XƏBƏR LENTİ

18 Noyabr 2019
17 Noyabr 2019

Digər Xəbərlər

06 Noyabr 2019 - 15:41

QLOBAL SAVAŞIN MƏRKƏZİNDƏ YER ALAN 1,5 TRİLYON DOLLARLIQ ŞİRKƏT:“Dərin Amerika” ARAMCO-ya niyə təkbaşına sahib olmaq istəyir? - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 06 noyabr 2019-cu il

 

Göründüyü kimi, mərkəzində Türkiyə olan bölgə və Orta Şərq böyük güclərin çəkişmə meydanıdır. Bu, normal və məlum bir həqiqətdir. Ötən əsrin əvvəllərindən belədir.

Bölgəyə ən sonda gələn və hələ də bütün gücü ilə birlikdə qalan isə ABŞ-dır. Orta Şərqə girmək üçün hər dəfə bir səbəb tapdılar. Tapa bilməyəndə də bir səbəb yaratdılar. Çünki neft vazkeçilməz idi. Bölgədə son dövrdə baş verənlərin mərkəzində neftin olması artıq hər kəsə məlumdur. Doğrusu, baş verənlər ortadadır.

Dronlarla “xəbərdarlıq” edilən ARAMCO şirkətinin hissələrinin bir qismi yaxında xalqa təklif ediləcək. Bu əməliyyat üçün “JPMorgan”, “Goldman Sachs”, “Citigroup” və “Morgan Stanley” vəzifə aldı. Yəni, Vaşinqtonun istədiyi şirkətlər ARAMCO-nun ortağı olacaqlar.

Yeri gəlmişkən, müxtəlif rəqəmlər göstərilsə də, ARAMCO ötən il 111 milyard dollar gəlir əldə etdi.

“Google”un daxilində olan və çox önəmli gəliri olan “Alphabet”in tərkibində “Cali co”,Google Capital”, “Google Fiber”, “Jigsaw”, “Sidewalk Labs”, “Verily” kimi 15-ə yaxın şirkət vardır. Ayrıca, Android Əməliyyat Sistemi, “Youtube” və “Google Search”ü də unutmamaq lazımdır. Bu, Lari PeycSergey Brinin idarə etdiyi əməliyyat olacaq. Əməliyyat mərkəzi də Kaliforniyada, Mauntin-Vyuda yerləşir.

“Alphabet”lə birlikdə, “Apple”, “Exxonmobil”, “Coca Cola”, “Pepsi”, “Nike” kimi çox qazanan divlər vardır. Ancaq hamısını bir yerə toplasanız da, bir ARAMCO etmir. Xalis gəlirləri müqayisə edilə bilməz. İndi ARAMCO-nun hissələrinin 5%-nin xalqa təklif edilməsilə 100-150 milyardlıq gəlir əldə edilməsi gözlənilir.

Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Salman bu gəlirin hamısını ABŞ layihələrinə ayıracaq. İlk mərhələdə Sina yarımadasında Orta Şərq və Şimali Afrikanın maliyyə mərkəzi qurulacaq. İnşa edilməsi planlaşdırılan yeni şəhərin xərci buradan qarşılanacaq. Misirin də torpaq ayırdığı bu layihə üçün ilk addımda 75 milyard dolların ayrılması gözlənilir. Əlbəttə, bu pul ARAMCO-dan gələcək. Yəni, ARAMCO-nun hissələrini xalqa təklif edən də, bu gəlirdən istifadə edən də, nəzərdə tutulan şəhəri quran da ABŞ olacaq.

Ancaq lap əvvəldən bu duruma etiraz edən vəliəhd-şahzadə Salman tam ABŞ oyuncağı olmaması, belə görünməməsi üçün xüsusilə “Citigroup” vasitəsilə hissələrin xalqa təklifinə bir detal əlavə elədi. O, 2021-ci ildə hissələrin 5 və ya 7%-nin xalqa təklif edilməsinin Tokio, Honq Konq və Londonda keçiriləcəyini ARAMCO-nun xalqa təkilf edilməsi paketinə qoydura bildi.

Təbii, bu, əsla vaz keçilməyəcək bir qayda olmasa da, Salmanın fikrinin daha yaxşı anlaşılması baxımından önəmlidir. “Dərin Amerika” ARAMCO-nun hissələrinin xalqa təklif edilməsindən və dolayısilə, şirkətin enerji bazarındakı rolundan Aralıq dənizi və Afrika mərkəzli olaraq da istifadə etmək istəyəcəkdir.

“Dərin Amerika” 11 sentyabr zərərçəkənlərinə və onların ailələrinə Səudiyyə Ərəbistanı hökumətinə qarşı iddia qaldırmağa icazə verdi. Nyu Yorkun Manhetten dairəsinin hakimi Corc Daniels “Terrorizmə dəstək verənlərə qarşı ədalət” adlı qanuna əsaslanaraq, iddiaçıların Səudiyyə Ərəbistanına qarşı məhkəmədə iddia qaldıra biləcəyinə hökm etdi. Bu, səudların qapısına atılan ilk qol idi.

Arxasınca Camal Qaşıqçının İstanbulda ortadan yox olması gəldi. “Qaşıqçı əməliyyatı” ilə birlikdə şahzadə Salman tam olaraq ABŞ-ın tezliyinə girdi. Ancaq Salmanın komandasında olan 3 ingilis onun tamamilə Amerikanın ağlına uyaraq qərar verməsini əngəlləməyə çalışır. 2021-ci ildə ARAMCO-nun hissələrinin xalqa təklif edilməsi planında Tokio, Honq Konq və Londonla bağlı olan detal ingilis hiyləgərliyinin nəticəsidir.

11 dekabrda Səudiyyə fond birjası “Tadawul”da atılacaq ilk addımdan sonra ARAMCO-nun bazar dəyəri 1,5 trilyon dollardan yuxarı olacaq. ARAMCO-nun hissələrini alanların heç biri zərər etməyəcək. Qarşıdakı 5 ildə 1 trilyon dollarlıq gəlir əldə etməsi proqnozlaşdırılan bir şirkət düşünün. “Apple” yalnız 15 il ərzində bu gəlirə nail ola bilər.

Bu səbəblə, qlobal savaşın mərkəzində yer alan ARAMCO qarşıdakı illərdə daha da böyüyəcək. “Dərin Amerika” ARAMCO-ya təkbaşına sahib olmaq istəyir. ABŞ Prezidenti Trampın Suriyadakı kiçik bir bölgə ilə bağlı söylədiyi “Nefti təminat altına aldıq” fikri Vaşinqtonun köhnə qərarının üzə çıxması idi.

ABŞ ARAMCO ilə birlikdə Aralıq dənizində daha böyük güc olacaq. Afrikada, xüsusilə Şimali Afrikada neft sahəsində daha təsirli olacaq. Liviya neftinin əsas mərkəzi bir neçə ildən sonra ARAMCO-nun tərkibinə birləşəcək.

Dünyada neft bitənədək Vaşinqtonun planları əsla bitməyəcək. Bunu anlamaq çətin deyil. Tramp belə, bunu gizlətmir.

Neftlə, yəni enerji ilə gücünə güc qatacaq Vaşinqtonun hədəfində, əlbəttə, öncəlikli olaraq Pekin olacaq.

Əslində, Suriya ilə bağlı istifadə edilən “Hərbçilərimiz də, neft də güvəndədir” sözünün arxasında gizli duran ARAMCO idi. Çünki Suriya bölgənin mərkəzidir. İşlərini başdan etibarlı gördükləri üçün belə danışmaqdadırlar.

ABŞ-ın rifahı və güclü olaraq yaşaması üçün səudlar “Olmazsa, olmaz!” şərtidir. Bu səbəblə, hər fürsətdə onları vururlar. ARAMCO-nu buraxmırlar. Səudları yanlarına alaraq, bölgəni tamamilə ələ keçirmək istəyirlər.

Bax, elə bu nöqtədə qarşılarına döyüşən güc olaraq sadəcə Türkiyə çıxır. Vaşinqtonun bu hesabına qarşı sadəcə Türkiyədən səs yüksəlir.

ABŞ-la nefti yan-yana gətirdikdə bütün əməliyyatları anlamaq çox asan olur.

YPG-PKK, İŞİD, Əl-Qaidə, Boko Haram və ya bir başqası olsun, heç fərq etməz. Məqsəd gücü əldə saxlamaqdır. Bu da neftlə mümkündür. Neft dəyərli olduğu müddətcə nə mübarizə bitəcək, nə də müharibə. Türkiyə, bəziləri anlamasa da, bunu bildiyi üçün meydandadır.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə