XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

02 Dekabr 2019 - 20:49

MİLYARDERLƏR PROBLEMİ:Onore de Balzak sərvət sahibləri haqqındakı rəyində haqlıdırmı?

Saymon Conson

“Project Syndicate”, 29.11.2019

 

Milyarder problemimiz getdikcə pisləşir. Halbuki istənilən bazaryönümlü iqtisadiyyatın, o cümlədən innovasiyanın yeni sərvətlər yaratması təbiidir. Və məhz sahibkarlıq fəaliyyətini əngəlləyən qaydaların az olduğu yerlərdə innovasiyaların reallaşdırılması ehtimalı var. Bu yaradıcılığın bir hissəsi əslində, ictimai rifaha zərər verən proseslərə və məhsullara da yol aça bilər. Təəssüf ki, qanunvericiliyə və ya tənzimləməyə ehtiyac yarandıqda, yenilikçilərdə milyardlar peyda olur və onlar bu puldan öz maraqlarını qorumaq üçün istifadə edə bilərlər.

Bu gün bir çox siyasətçi həssas cavablar, üst-üstə düşməyən vədlər, sadə və eksklüziv şəxsiyyətlərə qayıdışı təklif edirlər. Halbuki dünya demokratiyalarının üç əsas sahədə populist meylə qarşı çıxa biləcək liderlərə ehtiyacı var.

Milyarder problemi, əlbəttə, yeni deyil. Ən azı antik Roma dövründən başlayır, bazar strukturu və ya geosiyasətdə hansısa dəyişiklik baş verdikdə, onun müzakirəsi dirçəlir.

1830-cu illərdə, Sənaye İnqilabı sürətləndikdə, Onore de Balzak bu geniş ictimai narahatlığı belə təsvir edirdi: “Görünən səbəb olmadan böyük sərvətlərin sirri – unudulmuş, izləri ustalıqla itirilmiş cinayətdir”.

Yaxud başqa cür desək: hər böyük sərvətin arxasında böyük bir cinayət durur.

Məlum tarixi nümunələr arasında ingilis “Ost İndia” şirkəti də var. Onu Qərbi Hindistanda afrikalı qulların əməyinə əsaslanaraq, böyük sərvətlər quran avropalılar, kömür mədəni sahibləri yaratmışdı. Onların hamısı sürətli şəkildə varlandı, sonra istədiklərini əldə etmək, habelə dəhşətli sui-istifadə hallarına görə cəzasız qalmaq üçün siyasi nüfuzlarından faydalandı.

XIX əsrdə dəmir yolu maraqları Britaniya parlamentinin bir çox üzvünə və ya bəlkə də əksər üzvünə təsir göstərib.

ABŞ-da milyarderlər problemi xüsusilə uzun müddət qabarıqdır. Bu, qismən onunla izah olunur ki, Amerikanın qurucuları məsumluqları ucbatından Sənaye İnqilabı ilə pulun siyasətə yiyə duracağını təsəvvürlərinə belə gətirə bilməyiblər. Üstəlik, ABŞ liderləri uzun müddət xüsusi mülkiyyətin, sahibkarlığın dövlətin yeni layihələrini həyata keçirməsinə icazə vermək istəyiblər.

Məsələn, Almananiyanın poçt idarəsi dünyanın ən geniş və səmərəli teleqraf sistemlərindən birini qurub. Samuel Mors Konqresi eyni şeyi (və daha yaxşı) etməyə çağırıb. Lakin ABŞ teleqraf rabitə sistemini sahibkarlar inkişaf etdirib, Elə telefon sistemi, dəmir-polad sənayesi, bütün dəmir yolu şəbəkəsi və s.

ABŞ hökuməti iqtisadi fəaliyyətə qoşulduqda, əsasən, yeni sərhədlər açıb – fərdi şəxslər və özəl biznes üçün. İkinci Dünya müharibəsindən sonra Vannevar Buş – prezident Franklin Ruzveltin baş məsləhətçisi olan respublikaçı – elmin növbəti cəbhəni təmsil etdiyini ağıllı şəkildə iddia edib və buna görə də, hökumətin katalizator rolu oynamasına təkid edib.

Conatan Qruber və mən bir müddət əvvəl “Americanın sıçrayışı” kitabımızda müharibədən sonra federal hökumətin fundamental elmə strateji investisiyaları, özəl sektorda yeniliklərə təkan verdiyini, məhsuldarlıq və əməkhaqqının geniş şəkildə artmasını stimullaşdırdığını qeyd etmişik.

Amerikanın müharibədən sonrakı özəl sektor bumunun siyasi nəticələri bir nəsildə hiss olunub və həmişə müsbət olmayıb: 1960-cı illərdən bəri ABŞ-da artan anti-vergi əhval-ruhiyyəsi, tənzimləmə (maliyyə sektoru da daxil olmaqla) üçün güclü təzyiq və hər vasitəsilə siyasətə axıdılan korporativ pullar…

Son onilliklərdə korporativ lobbiçilik iki əsas səmərə verib. Birincisi, mövcud sektorlara giriş maneələrini aradan qaldırmaqla, indiki şəxsləri qoruyur və vergi dərəcələrini aşağı salır. Bu, ölümcül itkidir – hələ oliqarx olmayan hər kəs üçün fürsətləri məhdudlaşdıran iqtisadi böyüməni ləngidir.

Oliqarxiya ABŞ-ın dövlət maliyyəsini məhv etdiyindən zəruri infrastrukturu, təhsildə irəliləyişlər və Amerikanı bu nöqtəyə gətirən cəlbedici elm növlərini maliyyələşdirmə imkanı da azalır.

Amerikanın bəzi milyarderləri xeyriyyəçiliyinə görə təqdir olunurlar. Eyni zamanda, onların əksəriyyəti biznes əməliyyatlarında çox amansızdır – mənfəəti qorumaq üçün hər fürsətdə kiçik biznesi məhv edirlər.

İkinci effeekt budur ki, bəzi tamamilə yeni sektorlarda, xüsusən rəqəmsal sahədə, giriş ən azı erkən dövrdə mümkün idi. İlk İnternet şirkətlərini quran sahibkarlar təsirli giriş maneələrini qoya bilməyiblər. “Facebook”, “Amazon” və “Uber” kimi daha son yaranmış şirkətlərin milyard dollarlıq uğuru bununla izah olunur.

Ancaq indi bu yeni divlərin səhmdarları Endrü Karnegi, Con Rockefeller və Con Morqan kimidirlər. Pullarından nüfuz almaq üçün istifadə edir, rəqabətliliyə və fəhlə sinfi əleyhinə məhdudiyyətlərə qarşı çıxırlar və bu, demokratik institutları sarsıdır.

Həmişə milyarderlərimiz olacaq. Amma düşündürücü budur: onlara istədikləri qədər pul xərcləmək, yaxud nifrət etdiklərini ləğv etmək imkan verən siyasi sistemdə yüksək vegi dərəcələri səmərəli olacaqmı?

Qruber və mən təklif yeni bir yanaşmanın zamanı gəldiyini deyirik.

Böyük qazanc böyük, yeni ideyalardan qaynaqlanır. Buna görə də, federal hökumət elmi maliyyələşdirməlidir. İctimai fikir bu qazanclarda daha çox birbaşa iştiraka layiqdir. Milyarderlər isə milyarderlərlə az iş görməlidirlər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə