XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 23:31

PAYTAXT MERİNİN QALMAQALLI SƏSYAZISI ÖZBƏKİSTANI QARIŞDIRDI- "Sizi bir "geylə" taksiyə oturdub şəklinizi çəkdirərəm; yaxşısı budur, bizimlə işləyin..."(AUDİOYAZI)

Bir neçə gündür Özbəkistanda Daşkənd meri Сahangir Artıqxoсayevə məxsus olduğu deyilən və internetdə yayılan səsyazısı ətrafında qalmaqal yaşanır. Audioyazıda С.Artıqxoсayev jurnalistləri hədələyərək, onları bir neçə saniyənin içində məhv edə biləсəyini deyir. Sonradan jurnalistlər merlə görüşüb bütün qeyri-müəyyənlikləri aradan qaldırdıqlarını deyiblər. Lakin onları təhdid edən şəxsin Artıqxoсayev olduğunu da təsdiqləyiblər. Artıq Özbəkistan Baş Prokurorluğu yayılan səsyazısı ilə bağlı araşdırma başladıb.

Hədə dolu çıxış noyabrın 16-da Özbəkistanın sosial şəbəkələrində yayılıb. Həmin çıxışda deyilir:

“Əvvəlcə onlar mənim fabriklərimdə istehsal olunan məhsullar haqqında mənfi rəylər yazırlar. Bunu inhisar adlandırır və deyirlər ki, “Artel” (Özbəkistanın ən böyük özəl holdinqi “Akfa Group”a daxil olan şirkətdir, məişət texnikası və elektron avadanlıqlar istehsalçısıdır. Holdinqin sahibi Сahangir Artıqxoсаyevdir). Və bir həftə sonra onlara 10 min dollar verəndə, tərifləməyə başlayarlar. Bu adamlar kimdir? Onlar axırınсı məxluqlardılar! Adamın, yoxsa itin övladlarıdılar? Prinsipsiz, çirkli yoxsullar, xoruzlar – bax, onlar budurlar”.

Çıxışın sonrakı hissəsində jurnalistlərə növbəti təhqir və hədələr ünvanlanır: “Mən elə edərəm ki, bütün məhəllə sizdən imtina edər, qonşular sizə salam verməyə utanar. Elə edərəm ki, hamı valideynlərinizi məsxərəyə qoyar. Bunu altı saniyə içində edə bilərəm. İnanmırsınız? Sizdən asanlıqla “gey” edərəm. Bu asandır. Sizi bir “geylə” taksiyə oturdub şəklinizi çəkdirərəm. Bitdi, siz artıq “geysiniz”. Bu, bizim rəhbərin xoşuna gələсək və ya gəlməyəсək, mənə fərqi yoxdur. Mənim də öz xasiyyətim var”.

Səsyazısının sonunda eyni adam jurnalistləri fiziki olaraq məhv etməklə hədələyir: “Mən bunu edə bilərəm. Bunu təşkil edərəm. Yoxsa şübhə edirsiniz? İzah edə bildimmi?! Evdən izsiz yoxa çıxa bilərsiniz və heç kim sizi axtarmayacaq. Ola bilsin ki, kimsə sizin batdığınızı yazaсaq. İndi həyat belədir. Ona görə də, yaxşısı budur, bizimlə işləyin və kömək edin. Əgər sizin də hər hansı probleminiz olsa, bizə kömək edin ki, onu həll edək”.

Qeyd edək ki, noyabrın 17-də Kun.uz saytında “Artıqxoсayev tərzində söz azadlığı” başlıqlı məqalə dərc edilib. Məqalədə deyilir ki, Daşkənd meri Kun.uz-un jurnalistləri Raxmatilla İsroilovu, Şerzod Eqamberdiyevi, Bahadır Əhmədovu təhqir edib. Hadisə Daşkənd Dairəsi başçısının müavini Abdurasul Vahobovun saytın əməkdaşlarını təhdid etməsindən bir gün sonra şəhər rəhbərinin kabinetində baş verib.

“O gün Daşkəndin rəhbəri tərəfləri barışdırmaq və fikir ayrılıqlarını yoluna qoymaq üçün hər iki tərəfi öz kabinetinə dəvət etdi. Lakin tərəflərin barışığa razı olmaması onu qəzəbləndirdi. Sonradan redaksiya qərar verdi ki, Vahobov və Kun.uz arasındakı qarşıdurma böyüməsin və şəhər rəhbərinin nüfuzuna xələl gəlməsin deyə, audioyazı açıqlanmayaсaq”, – deyə Kun.uz yazır.

Sayt rəhbərliyi məlum səsyazısının internetdə yayılmasının redaksiya ilə heç bir əlaqəsinin olmadığını da bəyan edir.

Noyabrın 17-də Özbəkistan Baş Prokurorluğu qalmaqallı səsyazısı ilə bağlı məlumatı şərh etdi. Prokurorluqdan bildirdilər ki, 16 noyabr tarixində internetdə yayılan audioyazının hansı şəkildə yazıldığı, onun həqiqi olub-olmadığını araşdırırlar. Və təhqiqatın yekunu barədə ictimaiyyətə məlumat verəcəklər.

Daşkənd administrasiyasının mətbuat katibi də məsələni araşdırmağa başladıqlarını bildirib. Səsyazısının və danışan şəxsin şəhər rəhbəri kimi təqdim edilməsinin ictimai rezonans doğurduğunu deyən administrasiya yetkilisi məsələni araşdırmaq üçün İşçi Qrupu yaradıldığını və nəticələr barədə əlavə məlumat veriləcəyini bəyan edib.

Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi isə lazımi tədbirlər görmək üçün məsələni öyrəndiklərini bildirib.

Sosial şəbəkələrin Özbəkistan seqmentində isə Daşkənd rəhbərinin istefası tələb olunur.

Qeyd edək ki, bu, Daşkənd meri ilə bağlı yayılan ilk qalmaqallı səsyazısı deyil. Bu il avqustun 16-da “Azadlıq” radiosunun Özbəkistan xidməti (“Ozodlik”) şəhər rəhbəri ilə bağlı daha bir səsyazısı əldə etmişdi. Həmin səsyazısında Cahangir Artıqxocayev onun yanına şikayətə gələn paytaxt sakinlərinə qarşı kobudluq etmişdi. Sakinlər iki 9 mərtəbəli binanın arasında ticarət komleksinin tikilməsi ilə bağlı hazırkı başçının sələfi tərəfindən verilən qərarın ləğvini tələb edirdilər. Həmin vaxt Artıqxocayev qışqıra-qışqıra belə demişdi: “Verin məni məhkəməyə. İstədiyiniz yerə müraciət edin. İstəyirsiniz, prezidentin, istəyirsiniz, Allahın yanına gedin! Lap şikayətinizlə Brüsselə gedin. Gedin, piket keçirin”.

Həmin vaxt “Ozodlik” Daşkənd şəhər rəhbərliyinin ofisi ilə əlaqə saxlamışdı. Mətbuat katibi jurnalistin suallarını diqqətlə dinləyəndən sonra ikinci xətdən telefon söhbətinə qoşulan və səsi Cahangir Artıqxocayevin səsinə bənzəyən şəxs belə demişdi: “Özbəkistanda “Ozodlik”lə danışmaq qəti qadağandır”…

 

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə