XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 November 2019 - 16:43

DAXİLİ İŞLƏR NAZİRİ DAHA BİR GENERALI VƏZİFƏSİNDƏN UZAQLAŞDIRDI –Baş İdarənin şöbə rəisi də azad edildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

Strateq.az xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib.

O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan və təqdimatları Prezident tərəfindən təsdiqlənən Kollegiya üzvlüyündən də çıxarılıb.

Nazirin digər əmriylə, Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.