XƏBƏR LENTİ

27 Yanvar 2020
26 Yanvar 2020
25 Yanvar 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 23:44

FRANSA-İSVEÇRƏ SƏRHƏDİNDƏ QRU-nun GİZLİ CASUS BAZASI TAPILDI- "Le Monde"dan sensasion iddia: "Orada qətllər üzrə ixtisaslaşmış zabitlər toplaşıb"

www.currenttime.tv,

(Praqa)

Fransanın “Le Monde” qəzeti sensasion iddia ilə çıxış edib. Qəzet yazır ki, Fransa-İsveçrə sərhədindəki Yuxarı Savoyya bölgəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) qətllər üzrə ixtisaslaşmış casuslarının baza düşərgəsi yerləşir. Nəşrin məlumatına görə, bu əraziyə dəfələrlə Londondan, İspaniyadan və İsveçrədən ən azı 15 Rusiya hərbi kəşfiyyat zabiti gəlib.

Həmin zabitlərdən Ruslan Boşirov, Aleksandr Petrov, Sergey Fedotov, Sergey Pavlov, Aleksandr Kulagin, Yevgeniy Larin, Tumur Nurizov, Namaz Yusupov, Gennadiy Şvets, Vladimir Popov, Eduard Şirokov, Nikolay Konixin, İvan Lebedev, Danil Stepanov, Georqiy Qorşkovun adı çəkilir.

Britaniya, Fransa və İsveçrə xüsusi xidmət orqanları, eləcə də onların Amerikadakı tərəfdaşları 2018-ci ilin yayından – Sergey və Yuliya Skripalın məlum zəhərlənmə olayından dərhal sonra rus casusların hərəkətlərini izləməyə başlayıblar. Onların dediyinə görə, Yuxarı Savoyyaya gələnlərin hamısı qətllər üzrə ixtisaslaşmış və 2014-cü ildən 2018-ci ilin sonunadək Avropada fəaliyyət göstərən eyni bölmənin üzvləridir.

Yuxarı Savoyya onlar üçün ideal bir bazaya çevrilib. Bu, məskunlaşmanın nisbətən zəif olduğu ərazidir. Eyni zamanda, yanında bir neçə böyük hava limanı və yaxınlıqda çox sayda turizm məkanı var. Məsələn, mineral suları olan Monblan dağı kimi. Bu da, bölgəyə gələnlər üçün yaxşı bir örtük yaradır.

Fransa xüsusi xidmət orqanlarının bilgilərinə görə, QRU zabitləri Yuxarı Savoyya, Annemasse, Evian, Şamoni kim uzaq şəhərlərdə ayaq saxlayırmışlar: “Çox güman ki, baza bu yerlərdən birinə yaxın yerləşir. Bundan əvvəl onlar tez-tez Ruassi, Lion və ya Cenevrədə gecələyirdilər. Yuxarı Savoyaya getmək üçün avtomobilləri məhz buralardan icarəyə götürürdülər”.

“The New York Times” qəzeti QRU-nun xaricdə qətllər və xüsusi əməliyyatlar üzrə ixtisaslaşan 29155 nömrəli gizli bölməsi haqqında bu ilin oktyabrında məlumat vermişdi.

Araşdırmaçıların məlumatına görə, bu bölmənin rəhbəri Çeçenistan savaşının iştirakçısı, Rusiyanın Milli Qəhrəmanı general Andrey Averyanovdur.

Bölmənin bir çox əməkdaşı Əfqanıstan və Çeçenistan müharibələrində, həmçinin Ukraynanın şərqindəki hərbi münaqişədə iştirak edib.

Xarici kəşfiyyat orqanlarının bilgilərinə görə, bölmənin Rusiyadakı qərargahı Moskvanın şərqindəki İzmaylovo rayonunda, 161-ci binadakı QRU təlim mərkəzində yerləşir.

29155 bölmə aşağıdakı işlərə cəlb olunub:

– 2018-ci ilin mart ayında Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripal və qızının zəhərlənməsi. (Nəticədə Britaniya vətəndaşı Don Sterdces həyatını itirmişdi. Britaniya istintaqçılarının məlumatına görə, onları iki rus kəşfiyyatçısının Moskvadan təyyarə ilə şüşə qabda gətirdiyi “Noviçok” maddəsi ilə zəhərləyiblər);

– Moldovadakı “destabilizasiya kampaniyası”;

– 2016-cı ildə Monteneqroda çevriliş cəhdi;

– Bolqarıstanlı iş adamı Emelyan Qebrevin 2015-ci ildə zəhərlənməsi. Qebrev uzun müddət komada qaldı. İstintaqçılar onun zəhərlənməsində QRU-nun casusu Sergey Fedetovun əlinin olduğunu deyirlər.

Fetedov bir neçə ölkədə casuslar Petrov (Adeksandr Mişkin) və Boşirovla (Anatoli Çepiqa) ilə birlikdə olub. Britaniya xüsusi xidmət orqanları adıçəkilən iki şəxsin Skripalların zəhərlənməsində iştirak etdiyini iddia edir.

Çepiqa və Averyanov

Britaniya hökumətinin bildirdiyinə görə, Andrey Averyanovun tabeliyində olanlar arasında Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı Anatoli Çepiqa da var.

Çepiqa Ruslan Boşirovla birlikdə 2018-ci ilin mart ayında Sergey və Yuliya Skripalları “Noviçok” maddəsi ilə zəhərləməyə çalışıb. Eyni zamanda Britaniya sakini Don Sterdcesin həyatını itirməsinə səbəb olub.

İstintaqçıların dediyinə görə, Çepiqa Britaniyada ölkəyə Aleksandr Petrovun adına pasportla daxil olan başqa bir QRU zabiti, hərbi həkim Alexandr Mişkinlə birlikdə hərəkət edib.

Niderland və İsveçrə hakimiyyətləri öz ərazilərində dörd rus casusun saxlanıldığını, həmin şəxslərin də QRU-nun 29155 nömrəli gizli bölməsinin əməkdaşları olduğunu bildiriblər. Və təsdiqləyiblər ki, onların hamısı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları olublar və diplomatik pasportlara sahib olublar.

Onlardan ələ keçirilən noutbukun İsveçrənin Lozanna şəhərində, Ümumdünya Dopinq Agentliyinin serverinə kiberhücum zamanı istifadə olunduğu üzə çıxıb. Həmçinin ruslar bu noutbukla İsveçrənin Şpitz şəhərində kimyəvi laboratoriyanın kompüter şəbəkələrinə haker hücumu təşkil etməyə çalışıblar.

Bu laboratoriya kimyəvi və bioloji silahların tədqiqi ilə məşğuldur. Eyni zamanda Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ilə sıx əməkdaşlıq edir. “Noviçok” nümunəsi, həmçinin Suriyada son bir neçə ildə istifadə edilən kimyəvi silah nümunəsi məhz Şpitzdə araşdırılıb…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə