XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2019 - 23:52

ERMƏNİSTAN RUSİYANI QAZ ŞANTAJINA BAŞLAYIB –Kreml qaz qiymətlərində güzəştə getməsə, nələr olacaq? - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 22 noyabr 2019-cu il

 

Rusiya Prezidenti Vladimir Putinlə razılaşmaya əsasən, Ermənistanda rus qazının qiyməti elə olmalıdır ki, ölkəmizin iqtisadiyyatına ziyan vurmasın.

Bu bəyanatı  Ermənistanda tanışlıq xarakteri daşıyan səfərdə olan rus jurnalistlərlə görüşdə Nikol Paşinyan səsləndirib.

Qazın qiyməti yalnız ermən-rus münasibətlərinin deyil, ümumiyyətlə, RF-nin istənilən ölkə ilə, özü də yalnız iqtisadi, hətta mümükündür, yalnız siyasi deyil, geopolitik, hərbi-siyasi münasibətlərinin mühüm göstəricisidir. Məhz buna görə, inqilabdan sonra qazın qiymətilə bağlı gedən proseslər və hələ başa çatmayan danışıqlar geniş müşahidələr üçün göstərici olur.

Ermənistan və Rusiya, hər halda, rəsmi bəyanatlara əsasən, danışıqları aparmağa davam edirlər. Paralel olaraqsa, məsələn, qeyri-rəsmi mənbələrə istinadlara əsasən, mətbuatda məlumatlar yayılır ki, Rusiya qazın qiymətinin əhəmiyyətli ölçüdə qaldırılması haqqında qərar qəbul edib, söhbət sadəcə bunun elan olunması müddətindən gedir. Və burada həm cəmiyyət, həm də dövlət olaraq, bizim üçün həlledici olan dilemma qarşısında qalırıq.

Aydındır ki, qazın qiyməti, müəyyən mənada, mürəkkəb erməni-rus münasibətlərinin, dövlətlərarası qarşılıqlı erməni-rus münasibətlərinin sağlamlaşdırılması prosesinin, nəhayət, Ermənistanın suverenliyinin qiymətinə çevrilir. Məhz burada, geniş mənada, sual yaranır: Ermənistan cəmiyyəti bu qiyməti ödəməyə nə qədər hazırdır? Ələlxüsus o halda ki, bir sıra erməni dairələri, böyük hesabla, qazın qiymətini uyğunlaşma məsələsinə, hansı hakimiyyətin Rusiyanın iradəsinə daha yaxşı uyğunlaşa biləcəyi məsələsinə çevirərək, bu mövzu ilə bağlı möhtəkirlik etməyə, yanıltmağa, problemin əsil mahiyyətini, qavrayış və reallıqları dəyişdirməyə cəhd edirlər.

Eyni zamanda bu məsələ yalnız Ermənistanla bağlı deyildir. Əgər belə bir müşahidə varsa, bu, böyük ölçüdə yalnış təəssürat ola bilər.

Nəhayət, necə deyərlər, siyasi cəza və ya kötək olaraq, Ermənistan üçün qazın qiymətinin qaldırılması, demək olar ki, məsələn, müharibə vəziyyətində Azərbaycana dəstək vermək kimi bir şeydir. Yəni, Moskva bunun nəticələrini, o cümlədən bunun Ermənistanın itirilməsinə aparan birbaşa yol olduğunu dəqiq təsəvvür etməlidir.

Bunda maraqlı olan bir sıra qüvvələrin mövcudluğu şübhəsizdir. Çünki bu qüvvələr dəqiq təsəvvür edir ki, erməni-rus probleminin olması Rusiya üçün Qafqazda çox ciddi problemin yaranması demək olacaqdır. Bu isə, ən azı, Şimali Qafqazadək domino effekti verəcəkdir.

Bu mənada, Rusiya dilemma qarşısında qalıb: ya silahla və ya qazla şantaj etməklə və ya geopolitik təsirlə və ya bunların nəticələriylə, – arada böyük fərq yoxdur, – Ermənistanı qazanmalı, ya da itirməli!

Hər iki halda, Rusiya Qafqazın və ya Qafqazdakı rolu və mövqeyinin itirilməsinə, müvafiq olaraq, domino effektinə aparan təhlükəli yola əl atmış olacaq. Sadəcə bir halda yol qısa, digərində isə bir qədər uzun olacaq.

Lakin bu durumda Moskvanın üçüncü bir yolu vardır və bu yol, ən azı, Ermənistana mane olmamaqdır. Baş nazir Nikol Paşinyan qazın qiyməti kontekstində, – bu, məntiqi olaraq, elə olmalıdır ki, Ermənistan iqtisadiyyatına ziyan vurmasın, – praktiki olaraq erməni-rus münasibətlərinin dərin, mühüm aspektini əks etdirir.

Aydındır ki, Rusiya bir sıra aspektlərdə Ermənistana kömək edə bilmir. Yerdə mane olmamaq, yəni ziyan vurmamaq qalır. Burada da durum birmənalı deyildir. Lakin Moskva birinci addımı atdı, məxməri inqilab zamanı Ermənistanın daxili işlərinə, ölkədaxili  duruma qarışmadı – mane olmadı, ziyan vurmadı. Onların ümumxalq hərəkatı şəraitində edə biləcəklərinin sadəcə yersiz sayıla biləcəyi nisbidir, çünki ən azı, ziyan vura, mane ola bilərdilər.

Moskva istəsə də, istəməsə də, seçilmiş üçüncü yolu, Qafqazda rolu və mövqeyini qorumaq üçün, bəlkə də, müstəsna əhəmiyyəti olan bir yolu dəyişiklik, modernləşmə, inkişaf məsələlərində Ermənistana mane olmamağı, ziyan vurmamağı davam etdirə bilərmi?

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə