XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2015 - 10:49

İraqın Tikrit “aşırımı”: İŞİD-lə hansı ölkələr mübarizədədir?! –ANALİZ

iran.jpg

İŞİD-ə qarşı yekun zərbəni vurmağa hazırlaşan İraq ordusunun Səlahəddin əməliyyatı ilə bağlı bir məqam xüsusi diqqəti çəkir.

Bu əməliyyatın əsas təlimatçıları İran ordusunun zabitləri, o cümlədən İnqilab Keşikçiləri Korpusunun xaricdə əməliyyatlar üzrə ixtisaslaşmış “Qüds” briqadasının generalı Qasim Süleymani olub. İran və İraq mediası Süleymaninin əməliyyat bölgəsindən şəkillərini yayınlayıb. Maraqlıdır ki, İraqda hazırda böyük sayda ABŞ ordusu hərbi təlimatçıları var. Ancaq əməliyyatın məhz iranlı zabitlər tərəfindən idarə olunması Bağdadın etibarlı tərəfdaş kimi İrana üz tutduğunu göstərir. Yeri gəlmişkən, son dövrlərdə bir neçə dəfə İraq rəsmiləri ABŞ hökumətini İŞİD-ə havadan yardım yollamaqda ittiham edib.

İraq ordusu, tayfa silahlıları və şiə könüllü birlikləri ötən ilin əvvəllərindən İŞİD-in nəzarətində olan Tikrit şəhərinin azad edilməsi əməliyyatına başlayıb. Yerli mənbələrə görə, 30 min nəfərlik canlı qüvvədən ibarət ordu Tikrit və bütövlükdə Səlahəddin əyalətini İŞİD-dən təmizləməyi planlaşdırır. Bu əməliyyat Mosulun azad edilməsi əməliyyatının müqəddiməsi hesab olunur. çünki müşahidəçilərə görə, Mosulun azad edilməsi üçün ilk növbədə Tikrit və Səlahəddin əyaləti bütövlükdə təmizlənməlidir.

Bağdaddan150 kmşimalda yerləşən, Samirra şəhərinə yaxın Tikrit keçmiş İraq didkatoru Səddam Hüseynin doğulduğu şəhərdir. Eyni zamanda Tikrit İraqda Səddam tərəfdarlarının əsas qalası, Səddamdan sonra İraq hökumətinin nəzarət etməkdə çətinlik çəkdiyi şəhərlərdən biri olub. ötən il şəhər bütövlükdə İŞİD-in nəzarətinə keçib və bu zaman məlum olub ki, S.Hüseyn ordusunun qalıqları, keçmiş zabitlər İŞİD-ə qoşulub. O cümlədən diktatorun qızı bəyanat verərək İŞİD-in atasının qisasını aldığını elan edib.

İraq qüvvələri Tikrit əməliyyatının birinci mərhələsinin başa çatdığını bildirib

Tikritin İŞİD-dən alınması İraqın bu qruplaşmadan təmizlənməsi üçün mühüm əhəmiyyət kəsb edən başlanğıc addım hesab olunur. Martın 3-də səhər saatlarında İraq ordusu və könüllü birliklərin başlatdığı əməliyyat qəfil olub və hücum qüvvələri Tikritin cənubunda Əbu Şəvarib, Təll əl-Fəzli istiqamətlərində bir sıra kəndləri İŞİD-dən geri alıb. Eyni zamanda əl-Ovcə, əl-Ələm və əl-Humrə məntəqələri azad edilib.

Əməliyyat planlaşdırıldığı kimi davam edir, yalnız İŞİD-in ardıcıl həyata keçirdiyi kamikadze partlayışları və snayper atəşləri hücumun sürətini yavaşıdır

Səlahəddin əməliyyat qüvvələrinin komandirlərindən biri bildirib ki, əməliyyat planlaşdırıldığı kimi davam edir, yalnız İŞİD-in ardıcıl həyata keçirdiyi kamikadze partlayışları və snayper atəşləri hücumun sürətini yavaşıdır. Bundan başqa Tikritə yaxın əl-Dur qəsəbəsini ələ keçirməyə yaxın olduğunu, həmçinin Allas neft yatağının ardınca Acil yatağının da geri alınması istiqamətində döyüşlərin başladığını bildirir. Hazırda İraq qüvvələrinin Tikrit uğurunda döyüşləri davam edir. Bəzi mənbələrə görə, İraq qüvvələri artıq Tikritə daxil olub və şəhərin yarı hissəsini azad edə bilib. Lakin bu barədə rəsmi açıqlama verilməyib.

İraq polisinin rəhbəri general Raid Şakir isə bəyan edib ki, İraq qüvvələri Tikrit əməliyyatının birinci mərhələsinin başa çatdığını bildirib. Onun sözlərinə görə silahlı qüvvələr Səlahəddin əyalətinin azad eidlməsi əməliyyatının ilk mərhələsində Samirra şəhərinin şimalı, eləcə də Tikritin bəzi hissələrini azad edərək tamamlanıb. Eyni zamanda o bildiirb ki, qarşıdakı saatlarda İraq DİN-in bölgəyə göndərdiyi yeni qüvvələr və yeni silah-sursatla əməliyyatın ikinci mərhələsi başlayacaq. Son gələn məlumatlarda isə İraq qüvvələrinin Tikrit valiliyinə 300 metr məsafədə döyüşləri davam etdirdiyi qeyd olunur.

Yeri gəlmişkən, ötən gün ilk dəfə olaraq Türkiyə dövləti də İraqa hərbi yardım göndərib

İraqdan məlumatlar qarmaqarışıq olsa da, aydın olur ki, hökumət Mosula doğru hərəkət üçün ilk növbədə ən təhlükəli bölgə hesab olunan Səlahəddin əyalətinin azad edilməsi əməliyyatını başladıb. Yeri gəlmişkən, İraq ordusu Mosulun azad edilməsi əməliyyatlarına hazırlığı ötən ilin payızından başladıb. Bununla bağlı hərbi təlim mərkəzlərində hazırlıqlar başladılıb, xaricdən dəvət olunmuş təlimatçılar İraq ordusuna təlim keçib. Yeni silah və sursat alınıb. Yeri gəlmişkən, ötən gün ilk dəfə olaraq Türkiyə dövləti də İraqa hərbi yardım göndərib.

Səlahəddin əməliyyatı ilə bağlı bir məqam xüsusi diqqəti çəkir. Bu əməliyyatın əsas təlimatçıları İran ordusunun zabitləri olub. İran və İraq mediası Süleymaninin əməliyyat bölgəsindən şəkillərini yayınlayıb. Maraqlıdır ki, İraqda hazırda böyük sayda ABŞ ordusu hərbi təlimatçıları var.

Ancaq Səlahəddin əməliyyatı ilə bağlı bir məqam xüsusi diqqəti çəkir. Bu əməliyyatın əsas təlimatçıları İran ordusunun zabitləri, o cümlədən İnqilab Keşikçiləri Korpusunun xaricdə əməliyyatlar üzrə ixtisaslaşmış “Qüds” briqadasının generalı Qasim Süleymani olub. İran və İraq mediası Süleymaninin əməliyyat bölgəsindən şəkillərini yayınlayıb. Maraqlıdır ki, İraqda hazırda böyük sayda ABŞ ordusu hərbi təlimatçıları var. Ancaq əməliyyatın məhz iranlı zabitlər tərəfindən idarə olunması Bağdadın etibarlı tərəfdaş kimi İrana üz tutduğunu göstərir. Yeri gəlmişkən, son dövrlərdə bir neçə dəfə İraq rəsmiləri ABŞ hökumətini İŞİD-ə havadan yardım yollamaqda ittiham edib.

Əgər əməliyyat uğurla başa çatsa, o zaman gözlənildiyi kimi yazda İraq ordusu Mosulun azad edilməsi əməliyyatına başlayacaq. Hələliksə əsas hədəf İraqda hər zamanda radikal qüvvələrin mərkəzi hesab olunan Tikritdir. Tikritin azad olunması İraqda İŞİD-in psixoloji olaraq məğlubiyyətinin əsasını qoya bilər. çünki bu şəhər ölkənin mərkəzində yerləşir, mərkəzi hökumətə ən çox təhlükəsizlik problemi yaşadan bir bölgədir. Eyni zamanda Bağdad yolunun üzərində, zəngin neft yataqlarınsa sahib olması Səlahəddin əyaləti və Tikritin önəmini artırır. Bu əyalətin İraq mərkəzi hökumətinin nəzarətinə keçməsi İraqda hərbi-siyasi və psixoloji olaraq mərkəzi hökumətin mövqelərini gücləndirmiş olacaq.(Birlik.az)




Yuxarı Əvvələ Ana Səhifə