XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2019 - 12:28

“Sülh çeşməsi” əməliyyatına İsraildən baxış:“TRAMPIN YAXIN ŞƏRQ QAMBİTİ İRANA ZƏRBƏYƏ HESABLANIB” – Təhlil

Avigdor Eskin

regnum.ru, 10.10.2019

 

Suriyadan Türkiyə gücləri və kürd könüllü yığması arasındakı ağır döyüşlərdən xəbərlər gəlir. Müdaxiləni, içində hər cür sünni döyüşçü və terrorçu aşkarlayacağımız suriyalı qaçqınlara yol açan Türkiyə nizami ordusu həyata keçirir.

Prezident Trampın Türkiyə müdaxiləsinə yol vermək qərarı təkcə onun Demokrat Partiyasından opponentlərin deyil, həm də silahdaşı respublikaçılar arasında kəskin tənqid doğurub. ABŞ hərbi kontingentini təhlükəli zonadan götürmək qərarını Suriya kürdlərini türklərin cənginə didilməyə verməyə bərabər tuturlar.

Lakin Donald Tramp özünün haqlı olduğuna inanır. O öz tənqidçilərinə cavab verib ki, Yaxın Şərqdə müxtəlif hərbi əməliyyatların gedişində minlərlə Amerika əsgəri öldürülüb və yaralanıb. ABŞ orada, haradasa,   səkkiz trilyon dollar itirib. Prezident Tramp öz prinsipinə sadiqdir – “Birinci növbədə Amerika”.

Biz prezident Trampın Səudiyyə Ərəbistanına hücuma görə İrana birbaşa zərbədən imtina edərək ərəb dünyasının narazılığını necə öz üzərinə çəkdiyini görürük. İndi Donald Trampın balansı necə bərpa etdiyini görürük. Onun dövlət işlərini aparmaq manevri siyasilərə və yüngülçəkili şərhçilərə göründüyündən daha ağıllıdır.

Prezident Tramp İŞİD-i muxtar şəkildə yönəldilməklə İraq və Suriya ərazilərinin bir bölümünə nəzarət edən inzibati sistem kimi məhv etməyə söz verib. Məhz Amerikanın səyləri sayəsində İraqda Mosul və Suriyada Raqqa terrorçu dövlətin paytaxtları kimi funksiyasını buraxıb (özəl qeyd edək ki, Suriya ərazisinin böyük qismini Rusiya HKQ-nin fəaliyyəti nəıticəsində qanlı döyüşçülərdən azad etmək mümkün olub).

İŞİD bandaları başqa sünni qruplaşmalar kimi fəaliyyəti gizlicə davam etdirir. Donald Tramp öz sözünün üstündə durub: onlar ərazi bazasından məhrum olublar.

Lakin sünni və şiələrin qarşıdurmasında güc balansı sonuncuların xeyrinə dəyişilib. Sünni radikallar bəzi şiə həmkarları ilə birlikdə haqlı olaraq insansevməz bandalar kateqoriyasına aid edilir. Amma düşmənlik edən iki blok arasında güc balansını incələyərkən aydınlaşır ki, Vaşinqton İranın və şiə dünyasının möhkənlənməsinə şərait yaradıb.

İraqda savaş və Səddam Hüseyn rejiminin ləğvi bir zamanlar İranı bir az  hürküdüb , amma onun mövqeyinin bərkiməsinə səbəb olub. İraqda hakimiyyət bu gün xeyli dərəcədə İrana dost şiələrin əlindədir.

İŞİD-in məhvi üzrə ABŞ Konqresinin sanksiyalaşdırdığı əməliyyat da İrana əl verir. Tehranın Suriya və İraqdakı mövqeyi Amerikanın fəaliyyəti nəticəsində möhkəmlənib. Səudiyyə Ərəbistanına qarşı hücumdan sonra prezident Trampın İrana ağır zərbədən imtinası da Tehranın strateji qələbəsi kimi qavranılıb.

Türkiyənin Suriyaya müdaxiləsi güclər balansna tamamilə başqa cür təsir edir. Hər cinsdən sünni döyüşçülər Ərdoğanın əsgərləri ilə birgə sərhədi keçirlər. Kürdlər Amerikanın dəstəyi olmadan axışan bütün bu ordanın qabağını ala bilməzlər. Hətta türklər hərbi hərəkatın ardınca öz ərazilərində yerləşmiş qaçqınları tamamilə Suriyaya qaytarmağa çalışa bilərlər. Onlar isə orada üç milyon yarımdır.

Bu, birinci növbədə İrana strateji zərbədir. Bununla yanaşı ki, Ərdoğanın təmziləmələrindən əziyyət çəkən türk ordusu bu gün cəsurluq və peşəkarlıq örnəyi rolunu oynaya bilməz, lakin hər növ sünni döyüşçülərlə birlikdə İran bölmələrinə və Əsəd ordusunun sağ qalmış töküntülərinə döyüş göstərməyə qabildir. Çətin ki, ən yaxın zamanda Rusiya HKQ-ə qarşı getməyə cürət etsinlər.

İran artıq Türkiyə ilə sərhəddə hərbi təlimlər haqda elan edib. Ankara və Tehran arasındakı gərginlik dərəcəsi saatbasaat artır. Sünni-şiə balansı birinciyə sarı yırğalanır. Həm də prezident Tramp bütün bunları hərbi əməliyyatlara pul xərcləmədən edir. Hətta öz qoşunlarını oradan aparır. Kürd müttəfiqlər mövzusu bu kontekstdə ABŞ-ın nüfuzu üçün ağrılı göstərilir. Lakin kürdlər iki il öncə müstəqil dövlətə şanslarını “küləyə verdikdən” sonra onlara münasibət hərtərəfli şübhəlidir. Orada tayfadaxili ədavətlər ümummilli diləklərdən daha güclüdür.

Yəqin ki, hadisələrin son inkişafı Rusiya üçün xoşagəlməzdir. Amma güman etmirəm ki, sünni yürüşü Əsəd hökumətinin bərkidiyi əsas bölgələrə yayılar.

Risklərə bağlı olsa da, prezident Tramp dedikcə ağıllı gediş edib. Lakin  Amerika əsgərlərinin həyatını təhlükəyə atmır. Bu da onun üçün başlıca məsələdir.

Tərcümə Strateq.az-ındır.