XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2019 - 22:31

ZELENSKİ TƏKBAŞINA RUSİYAYA QARŞI ÇIXIR –Tramp administrasiyası Ukraynanı pis vəziyyətə qoyub

The New York Times, 12.12.2019

 

“Amerikanın marağının olmaması Rusiya və Ukrayna prezidentlərinin Paris görüşü zaman aydın oldu” – deyə “New York Times” qəzeti yazır.

“İmpiçment dinləmələri boyunca Amerikanın Ukraynaya hərbi yardımı, nəhəngin dostun amansız rəqiblə mübarizəsinə köməyi kimi təsvir olunurdu – amansız rəqib dayandırılmasa, o öz azğınlığını davam etdirəcək. Ümumi mənzərə belədir.

Lakin Rusiya-Ukrayna münaqişəsinin mürəkkəb təfərrüatları və Tramp administrasiyasının Ukraynanı necə pis vəziyyətə qoyduğu bazar ertəsi Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşü zamanı aydın oldu“, – deyə qəzet redaksiyası yazır.

“Münaqişənin həlli yeni prezidentin əsas seçki vədi idi. Bu səbəbdən o təcili olaraq Ağ Evdən görüş istəyirdi və bütün dünyanın gördüyü kimi, məqsədinə nail olmaq üçün Trampın siyasi minnətini görürərək özünü alçaltmaqdan başqa çarəsi yox idi”, – məqalədə bildirilir.

“Parisdə nüfuzlu bir geosiyasi intriqa ustasıyla qarşılaşan təcrübəsiz siyasətçi Zelenskinin əlində amerikalıların onu tək qoyacağı təqdirdə istifadə edəcəyi kartları az idi. Birləşmiş Ştatlarla birlikdə Ukraynanın əlində bir patron olacaqdı – bu, Kremlin qorxduğu yeganə silaha – Ukraynaya hücumları və Krımı ələ keçirməsinə görə Rusiyaya tətbiq olunan sanksiyalara nəzarət etmək imkanı idi, bu həm də Ukraynanı döyüşdə saxlaya biləcəkdi.

Birləşmiş Ştatlar heç vaxt Minsk prosesinin formal iştirakçısı olmayıb, – nəşrin redaktorları etiraf edir. Lakin bir çox rəsmilər onların hökumətlərinə məsləhət verib və ABŞ hökumətini çətin vəziyyət barədə məlumatlandırdılar. Onların bir çoxu impiçment dinləmələrində iştirak etmiş şəxslərdir: Kurt Volker – sülh prosesi üzrə keçmiş xüsusi elçi; Meri Yovanoviç – Kiyevdəki keçmiş səfir; Fiona Hill – Ağ Evin keçmiş Avropa və Rusiya məsələləri üzrə müşaviri. Onların hamısı vəzifələrini tərk edib.

Şahidlərin dediyinə görə, onlar Putini ukraynalılardan üstün tutan prezident tərəfindən uzalaşdırılıblar. Tramp Ukraynaya dəstəyə siyasi minnət kimi baxırdı, Ukraynanı Rusiya təcavüzündən azad etmək yolunda səylərini sentyabr ayında BMT-də keçirilən iclasda Zelenskiyə dediyi sözlərlə məhdudlaşdırdı: “Çox ümid edirəm ki, sizinlə prezident Putin görüşəcək və probleminizi həll edə biləcəksiniz“.

Tramp Ukraynaya olan hörmətsizliyini çərşənbə axşamı günü Rusiya xarici işlər naziri Sergey Lavrovu Twitter yazdığı kimi “çox yaxşı görüş” üçün Ağ Evə dəvət etməklə nümayiş etdirdi –  Rusiya hökumətinin rəsmisinə Ukrayna prezidentinə verilməyən görüş verildi.

Zelenskinin Putinlə görüşü atəşkəs və məhbusların mübadiləsi də daxil olmaqla bəzi barışıq sözləri və jestləri ilə başa çatdı, lakin münaqişənin sona çatması istiqamətində real irəliləyiş olmadı. Siyasətdə neofit olan Zelenski təkbaşına irəliləyişə nail ola bilməz. Real həll Ukraynanın aparıcı piyada olduğu Şərqlə Qərb arasındakı mübarizədə sakitləşməni tələb edir, deyə nəşr qeyd edir.

“Ukrayna üzrə bütün Amerika ekspertləri impiçment dinləmələrində göstərdilər ki, Zelenski Rusiya ilə qarşıdurmada mövqeyini gücləndirmək və xalqına tək olmadıqlarını göstərmək üçün Trampla görüşə ehtiyac duyurdu.

Makron və Merkel var gücləri ilə köməyə can atırdı, Zelenski Putinlə Vaşinqtonun arzulanan dəstəyi olmadan görüşməyə razılıq vermək cəsarətini nümayiş etdirdi, lakin amerikalıların olmaması aydın və narahatedici idi”, – The New York Times fikrini tamamlayır.

Tərcümə Strateq.az-ındır