Bu gün Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif olunub.
***
Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib.
Sərəncama əsasən, Ramiz Mehdiyevin adı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibinə daxil olunub.