliyyatı kürd separatizmini gücləndirə və ya bəlkə də Suriya ərazisinin davamlı xarici işğalına səbəb ola bilər.

Rusiya ordusundakı bir mənbə “əl-Monitor”a bildirib: “Türkiyə indi amerikalıların müştərək təhlükəsiz zona ilə bağlı edə bilmədikləri şeyləri icra etməyə hazırdır. Vəziyyəti uzun müddət olduğu halından çıxa bilər. Bu əraziyə nəzarət uğrunda mübarizə çoxdan gedirdi. İndi üz-üzə gəlmə vaxtı çatıb. Ancaq bu uşaqları izləməliyik. Nəzərə alınmadığı təqdirdə, Ərdoğan lazımsız bir təxribata səbəb ola bilər”.

Potensial işğalla əlaqədar narahatlığa gəldikdə, Peskov Suriyaya dair başqa bir prinsipi təkrarlayıb: “Suriyada qanunsuz olaraq mövcud olan bütün xarici qüvvələr ölkəni tərk etməlidir”. Siyasi baxımından bu, Rusiyanın Türkiyədən “təhlükəsizlik ehtiyacını ödəməsini” gözlədiyini ifadə edir. Amma Suriyada daimi hərbi mövcudluğunu yox. Bu, Kremlin “qırmızı xətti”dir. Moskvanın daha böyük rol oynayacağı yer də budur.

Türkiyənin hərbi təcavüzə başlamasına mane olmamaqla, Rusiya Vaşinqtonla Ankara arasındakı sürtünmədən istifadə edir. Rusiya Suriya hökuməti ilə kürdlər, Dəməşq və Ankara arasında vasitəçilik etməni gözləyir.

Mövcud şərtləri nəzərə alsaq, Ankaradakı son Astana üçlüyü danışıqlarında Putinin yenidən xatırlatdığı Adana razılaşması mövzusunda müzakirə indi daha məntiqli görünür.

Türkiyənin əməliyyatı bu və ya digər şəkildə sona çatacaq, ancaq sonrakı siyasi həll yerdəki vəziyyəti tənzimləməlidir. Moskva Ankaranın Adana anlaşmasını həll üçün əsas kimi qəbul etməsini gözləyir, bu, Rusiyanın Türkiyəyə üçüncü mesajıdır.

“Əl-Monitor” hələ sentyabr ayında Ankara sammiti zamanı İran prezidenti Həsən Ruhaninin Adana anlaşmasını dəstəklədiyini bildirib. Ruhani potensial olaraq “qarşılıqlı [təhlükəsizlik] narahatlıqlarını həll etmək və [Suriya ilə Türkiyə arasındakı] acı dövrü sonlandırmaq üçün onun yaxşı bir qəlib olduğunu söyləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 7-də İraq İraq Kürdüstan Bölgəsinin rəhbərliyi ilə görüşdə, hərbi məsələdən fərqli olaraq, kürd məsələsinin siyasi həllinin mümkün olduğunu söyləyib. Bu şərtlə ki “Suriyada Demokratik Qüvvələri”nin nəzarəti altında olan ərazilər Suriya hökuməti tam nəzarət altına girir.

Suriyanın şimal-şərqində Türkiyənin hücumuna Rusiyanın yanaşması Yaxın Şərqdə “bütün insanlar üçün hər şey” fəlsəfəsinə uyğundur. İndiyə qədər bu fəlsəfə Rusiya üçün faydalı olub.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə