XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2019 - 16:29

LİVANDA MÜASİR QULDARLIQ – KAFALA:250 min əcnəbi işçinin son çarəsi intihardır

Coy Əyyub

“Əl-Cəzirə”, 14.11.2019

 

Noyabrın 5-də, Livanda davam edən qiyamın 20-ci günü “Həbəşistan Hava Yolları”nın bir təyyarəsi Beyrutdan uçaraq Əddis-Əbəbənin Bole beynəlxalq hava limanına eniş edib. Onun yükü Livanda ölən 7 həbəş ev işçisinin meyitləri idi. Həbəşistanlı jurnalist Zexariya Zelalemin sözlərinə görə, “yüzlərlə ailə üzvü hava limanında kütləvi yas mərasiminə qatılıb”.

Bundan əvvəl Zelalem Livan və Həbəşistan səlahiyyətlilərinin Livandakı miqrant ölümlərini ört-basdır etmək səyləri ilə bağlı böyük araşdırma dərc edib.

Bu işçilərin necə öldüyü dəqiq məlum deyil. Ölkənin kafala (və ya sponsorluq) sisteminə əsasən, miqrant işçilərin hüquqi statusu işəgötürənlərin əlindədir. İşəgötürən müqaviləyə xitam verərsə, sponsorluq avtomatik olaraq ləğv edilir, miqrantlar qanunsuz əcnəbilərə çevrilir və onlar həbs və / və ya deportasiya riski altında qalır. Bundan əlavə, pasportlarının müsadirə edilməsi qanunla qadağan olsa da, hətta əmək naziri Kamil Əbusüleyman belə bu halın hələ də baş verdiyini etiraf edib.

Əslində, bu o deməkdir ki, əksəriyyəti qadın olan xarici işçilər işəgötürənin tam ixtiyarındadır: qanun onları hər hansı bir şəkildə istismar etməyə və ya maaşlarını verməməyə, mühacir ailələri evlərinə göndərməyə və s. icazə verir. Hətta Bazar günləri istirahətini ləğv etməni də.

Çarəsizlikdən qaçanda da, avtomatik olaraq sənədsiz miqrant olurlar. Livan şəhərlərinin küçələrində, iş yerlərində olduğu kimi, əcnəbilər təhqiramiz rəftarla qarşılaşırlar. Tutulduqda, həbsxanaya atıla bilərlər. Bəzi hallarda əmək miqrantları intiharla əzablarına son qoyurlar.

Hazırda 5 milyondan çox əhalisi olan ölkədə təxminən 250 min xarici işçi var.

Bu gün Livan xalqı öz səlahiyyətlilərinə qarşı üsyan qaldırır, vətəndaş müharibəsinin bitməsindən bəri, 30 il ərzində Livan siyasətində hakim olan oliqarx sinfinə etiraz edir. Livanları dini mənsubiyyətinə görə bir-birinə qarşı vuruşduran məzhəbçilik, küçələrdə fəal şəkildə rədd olunur.

İnanılmaz bir sürətlə məzhəb maneələrini məhv edirik. Biz, sözün həqiqi mənasında, şimalı və cənubu, valideynlərimizin nəslini çətin vəziyyətə salmış gerçəyi aradan qaldırırıq. Sonra nə olursa-olsun, son bir ayda əldə edilənlər gələcək illər üçün rezonans doğuracaq və bütün nəsilləri, Z nəslini, hətta bir neçə minillikləri də təəccübləndirəcək şəkildə formalaşdıracaq.

İndi bütün “məzhəbçi siyasi təbəqənin istefasını və öz ölkəmizdə özümüz üçün ləyaqətli həyat, insan və vətəndaş hüquqlarına hörmət tələb etmək “hər şey hamısı deməkdir”, – deyirik.

Ancaq haqlarımızı tələb ediriksə, narahatlığımızı xarici işçilərlə də bölüşməliyik. Dəyişdirmək istədiyimiz sistem yüz minlərlə xarici işçini sui-istifadə edir. Buna görə də, Livan inqilabı kafala sistemin də ləğvini tələb etməlidir.

Livanın öz kəşfiyyat agentliyinin məlumatınə görə, hər həftə orta hesabla iki xarici işçi ölür. “Human Rights Watch”-un (HRW) 2008-ci il tarixli hesabatına görə bildirilən ölümlərin təxminən yarısı səfirliklər tərəfindən intihar kimi təsnif edilir. 2008-ci ildə bu nisbət həftədə bir ölümdən çox idi.

Bundan əlavə, xarici qadın işçilər Livanda “doğuş cinayəti”nə görə həbs və deportasiya edilir. Ən azı 2014-cü ildən bəri bir neçə QHT Livan hökumətinin miqrant qadın işçilər və uşaqlarının deportasiya etmə təcrübələsi ilə bağlı həyəcan təbili çalır. Bir çox hallarda bu qadınlara “Livanda uşaq sahibi olmağa icazə verilmədiyi” bildirilib və ölkəni tərk etmək üçün onlara 48 saat vaxt verilib.

Keçən il keniyalı bir qadın Beyrutda vəhşi hücumdan sonra deportasiya edilib; bu, Livan küçələrində kişi və qadınların qarşılaşdıqları təhlükələri vurğulamağa səbəb olub.

Hazırda hökumətin kafala sisteminə dair rəsmi mövqeyi, çəkdiyi əzablardan asılı olmayaraq, mühacirləri mümkün qədər uzun müddət bu durumda saxlamaqdır. Praktikada bu, miqrant işçilərin Livanın əmək qanunlarından kənarlaşdırılması deməkdir.

2019-cu ildə Əmək Nazirliyinin baş direktoru Jorj Ayda kafala sisteminin lazım olduğunu iddia edib, çünki “bir qərib ailəni digər ailənin içərisinə qoyursan. Evlərdə işləyəndə isə onlara cavabdeh olan kimsə olmalıdır”.

Əmək naziri Kamil Əbusüleymanın özü bunu “müasir köləliyə” bənzətsə də, sistem dəyişməz qalır.

Livanda baş direktor Ayda kimilər olduqca çoxdur və miqrantları, ev işçilərini məcbur etmə kvazi quldarlıq kimi şərtləri əsaslandırmaq üçün təkrar-təkrar istifadə edilir. Mühacir ev işçilərinin yad insanlarla birlikdə yaşamaları zamanı risk altında olması faktdır və bu nəzərə alınmır.

Bu gün Livan əhalisi, həm etirazçılar, həm də hökumət tərəfdarları arasında kafala sisteminin ləğvi meyli və işçi sinifinə mərhəmət yoxdur. Etirazlar zamanı əcnəbi işçilərin hüquqlarının müntəzəm olaraq gündəmə gətirilməsinə baxmayaraq.

Amma əvvəlki genişmiqyaslı etirazlardan fərqli olaraq, bu etiraz dalğası ölkə daxilində çox güclü işçi təbəqəsinin varlığını göstərib. Bununla xarici əcnəbi yerli işçiləri narahatlıqlarımızın siyahısına daxil etmək nisbətən asan olmalıdır.

Artıq məsələnin həlli üçün səylər göstərilib. 2014-cü ildə Ev İşçiləri Birliyi (DWU) yaradılıb və ən azı 350 müxtəlif millətdən olan xarici bu birliyə daxil olub.

DWU 2015-ci ildən bəri Livan Fəhlə və İşçilər Həmkarlar İttifaqları (FENASOL), Beynəlxalq Ev İşçisi Federasiyası (IDWF), Beynəlxalq Əmək Təşkilatı (BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Federasiyası (ITUC) və əlavə 100-dən çox qeyri-hökumət təşkilatlarının dəstəyini alıb. Lakin Əmək Nazirliyi DWU-nu qeyri-qanuni adlandırıb.

Son bir ayda nümayişlər zamanı kafala sistem məsələsini gündəmə gətirmək üçün səy göstərilib. Bəzi yürüşlər zamanı irqçiliyə qarşı şüarlar səslənib, həm Afrika, həm Asiya mənşəli işçilərin, həm də qaçqın Suriya və Fələstin əhalisinin vəziyyətinə diqqət çəkmək istənilib.

Livan siyasi sinfinin seqmentləri və onlara bağlı media qurumları tərəfindən təbliğ olunan ksenofobiyaya cavab olaraq yürüşlər də təşkil edilib. Ancaq daha ciddi tədbirlər görmək lazımdır. Livan inqilabı kafala sistemin ləğvini və həm livanlı, həm də mühacir ev işçilərini dəstəkləyən DWU-nun tanınmasını tələb etməlidir.

Tərcümə: Strateq.az