XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

02 Noyabr 2019 - 10:44

ABŞ Konqresinin “erməni soyqırımı” qətnaməsinə erməni baxışı:"BU, TÜRKİYƏ ÜÇÜN RUSİYANIN ƏHƏMİYYƏTİNİ ARTIRIR" - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 01 noyabr 2019-cu il

 

ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi, ermənilərin soyqırımını (mətndə belə gedib – tərc.) tanıyan qətnamə qanuni qüvvəsi olmamasına və tövsiyyə xarakteri daşıyan sənəd olmasına baxmayaraq, şübhəsiz, erməni məsələsinin beynəlxalq səviyyədə dövriyyəsi kontekstində yeni səhifə açır, yeni vəziyyət formalaşdırır və plankanı yeni səviyyəyə qaldırır. Bu isə bütün bunların hamısının ən müxtəlif istiqamətlərdə çoxvektorlu təsir dairəsi yaratması deməkdir.

Hər hansı bir konkret istiqamətdə təsirinin necə olacağı, şübhəsiz, irəlidə dünya siyasəti məsələ və reallıqlarının necə inkişaf edəcəyindən və bu planda Amerikadaxili, həmçinin beynəlxalq oyunçuların özlərini necə aparacağından da asılıdr.

Təbii, bütün bunlar Ermənistan və ermənilər tərəfindən yalnız izlənməməlidir, eyni zamanda Ermənistanın xarici siyasət və təhlükəsizlik strategiyası və taktikasının müəyyən edilməsi işində cari rejimdə tətbiq edilməlidir.

Burada müşahidənin həlledici istiqamətlərindən biri, şübhəsiz, rus-türk istiqaməti olmalıdır. ABŞ-ın qəbul etdiyi qətnamənin rus-türk əməkdaşlığına təsir edəcəyi və bunun da öz növbəsində Ermənistanın beynəlxalq rolu, erməni dövlətçiliyi, ümumiyyətlə, erməni faktoru planında müəyyən əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Məsələ bu təsirin necə olacağı ilə bağlıdır.

2016-cı ildə Almaniya parlamenti erməni genosidinin (mətndə belə gedib – tərc.) tanınması haqqında qətnamə qəbul etdikdə, RF Xarici işlər naziri Lavrov çox diqqətəlayiq bəyanat vermişdi. Demişdi ki, əgər Ankara xoşagəlməz sürprizlər istəmirsə, Rusiya ilə tərəfdaş olmalıdır.

Diqqətçəkəndir ki, bu, Türkiyə-Suriya sərhəddində rus təyyarəsinin vurulması nəticəsində yaranmış rus-türk narazılığı dövrü idi. Və daha diqqətçəkici olan odur ki, barışıq və yaxınlaşma məhz bu dövrdən etibarən başlamışdır. Başqa sözlə, Moskva Ankaraya bəyan etmişdi ki, əgər erməni məsələsinə görə problem istəmirsə, Rusiyaya müraciət etməlidir.

Aydındır ki, erməni məsələsi Ankara ilə münasibətlərdə Moskva üçün də bir təsir alətidir. Lakin tanımama mənasında deyil, – RF-də tanıma 1995-ci ildə Dövlət Duması səviyyəsində baş verib, – Ermənistana və erməni diasporuna təsir vasitələrindən istifadə edərək, beynəlxalq tanıma prosesində çəkindirmə planında bir təsir alətidir.

Hazırda Ermənistandan və “məxməri inqilab”dan sonra Yerevanın qarşılıqlı hörmət, daxili işlərə qarışmama və suverenlik kimi dəyərlər və qaydalar müəyyən etdiyi erməni-rus münasibətlərindən başlayaraq, geniş mənada vəziyyətin dəyişməsi prosesi baş verir. Əgər bu proses siyasi xəttə çevriləcəksə və erməni-rus münasibətlərində yeni durum formalaşdıracaqsa, avtomatik olaraq erməni məsələsinin beynəlxalq tanınması prosesində Türkiyəyə münasibətdə Rusiyanın çəkindirmə vasitəsinin zəifləməsinə və ya neytrallaşdırılmasına gətirib çıxaracaq. Bu isə Türkiyə məsələsində Rusiyanın əlində olan azsaylı vasitələrdən biridir. Almaniya parlamentinin (“erməni soyqırımı”nı – tərc.) tanıması fonunda və ya zəminində baş tutan barışıqdan sonra RF səfirinin Ankarada nihilistcəsinə güllələnməsi, Moskvanın isə bunu udmağa məcbur olması bunun sübutudur.

Ermənistanın suverenliyini əldə etməsilə Moskvanın, Rusiya-Türkiyə münasibətləri kontekstində, əlində olan nadir təsir vasitəsini itirməsi rus-türk münasibətləri balansını poza bilər. ABŞ üçün isə burada, əlbəttə, balansın olması vacibdir, çünki rus-türk qarşılıqlı çəkindirmə mexanizmi regional təhlükəsizliyin idarə edilməsi alətlərindən biridir.

Beləliklə, ABŞ Konqresi Nümayəndələr Palatasında erməni soyqırımının (mətndə belə gedib – tərc.) tanınması haqqında qətnaməni qəbul edərək, bir sıra məsələlərlə birlikdə, Türkiyə üçün Rusiyanın vacibliyini, yəni əhəmiyyətini də artırır. Dolayısilə, Türkiyə ilə münasibətlər baxımından Rusiya Federasiyasına müəyyən miqdar güc verilir, eyni zamanda dərin planda Ermənistanın suverenliyi məsələsilə bağlı təzyiqlər yüngülləşdirilir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə