Prezident Administrasiyasında təyinat
Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsinə Camaləddin Quliyev təyin olunub.
Strateq.az Azadinform-a istinadən xəbər verir ki, Camaləddin Quliyev buna qədər İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunda məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, bir qədər əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mətbuat və informasiya orqanları ilə iş sektorunun keçmiş müdiri Vüqar Əliyev Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavinin vəzifəsinə təyin olunub.
Strateq.az-ın kollektivi Camaləddin Quliyevi təbrik edir və hesab edir ki, belə kadrların irəli çəkilməsi dövlət, millət və cəmiyyət üçün çox böyük töhvələr verəcək…