XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 17:25

Kremlin qəzəbi Navalnının qələbəsini isbatlayır –PUTİN ƏN GÜCLÜ RƏQİBİNİN ADINI ÇƏKMƏKDƏN BELƏ QORXUR

Leonid Raqozin

“Əl-Cəzirə”, 21.10.2019

 

Yayda on minlərlə insan bir neçə müxalifət namizədinin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq Moskva küçələrinə çıxandan bəri Rusiya prezidenti Vladimir Putini tənqid edən şəxslər nəzarət altındadır. Hökümət qüvvələri ölkə daxilində müxalifət ofislərinə basqınlar edir, antikorrupsiya fəallarının iqamətgahlarında axtarışlar aparır və etirazçı liderləri demək olar ki, hər gün həbs edirlər.

Harizmatik müxalifət lideri Aleksey Navalnı Rusiyadakı müxaliflərə edilən son hücumun mərkəzindədir. O, təkcə tərəfdarlarını dəfələrlə küçələrə çıxmağa çağırmayıb, həm də Moskvada 8 sentyabr şəhər məclisi seçkilərdə Kreml tərəfdarı namizədləri əngəlləmə strategiyası qurub. Nəticədə, Putinin hakim “Yedinaya Rossiya” Partiyası şəhər məclisində 13 yeri itirib və çətinliklə qalib gəlib.

Seçicilərin məyusluğuna baxmayaraq, bu, Kreml üçün dönüş anı olub, Navalnı və tərəfdarlarına təzyiq başlayıb.

Birincisi, rus müstəntiqləri Navalnının təsis etdiyi qeyri-kommersiya təşkilatı olan Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) çirkli pulların yuyulması ilə bağlı araşdırma aparıb. Səlahiyyətlilər qrupun fəaliyyətinə mane olmaq üçün FBK və işçilərinə aid hesabları dondurublar.

Çirkli pulların yuyulmasına dair ittihamlar Navalnı və tərəfdarlarını ləkələmək üçün yetərli olmayıb, çünki təqsirləndirilən şəxslər nəinki təvazökar həyat tərzi keçirib, həm də kağız üzərində daha aşağı əməkhaqqı alan rus məmurlarının gizli malikanələri, yaxtaları və şəxsi təyyarələrini üzə çıxarmağa ömürlərini sərf ediblər.

Daha sonra müstəntiqlər onlarla regional FBK ofisinə, habelə Navalnının tanınmış tərəfdarlarının evlərinə basqın ediblər.

Nəhayət, oktyabrın 9-da Rusiyada siyasi hərəkatların xarici maliyyələşməsini qadağan edən mübahisəli qanuna görə FBK “xarici agent” elan edlib.

Rusiya 2012-ci ildən bu sayaq qrupların xarici hökumət üçün gizli şəkildə çalışdığını ifadə edən “xarici agent təşkilatlar” siyahısının tərtibinə başlayıb. Nəticədə, siyahıdakı bir çox qrup, o cümlədən hörmət sahibi olani insan hüquqları təşkilatları bağlanıb.

Rusiya rəsmiləri FBK-nın siyahıya daxil edilməsinin səbəbləri barədə heç bir məlumat verməsə də, “İnterfaks” xəbər agentliyinin məlumatına görə, tənzimləyici orqanlar təşkilatın hesabatında 2 elan edilməmiş xarici ianə tapıb: biri ABŞ-dan, digəri İspaniyadan, cəmi 2 min dollar.

Yalnız Rusiya daxilində toplanan ianələr əsasında fəaliyyətini göstərdiyinə israr edən Navalnı tərəfdarları ittihamın qurama olduğuna əmindirlər. Lakin bu təcavüz və hədə-qorxu hərəkətləri Kremlin Navalnı hərəkatını susdurmaq üçün istifadə etdiyi ikinci vasitədir. Onların əsas vasitəsi həmişə Navalnının varlığını danma və onun fəaliyyətinin mediada əksini ləğv etmədir.

Putinin Rusiyasında Navalnı “adı çəkilməyən şəxsdir”.

