XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2019 - 13:42

ERMƏNİSTANDAN GÜRCÜSTAN HADİSƏLƏRİNƏ BAXIŞ:"Hadisələr inqilaba gətirib çıxara bilər" - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 18 noyabr 2019-cu il

 

Azadlıqdan məhrum edilmiş sabiq prezident Robert Koçaryan “- 1 konsensusu” haqqında danışdı, lakin bu, Ermənistanda deyil, bütün müxalifət qüvvələrinin Bidzina İvanişviliyə qarşı birləşdiyi Gürcüstanda reallaşdı.

Nümayişçilər dünən (17 noyabr – tərc.) axşam Tiflisin mərkəzində, Gürcüstan parlamentinin binası yanında barrikadalar qurmağa başladılar. Onlar Zubalaşvili qardaşları küçəsini qum kisələri və tikinti tullantıları ilə bağladılar.

Dünən 20-dən artıq müxalifət partiyası konstitusiya islahatlarının uğursuzluğa düçar olmasına etiraz olaraq, Tiflisin mərkəzində miqyaslı etiraz aksiyası keçirdi. Öncə onlar “parlamentin tamdəyərli piket edilməsi”nin başlandığını bəyan etdilər və parlamentin bütün girişlərini bağladılar. “Bir nəfər hər kəsə qarşı” etiraz aksiyasının iştirakçıları öz tələblərini hakimiyyətə təqdim etdilər. Bu tələblər proporsional sistemlə növbədənkənar parlament seçkisinin keçirilməsindən, müvəqqəti, texniki hökumtin formalaşdırılmasından və MSK-nın yenidən təşkil edilməsindən ibarətdir.

Parlamentin girişində böyük miqdarda polis qüvvəsi yerləşdirilmişdi. Öncə DİN aksiya iştirakçılarına xəbərdarlıq etmişdi ki, “istənilən qayda pozuntusunun, inzibati orqanların blokadaya alınması və ya basqına məruz qalmasının qarşısı həmən polis tərəfindən qanun çərçivəsində alınacaq”.

Gürcüstanda siyasi böhran oliqarx Bidzina İvanişvilinin hakim fraksiyasından olan, majoritar sistemlə seçilən deputatların bir neçə gün bundan öncə parlamentdə konstitusiya islahatını uğursuzluğa düçar etməsindən sonra dərinləşib. İslahatlar gələn il seçkilərinin yalnız proporsional sistemlə keçirilməsini nəzərdə tuturdu.

Hazırda Gürcüstanda, mahiyyətcə, inqilabqabağı şərait formalaşıb. Belə ki, bir tərəfdən bütün nüfuzlu müxalifət qüvvələri birləşib, digər tərəfdən də ötən günlərdə hakim “Gürcü arzusu” fraksiyasını ondan çox deputat tərk edib.

Şərait o mənada diqqətçəkəndir ki, güzəştli həll yolu tapmaq çətindir və ekspertlər təxmin edirlər ki, hadisələr inqilaba gətirib çıxara bilər. Bu da öz növbəsində ya növbədənkənar seçkilərin keçirilməsinə, ya da hakimiyyətin güclə müdaxiləsinə gətirib çıxaracaq.

İkinci halda, nəticədə müxalifətin resursları növbəti ilin parlament seçkiləri öncəsi “toza” çevrilə bilər.

Əlbəttə, Qərbin Tiflisdə akkreditasiya olunmuş diplomatik nümayəndəlikləri hakimiyyətlə müxalifət arasında konsensusun formalaşdırılması üçün aktiv vasitəçilik missiyası həyata keçirirlər. Onlar seçki islahatının reallığa çevrilmə imkanını, mahiyyətcə, hələ də itirilmiş hesab etmirlər. Bu, hakimiyyətə və müxalifətə gələn ilin seçkilərinə yeni oyun şərtlərində hazırlaşmağa imkan verərdi.

Gürcüstan Ermənistan üçün müstəsna strateji tərəfdaşdır və dost ölkədə gedən hadisələr bizim üçün həddindən artıq vacibdir. Tiflisdəki hadisələr yalnız ikitərəfli münasibətlər və çoxsaylı erməni icmasının təhlükəsizliyi baxımından deyil, son aylarda ABŞ-ın öz regional siyasətində erməni komponentini artırması nəzərə alınarsa, regional kontekstdə də çox vacibdir. Gürcüstan hadisələri bu meyli daha nəzərəçarpan edə bilər.

Tərcümə Strateq.az-ındır