Bu ilin iyunun 20-də Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin olunan general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi strukturda kadr islahatlarını davam etdirir.
Strateq.az xəbər verir ki, bu gün nazir Vilayət Eyvazovun əmri ilə DİN-in iki generalı vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
“Report”un yaydığı və DİN Mətbuat Xidmətinin də təsdiqlədiyi məlumata görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov və Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq vəzifələrindən azad edilərək təqaüdə göndəriliblər.
Hər iki vəzifəyə hələlik təyinat olmayıb.