XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 09:18

“İranın Livanda həddini aşmaması üçün Rusiya müdaxilə etməlidir” –KEÇMİŞ MİLLƏT VƏKİLİNDƏN KREMLƏ ÇAĞIRIŞ

Basim Şəbb (Livan parlamentinin keçmiş üzvü),

“Əl-Ərəbiyyə”, 02.12.2019

 

ABŞ Livanı İranın təsirindən azad etmək istədiyini açıqlayıb, ancaq bunu təkbaşına edə bilməz. Ölkədəki etirazlar “Hizbullah”ı zəiflədib, ancaq ABŞ bölgədən ayrıldığı üçün Tehranın təsirini azaltmaq ehtimalı kiçikdir.

İranın məhdud təsiri qeyri-Qərbə söykənən, kütlənin etibar etdiyi və Livanın qonşuları ilə yaxşı münasibətləri olan başqa bir gücün köməyini tələb edir – Rusiya.

Sabitliyi qorumaq və İranın Livanda həddini aşmaması üçün Vaşinqton səylərini Rusiya ilə əlaqələndirməyi düşünməlidir.

Status-kvoya meydan oxumaqla, etirazlar “Hizbullah”ın on ildən artıq bir müddətdə diqqətlə toxuduğu, onu qeyri-dövlət aktyorundan hakim siyasi partiyaya çevrilməsini təmin edən nizam üçün açıq təhlükədir. 2005-ci ildəki Cedar inqilabından fərqli olaraq, “Hizbullah” hazırkı etirazlara görə İsrail və ya ABŞ-ı inandırıcı şəkildə ittihamlaya bilməyib.

Livan Silahlı Qüvvələrinin (LSQ) neytral vəziyyətdə qalması “Hizbullah”ın mövqeyini daha da pisləşdirib, çünki “Hizbullah”ın müttəfiqləri – prezident Mişel Aun və “Gələcək Vətənpərvər Hərəkatı”n (GVH) LSQ-də əvvəlki nüfuza malik deyil. LSQ prezident Aunun küçələri “təmizləmək” və etirazçılara qarşı çıxmaq tələblərini yerinə yetirməkdən imtina edib.

Bu amilləri İran maliyyəsi çatışmazlığı və zəif idarəetmə ucbatından iqtisadi çökmə riski ilə birləşdirin, – “Hizbullah”ın zəiflədiyi aydındır. Ancaq o, məğlub olmaqdan uzaqdır. İranın barışmazlığı və ABŞ-ın bölgədən ayrılmasını nəzərə alsaq, Livanın “Hizbullah” və İranın təsirindən qurtulması çətin olacaq. Rusiya bu vəzifənin icrası üçün ideal tərəfdaşdır.

Kremlin gücü ondan ibarətdir ki, o, müxtəlif rəqib güclərlə yaxşı münasibətləri olan Levantda regional güc vasitəçisidir. Suriyaya müdaxiləsindən bəri Moskva təsirli bir danışıqçı olub: Suriyanın cənubunda qeyri-İran bölgəsini müvəffəqiyyətlə qurub, son kürd-türk qarşıdurmasını dayandırıb və Suriya rejimi ilə Suriyadakı kürd qüvvələri arasında anlaşma mövzusunda danışıqlara strart verib.

ABŞ buna nail ola bilməyib. Ərəb-İsrail münaqişəsində neytral mövqeyi və İran, İsrail, Misir, BƏƏ və Səudiyyə Ərəbistanı kimi müxtəlif rəqib güclərlə yaxşı münasibətləri səbəbindən Rusiya Levantada daha yaxşı mövqedədir.

Livan indi oxşar vəziyyətdədir. ABŞ-dan fərqli olaraq, Rusiya həm Qərbyönümlü, həm də Suriyayönlü fraksiyalar da daxil olmaqla, bütün tərəflərlə yaxşı münasibətdədir. Moskva Livanın sünni fraksiyaları ilə sıx əlaqə saxlayır. Özünü Şərq xristianlarının himayədarı kimi təqdim edərək müxtəlif xristian icmaları ilə sıx münasibətlər qurub.

Rusiyanın regional aktyor kimi inkişaf etmiş statusu onun Livanda və ya başqa yerlərdə ABŞ-la işləyə bilməyəcəyi anlamına gəlmir. Hər iki ölkə güclü mərkəzi hökumətə və Livanın sabitliyinə maraq göstərir.

Rusiya Suriyada İranla işləyə bilsə də, Livana Tehrandan fərqli yanaşır.

Livanda Rusiyanın “Hizbullah”la əlaqəsi olduqca formal və yaxın bir ittifaq deyil. İrandan fərqli olaraq, Rusiya yalnız Livan hakimiyyəti ilə işləyir və İranın qeyri-dövlət aktyorlarına üstünlük verməyərək Livanın suverenliyini dəstəklədiyini dəfələrlə təsdiqləyib.

ABŞ və Rusiya Əfqanıstanda və Suriyada terror fəaliyyətlərinə qarşı müvəffəq şəkildə koordinasiya edib, buna görə də, Livanda koordinasiya edə bilməmələri üçün heç bir səbəb yoxdur. Ən əsası budur ki, ABŞ və İran arasındakı gərginliyin artması ilə hər iki güc Livandakı İsrail-İran qarşıdurmasının Suriyaya köç edəcəyindən narahatdırlar. Rusiya Livan üçün qaçqınlar və ticarət kimi vacib məsələlərdə Suriya rejimi ilə səmərəli vasitəçilik edə bilər.

Bu üstünlüklərə baxmayaraq, Vaşinqton hazırda Rusiya ilə əlaqələndirmənin Livanda Amerika təsirini korlayacağından qorxur.

Lakin Amerikanın təsiri ticarət, təhsil, yumşaq güc və diaspor, habelə yalnız ABŞ tərəfindən hazırlanmış və təchiz edilmiş LSQ ilə sıx əlaqələri sayəsində güclüdür.

Mövcud qarşıdurma Livanı İranın təsirindən qurtarmayacaq və Avropa gücləri də kömək etmək üçün az iş görəcəklər. Rusiyanın mövqeyi İrana qarşı təsirli və İsraillə qarşıdurmanın qarşısını almağın yeganə yolu ola bilər. Buna görə də, ABŞ-Rusiya əməkdaşlığı Livan üçün ən yaxşı inkişaf yoludur.

Tərcümə: Strateq.az