XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

04 Noyabr 2019 - 15:03

SURİYADA QƏRB PLANINI POZAN TÜRKİYƏ CİDDİ TƏZYİQ ALTINDADIR:"Kürd dövləti"nin qurulması üçün böyük oyun davam edir - TƏHLİL

Vedat Bilgin

“Akşam”, Türkiyə, 04 noyabr 2019-cu il

 

Başda ABŞ olmaqla, bütün Qərbdə PKK/PYD və ya YPG terror təşkilatının adı çəkilmədən “kürdlər” ifadəsiylə işlədilməsinin təsadüf olduğunu söyləmək, əlbəttə, ağılsızlıqdır. Dünənədək işlədilən “PKK terror təşkilatıdır, amma PYD, yaxud YPG fərqlidir” kimi ifadələr də artıq ortadan qalxıb. Nə üçün? Səbəbi aydındır: Türkiyə “Sülh çeşməsi” əməliyyatı sayəsində meydana girib oyun planını pozunca, nə etmək istədikləri açığa çıxdı.

Sözü fırlatmağa heç ehtiyac yoxdur. Qərb bir tərəfdən “kürdlər”dən bəhs edir, Suriyada on minlərcəsini qətl edən, yüz minlərcəsini sürgünə göndərən PKK/PYD-ni bu insanların təmsilçisi etmək üçün çalışır, – yeri gəlmişkən, burada müəyyən məsafə qət etdiyi də açıq görünür, – digər tərəfdən, bu terror təşkilatı vasitəsilə bölgədəki ölkələri parçalayır, bir “terror dövləti” qurmağı planlaşdırır.

 

Gedişat haradır?

 

Qısası, başda Türkiyə olmaqla, region ölkələrilə Qərb sistemi arasındakı ziddiyyət böyüməkdədir. Hədəfdəki ölkələr məlumdur.

Yaxşı, bəs bu durumda nələr ola bilər? Qərb mərkəzlərində açıq şəkildə söylənən, mediada və ictimai rəydə aydınlaşan mövqe bu gün Türkiyə düşmənçiliyindən ABŞ Konqresinin Nümayəndələr Palatasında “Erməni məsələsi”nə qədər uzanaraq, haqsız və yalan bir soyqırım ittihamı ilə tarixin təhrifinə və yalan vasitəsilə mühakiməsinə çevrilmişsə, bu, səbəbsiz deyildir. Bunlar Türkiyənin açıq şəkildə onların oyun planlarının önünü kəsməsinin nəticəsidir.

İşin maraqlı və adamları dəliyə çevirən tərəfi isə Türkiyənin buna hazırlıqsız yaxalanmamış olmasıdır. “Uğursuzluqla” ittiham edilən o xarici siyasət həyata keçirilməyə başlanan planı öncədən görərək, addım-addım tədbirlərini alaraq, bu müdaxilələri etmə iradəsini ortaya qoyub. Bu baxımdan, lap əvvəldən S-400-ün sadəcə müdafiə sistemi deyil, bir strateji həmlə olaraq görülməli olduğunun, Türkiyə, Rusiya və İran arasında qurulan ittifaqın, fərqli bir xarici siyasət strategiyasının, – bu ölkədə bunu qavraya bilməyən, sabotaj etmək istəyən ünsürlər olsa da, – ortaya qoyulduğunun altını cızıram.

 

Böyük oyunu pozmaq

 

Qərbin izlədiyi strategiyanın ipuclarını təhlil etsək, plana əsasən, Suriyanın PKK/PYD “terror dövləti”nin yaradılması ilə iki yerə bölünmək istəndiyini, lakin Türkiyə-Rusiya memorandumu ilə ilk mərhələdə bu istəyin Suriyada bir federasiya yaradılması tələbinə çevrilməsinin mümkün olduğunu söyləyə bilərik. Burada çətin vəziyyətdə qalan Əsədin və əlbəttə, Rusiyanın buna razı salınmasının mümkün olduğunu düşünmələri ehtimal daxilindədir.

Yeri gəlmişkən, bu “federasiya formulu”nun bütün bölgə ölkələri üçün planlaşdırıldığının artıq gizlədilmədiyini də görmək lazımdır. Qurmağı düşündükləri federasiyanın PKK terror təşkilatı vasitəsilə planlaşdırılmasının səbəbləri arasında İraqda ənənəvi “kürd icması” ilə aparılan işdə istənilən nəticəni ala bilməmələri də var.

Kürdləri PKK-nın zülmü ilə öz nəzarətlərində qurmağı düşündükləri “terror dövləti”nin təzyiqi altında idarə etmək istədikləri, təşkilatı region ölkələrini parçalayacaq bir vasitə olaraq istifadə etdikləri açıq görünməkdədir. Ayrıca, PKK-nı İsrailə əlverişli müttəfiq olaraq nəzərdə tutduqları üçün bu strategiyanı seçdiklərini söyləyə bilərik.

Qısası, oyun böyükdür, ancaq Türkiyə də hazırlıqsız deyil.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə