XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

09 Oktyabr 2019 - 23:16

ABŞ rəsmiləri Trampın bəyanatını yumşaltmağa çalışır –TÜRKİYƏNİN ƏMƏLİYYATINA QARŞI ÇIXAN KOALİSİYA FORMALAŞIR

Lara Seliqman

“Foreign Policy”, 08.10.2019

 

ABŞ və kürd səlahiyyətliləri oktyabrın 8-də, ABŞ prezidenti Donald Trampın Ankara üçün yaşıl işıq yandırdığı ortaya çıxdıqdan sonra yaxın 24 saatda Türkiyənin Suriyanın şimal-şərqinə böyük əməliyyata başlayacağını söyləyiblər.

Administrasiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının ardınca səslənmiş Trampın sürpriz bəyanatını malalamaq istərkən, Ankara son hazırlıqları görür.

Dövlət Departamenti səlahiyyətliləri Çərşənbə axşamı kürd liderlərinə istənilən hücumun sərt iqtisadi və siyasi sanksiyalarla qarşılanacağını bildiriblər.

“Suriya Demokratik Şurası”nın (SDŞ) ABŞ-dakı nümayəndəsi Bəssam Saker “Foreign Policy”-yə deyib ki, SDC, ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin (SDQ), Suriyanın şimal-şərqini İŞİD-dən azad etməsinə cavabdeh olan kürd milislərinin siyasi qoludur.

Ancaq Türkiyənin ABŞ-ın sanksiya təhdidi ilə razı olmadığı görünür. Türkiyə rəsmiləri ABŞ səfirliyinə əməliyyatın yaxın saatlarda başlayacağını bildirib. 2 kürd rəsmisi bu qrafiki təsdiqləyib.

Bu arada, Türkiyə bir gün əvvəl SDQ-nin sərhəd qapısını atəşə tutmağa başlayıb.

“NE #Syria-nın sərhəd bölgələri humanitar fəlakətin astanasındadır”. Bunu SDQ komandiri, general Məzlum Kobani “Twitter” mesajında bildirib. “Bu hücum minlərlə günahsız vətəndaşın qanını tökəcək”.

Xeyli sayda kürd döyüşçüsü şimala doğru irəliləyir. Bu, İŞİD döyüşçüləri ilə dolu həbsxanaları qoruyan böyük hərbi qüvvədir.

Oktyabrın 8-də İŞİD-çilər Raqqa şəhərində SDQ mövqelərinə çoxsaylı intihar əməliyyatları həyata keçirib.

ABŞ administrasiyasının rəsmiləri Trampın siyasi dəyişikliklərini azaltmağa çalışarkən, türklər hərəkətə keçir.

Sakerlə görüşdə, Dövlət Departamenti nümayəndələri Türkiyəyə işğal üçün “yaşıl işıq” yandırılmadığını vurğulayıblar.

Şərhlər – administrasiyanın Bazar gecəsindən bəri bir sıra prezident tvitlərini aydınlaşdırmaq cəhdləridir. Tramp tənqidçilərini Ərdoğanın tələblərinə qulaq asmadığına inandırmağa can atıb. Bir tvitdə Tramp “həddi aşmağı düşünərsə”, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəyi sözü verib.

Bu arada, SDQ-nin Suriya prezidenti Bəşər Əsədlə birlikdə Türkiyə qüvvələrinə qarşı tərəfdaşlıq düşündüyü barədə xəbərlər ortaya çıxıb. Suriyalı mənbələrdən birinin verdiyi məlumata görə, Əsəd son günlərdə kürdlərlə görüşlər keçirib.

Müdafiə Nazirliyi və Ağ Ev rəsmiləri də oktyabrın 7-də siyasi neştəri işə salıblar. Pentaqonun sözçüsü Conatan Hoffman Bazar ertəsi günü Türk əməliyyatına yaşıl işıq yandırılmasını inkar edib, yüksək səviyyəli liderlərin türk həmkarlarına “mümkün qeyri-sabitləşdirici nəticələri” təkrarlamamağı tövsiyyə ediblər.

Yüksək səviyyəli bir administrasiya üzvü Trampın ilk tvitinin məzmununu minimuma endirməyə çalışıb, guya prezident ABŞ xüsusi operatorlarını sərhəd yaxınlığındakı təhlükədən qorumaq istəyib. “Prezidentin əsgərlərimizin, dənizçilərimizin və dəniz piyadalarının təhlükəsizliyini təmin etməyə qayğısı kiməsə qırğın üçün yaşıl işıq yandırma demək deyil və real vəziyyətə uyğun gəlmir”.

Pentaqonun və ya ABŞ Mərkəzi Komandanlığının nümayəndələri vəziyyətlə əlaqədar kürd həmkarları ilə ünsiyyət zaman Müdafiə Nazirliyinin bir nümayəndəsi bildirib: “Suriyada koalisiya tərəfdaşlarımızla sıx əlaqədəyik”.

Çərşənbə axşamı günü Türkiyə hökuməti Trampın ölkənin kövrək iqtisadiyyatına sanksiya tətbiq etmək təhdidlərinə təpki verib. Ankarada, bir universitetdəki çıxışında Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkəsinin “təhdidlərə məhəl qoymayacağını” söyləyib.

Bazar gecəsi elanından bəri prezident və ABŞ-ın müxtəlif dövlət qurumları olduqca ziddiyyətli siqnallar göndərib. Ertəsi günün əvvəlində Tramp ABŞ qoşunlarının sərhəddən çıxarılması qərarında, kürdlərin İŞİD-lə mübarizədəki rolunu etiraf edib, “bunu etmək üçün külli miqdarda pul və avadanlıq ödənildiyini” söyləyib. Lakin sonra, Çərşənbə axşamı o, “Suriyanı tərk etmək müddətində ola bilərik, amma heç bir şəkildə xüsusi insanlar və gözəl döyüşçülər olan kürdləri tərk etməmişik” şəklində tvit atıb.

Bununla yanaşı, o, dəfələrlə kürdləri məhv etməklə hədələyən Türkiyəni “böyük ticarət tərəfdaşı” və “NATO-nun vacib üzvü” olaraq tərifləyib.

Saker, Dövlət Departamenti və Konqresin Suriyanın şimali-şərqində Türk işğalına qarşı olduğuna inandığını bildirib. Həqiqətən, hər iki palatanın üzvləri Trampın qərarını tənqid edib və Ankara kürdlərə hücum edərsə, Türkiyəyə sanksiya tətbiq edəcəyinə söz veriblər.

Adətən, prezidentin ən gursəsli tərəfdarlarından biri olan respublikaçı senator Lindsi Qraham bu hərəkətin “İran və Əsəd, habelə İŞİD üçün böyük bir qalibiyyət” olacağını söylyib və Türkiyəyə sanksiya tətbiq etmək üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.

Ərdoğan milyonlarla suriyalı ərəb qaçqını şimal-şərq sərhəd bölgəsinə köçürülməsini bildirib, bu, mütəxəssisləri narahat edir, çünki tarixi kürd bölgəsindəki zərif etnik tarazlığı poza bilər.

Qlobal İnkişaf Mərkəzinin böyük elmi işçisi və Obama administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı Ceremi Konindik təklifin beynəlxalq hüquqa zidd olduğunu söyləyib: “Bütün Şimali Suriyada İŞİD dövrünün dəhşətlərindən sağ qalan yüz minlərlə köçkün və münaqişədən zərər çəkmiş insan artıq Türkiyə və SDF qüvvələri arasında yeni zorakılıq riski ilə üzləşəcək. Türkiyə öz daxilində təhlükəsizlik tapan minlərlə suriyalı qaçqının deportasiyası üçün bu zonalardan bəhanə olaraq istifadə edə bilər. Bu, beynəlxalq hüquqa ziddir”.

Tərcümə: Strateq.az