Söhbət məşhur siyasi rəqibindən getdikdə, məlum olduğu kimi, Putin heç vaxt onun adını çəkməyib. Məsələn, 2017-ci ildə Navalnı ilə bağlı birbaşa sual veriləndə, Putin başqa bir, bəlkə də daha az qorxulu siyasi rəqibinin adını çəkib və antikorrupsiya təşəbbüsçüsünü “Saakaşvilinin rus fərziyyəsi” adlandırıb.

Kremlin flaqman televiziyası olan “Birinci Kanal”ın veb-saytında axtarış zamanı məlum olur ki, yalnız üç məlumatda – hamısı mənfi, – 2019-cu ildə Navalnıdan bəhs edilir. Axtarışın 2013-cü ilə qədər uzadılması müxalifət lideri ilə əlaqəli daha bir məqamı göstərir. Daha çox xatırlatma 2013-cü və əvvəlki illərə aiddir, lakin ümumilikdə 64 say ilə o, Putinin 28 mindən çox xatırlanmasından geridə qalır.

Əsas rus mediasının Navalnıya dair səssizliyi daha da diqqət çəkir, çünki o, ölkənin ən görkəmli müxalifət xadimi olmaqla yanaşı, bir neçə il əvvəl prezident seçkisində kampaniya keçirib və ölkə daxilində regional bölmələr yaradıb.

Navalnı hərəkatının coğrafi genişlənməsi əvvəllər böyük ölçüdə Moskva və Sankt-Peterburqla məhdudlaşan Rusiya müxalifəti üçün böyük bir sıçrayış idi.

Sonda Kreml Navalnının 2018-ci il prezident seçkilərində iştirak etməsinə mane olub, Putinin fəaliyyət göstərən demokratiya təəssüratını yaratmaq səyi həqiqi siyasi rəqibindən qorxusunu faş edib.

Mövcud repressiya dalğası Rusiya liderinin həqiqi demokratik rəqabət qorxusunun daha bir nümayişidir.

Navalnı və müttəfiqləri hesabların dondurulması və bahalı avadanlıqların müntəzəm müsadirə olunmasının hökumətin korrupsiyanı ifşa etmək və Rusiya xalqına Kremlin əsl simasını göstərmək istəyini əngəllədiyini etiraf edirlər. Ancaq təslim olmaq niyyətində deyillər. Navalnı və tərəfdarları hər cür hədə-qorxu vəziyyətinə yaxşı öyrəşir və Kremlin atacağı hər bir addımı – həbs cəzaları və zəhərləmə cəhdlərinə hazırdırlar.

“Navalnı komandası” Kremlin siyasi köpəklərinə mesajlarını çatdırmağın yeni yollarını tapır. Milyonlarla rus bu döyüşü izləyir.

Sorğularda əks olunan ictimai rəy trayektoriyası Putinin tənəzzülə uğradığını açıq şəkildə göstərir. Onun etimad reytinqləri, rəhbərlik etdiyi siyasi qurumlar kimi, aşağı sürüşür.

Lakin indi 1989-cu il deyil. Qərbin liberal demokratik modeli böhran vəziyyətindədir, Baltikdən Adriatik dənizlərinə qədər olan Şərqi və Mərkəzi Avropa qonşuları Rusiyanın özünü daha çox xatırladan illiberalizm və avtoritarizm variantları ilə üzləşir. Qərb, prezident Donald Trampın Suriyanı effektiv şəkildə təslim etdiyi kimi, Ukraynanı da ona təhvil versə, Putin hələ də evdə ictimai etimad rəyini artıra bilər.

Putinin əleyhdarları canlı rol modelləri olmadan Rusiyanı “yenidən kəşf etməyə” çalışırlar. Qaranlıqda təklikdə döyüşə gedirlər. Ancaq bir az bəxtləri gətirsə, Sovet İttifaqının dağılmasından sonra Rusiyanı bürüyən və Putinin yüksəlişinə yol açan qüsurlu demokratiya və canavar kapitalizmdən daha üzvi və davamlı nəticə əldə edə bilərlər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə