XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 22:25

TİRQARTENDƏKİ QƏTLDƏN SONRA ÜÇ SSENARİ –Putin nə istəyəcək?

Pavel Lokşın,

Die Welt, 05.12.2019

***

“Berlində bir Gürcüstan vətəndaşının ehtimal edilən sifarişli qətlindən sonra Almaniya hökuməti iki diplomatı qovdu. Rusiya cavab tədbirlərilə hədələyir. Vəziyyət gərginləşəcəkmi?” – Almaniyanın Die Welt nəşri sual edir.

Nəşrin əməkdaşı Pavel Lokşın Rusiya-Amaniya münasibətlərinin mümkün üç inkişaf ssenarisini təqdim edir.

Birinci ssenari: Rusiya qarşılıqlı addım atacaq 

“Bir neçə aydır ki, Rusiya Prezidenti Vladimir Putin, dövri hücumlara baxmayaraq, Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ötən il Rusiya üçün olduqca həyəcanverici oldu – deyən Lokşın, keçmiş rus agenti Sergey Skripala edilən cəhd və yaranan diplomatik böhranı, həmçinin Kerç boğazında Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurmanı xatırladır:  “Onunla müqayisədə 2019 heyrətamiz dərəcədə sakit idi. Putin Almaniyanı Rusiyanın Avropadakı ən vacib tərəfdaşı kimi qorxutmamaq üçün bu yeni dinamikanı qorumaq istəyir. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron Moskva ilə yaxınlaşmaq kursunu seçib”.

Tirqartendə qətl hadisəsinə görə, Kreml “günah keçisi”ni tapıb, Almaniyaya təhvil verəcək.

“Kremldə DTK agenti Putinin sülhsevər oxşarı otursaydı, qarşıdakı günlər və həftələr belə görünə bilərdi.

Əsl Rusiya prezidentinin imkanları onun öz siyasi üslubu və idarəetmə sistemi ilə məhdudlaşır.

Rusiya tərəddüdsüz Almaniya ilə əməkdaşlıq etməyə razılaşsa, bu, Putinin həm adi vətəndaşların, həm də onun təhlükəsizlik aparatının gözündə onsuz da korlanmış nüfuzuna zərbə vuracaq. Buna görə reallıqda bu ssenarinin şansı yoxdur. Onun ehtimalı azdır “, – deyə nəşr bildirir.

İkinci ssenari: qarşılıqlı eskalasiya

“Rusiyada xırda məsələyə görə iki ölkə arasında dayanıqlı münasibətləri zərbə altına qoyan almanlardan narazılıq artacaq. Üsyankar çeçenlər və Putinin himayədarlıq etdiyi Ramzan Kadırovun dünyanın digər yerlərində də, məsələn, Avstriyada və ya BƏƏ-də də düşmənləri ölürdü. Ancaq bu heç vaxt mənfi nəticələrə səbəb olmurdu. Bəs indi buna görə belə hay-küy nəyə lazımdır?”.

“Kreml eskalasiya spiralını burmağa başlayacaq. Rusiyalı iki diplomatın qovulmasına cavab olaraq Almaniyanın Moskvadakı səfirliyinin iki əməkdaşı çantalarını yığmaq məcburiyyətində qalacaq. Kreml, bazar ertəsi Parisdə keçiriləcək Ukraynaya dair sammitdə iştirakdan tələsik imtina edəcək.

Eyni zamanda, Dövlət Dumasında Rusiya siyasətinə təsir etdiyi iddia edilən Almaniyanın media və mədəniyyət qurumlarına qarşı tədbir görülməsi tələbləri yenidən səsləndiriləcək.

Avropada Rusiya səfirlikləri boş qalacaq və Rusiyaya viza almaq praktik olaraq mümkün olmayacaq.

Moskva, öz növbəsində, yeni qovulmalarla cavab verəcək, Almaniyanın Moskvadakı konsulluq idarəsi viza müraciətlərinə baxa bilməyəcək”.

“Rusiya-Almaniya münasibətlərinin pozulması kimi səslənənlərin ehtimalı ilk ssenaridən çox fərqlənmir.

Axı nə Almaniya, nə də Rusiya həqiqi eskalasiyada maraqlı deyil. Bu ssenarinin ehtimalı azdır”, deyə Lokşın hesab edir.

Üçüncü ssenari: fərqli eskalasiya

“Hər şey ənənəvi qaydada gedəcək: Rusiya hökuməti əvvəlcə çoxmənalı şəkildə qisas ilə təhdid edəcək. Nəticədə Kreml iki alman diplomatını ölkədən çıxaracaq və bununla da kifayətlənəcək.

Normand formatında” görüşdən bir neçə gün əvvəl Putin iki ölkə arasındakı əhval-ruhiyyəni gərgin nöqtəyə gətirmək istəməyəcək. Axı o, Şərqi Ukrayna ilə bağlı danışıqlar irəliləyəcəyi təqdirdə, avropalılarla münasibətləri normallaşdıracağına və sanksiyaların qaldırılacağına ümid edir. Həm də ortamüddətli perspektivdə almanlar da sonrakı addımlarından imtina edəcəklər.

Keçmiş rus agenti Skripala sui-qəsdən fərqli olaraq öldürülmüş çeçenin işi Ukrayna məsələsində fürsət pəncərəsini bağlamaq üçün kifayət deyil. Axı, Almaniya ərazisində heç bir kimyəvi silah tətbiq edilməyib.

Fransa prezidenti Emmanuel Makron görünür, Rusiya ilə sülh sövdələşməsini hədəfləyir – kanslerin ofisi yəqin ki, onu irəli buraxmaq istəməyəcək. Rusiya tərəfi də deyəsən buna ümid edir.

Belə bir ssenarinin olma ehtimalı yüksəkdir“, deyə Die Welt qeyd edir.

Tərcümə Strateq.az-ındır.