XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2019 - 20:00

LUKAŞENKO RUSİYA PULLARINI ÇİN PULLARINA DƏYİŞDİ- Minsk Pekindən yarım milyardlıq krediti necə aldı?

News.ru,

(Rusiya)

Çin Belarusa 3,5 milyard yuan (təxminən 500 milyon dollar) kredit ayırıb. Minsk etiraf edir ki, Pekinə Rusiya tərəfi ona kredit verməkdən imtina etdiyi üçün üz tutub. Moskva növbəti tranşı Belarusa yalnız inteqrasiya məsələsini həll etdikdən sonra verə biləcəyini deyir və bu fikrində israr edir.

Prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenkonun dekabrın 7-dəki görüşündə məsələ ilə bağlı heç bir irəliləyiş əldə olunmadığından Belarus başqa yolla getməyə üstünlük verdi.

Çindən kredit alındığını Belarus Maliyyə Nazirliyi açıqladı. Nazirlik bildirdi ki, kredit Çin İnkişaf Bankının Şanxay şöbəsindən verilib. Kredit konkret hansısa layihəyə ilə bağlı deyil və digər məqsədlər (məsələn, kreditlərin qaytarılması, qızıl və valyuta ehtiyatlarının qorunması, Belarusla Rusiya arasında ticarətin inkişafı) üçün də istifadə edilə bilər.

“Sazişin şərtləri Belarusla Çin İnkişaf Bankı arasındakı əlaqələrin yeni səviyyəsindən və Çin maliyyə qurumlarının Minskə etibarının artdığından xəbər verir”, – deyə Belarus Maliyyə Nazrliyinin açıqlamasında bildirilir.

Oktyabr ayında Belarusun maliyyə naziri Maksim Yermoloviç bəyan etdi ki, Moskvayla Rusiyadan 600 milyon dollarlıq kreditin alınması ilə bağlı danışıqları dayandırıblar.

Elə həmin vaxt Belarusun bu məsələ ilə bağlı Çin tərəfi ilə dialoq apardığına dair məlumatlar yayıldı. Belarus Moskvadan bir şey əldə etmədiyini gördükdən sonra bu məsələdəki mövqeyini dəyişdi.

İlin əvvəlində Belarus Rusiya Federasiyasından kredit istəmişdi. Minsk bu vəsaitin yardımı ilə 3,2 milyard dollarlıqlıq kreditləri ilə bağlı ilin sonuna qədərki öhdəliklərini yerinə yetirmək istəyirdi. Lakin Rusiya kreditin müqabilində inteqrasiya məsələsində irəliləyiş tələb edirdi.

Belarusdan olan politoloq Aleksey Dzermant təsdiqləyib ki, Minsk Çin banklarına Rusiyadan kredit almaqda çətinlik çəkdiyinə görə müraciət edib: “Müəyyən mənada bunu siyasi qərar adlandırmaq olar. Son zamanlarda Rusiya Federasiyasından gələn kreditlərlə bağlı gecikmələr olurdu. Lukaşenko əvvəldən demişdi ki, bu kreditləri almaq üçün diz çökərək xahiş etməyəcəyik və başqa mənbələr axtaracağıq. Bu kontekstdə Çini nəzərdən keçirməyə dəyər.

Görünən odur ki, Belarus son zamanlar Rusiya tərəfindən verilən kreditlərin şərtlərindən məmnun deyil. Üstəlik Çin çoxdandır ki, Belarusla həm siyasi, həm də iqtisadi baxımdan yaxşı münasibətlər qurub.

Söhbət həm də Si Tszinpinlə Lukaşenkonun şəxsi münasibətlərindən gedir. Çinlə maliyyə və kredit münasibətlərini uzun müddət əvvəl inkişaf etdirmişik. Son kreditin özəlliyi odur ki, əslində ondan Rusiya qarşısında cari öhdəlikləri ödəmək üçün istifadə ediləcək. Çinin Minskin “görüşünə gəlməsi” yüksək siyasi etimadın göstəricisidir”.

“Belarus intizamlı kredit ödəyicisidir. Rusiya tərəfinin bununla bağlı heç bir şikayəti yox idi. Buna görə respublikanın borc ödəmək qabiliyyəti beynəlxalq təşkilatlarda da şübhə doğurmur”, – deyə A.Dzermant bildirir.

Dekabrın 7-də Moskvada Vladimir Putinlə Aleksandr Lukaşenko arasında baş tutan danışıqların əsas məqsədi İttifaq Dövlətinin daha da inteqrasiyası üçün yol xəritələrinin imzalanması idi. Görüş planlaşdırıldığından daha uzun davam etsə də, Rusiya İqtisadi inkişaf naziri Maksim Oreşkinin açıqlaması bir dəqiqədən az çəkdi.

Oreşkin bildirdi ki, tərəflərin neft və qaz mövzusunda mövqeləri yaxınlaşıb, lakin hələ də üst-üstə düşmür. Liderlər növbəti dəfə  dekabrın 20-də MDB-nin qeyri-rəsmi sammitində bir araya gələcəklər.

İnteqrasiyaya mane olan neft və qaz məsələsidir. Yol xəritələrinin əksəriyyətinin təsdiqlənməsi ilə bağlı rəylərə baxmayaraq, ən vacib məsələyə – millətlərarası idarəetmə orqanlarının yaradılmasına Lukaşenkonun güzəştə getmək istəməməsi mane olur.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə