XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 11:38

ERMƏNİLƏRİN DAĞLIQ QARABAĞDA “SEÇKİ” QOVĞASI:"Əliyev həmin dövrdəki Ermənistan hakimiyyətini itələyib tələyə saldı" - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 17 dekabr 2019-cu il

 

“Biz nəticəsində “Madrid prinsipləri” formalaşan Praqa prosesini başlatdıq və hazırda prosesin, həmçinin vasitəçi həmsədrlərin bəyanatlarının əsasında həmin prinsiplər dayanır”.

Bu fikirləri Azərbaycanın televiziya kanallarından birinə müsahibə verən Xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ tənzimlənməsindən danışarkən səsləndirib.

Şübhəsiz, Məmmədyarov Aprel müharibəsindən və Ermənistandakı “məxməri inqilab”dan sonra Azərbaycan diplomatiyasının və ya hərbi şantaj siyasətinin dalana girməsinin üstünü örtməyə çalışır. Bununla birlikdə, o, əlbəttə, Artsax (mətndə bütövlükdə Dağlıq Qarabağ belə adlandırılıb, ancaq aşağıda biz onu məhz Dağlıq Qarabağ kimi göstərəcəyik – tərc.) qələbəsindən sonra erməni siyasətinin dalana girdiyini də ifadə edir.

Praqa prosesi 2004-cü ildə, İlham Əliyev yenicə hakimiyyətə gəldiyi zaman başlayıb. Əliyev, həmin dövrdəki Ermənistan hakimiyyətini itələyib tələyə salmaq və nəhayət, 2007-ci ilin dekabrında danışıqların əsası kimi, “Madrid prinsipləri”nin razılaşdırılmasına nail olmaq üçün bu vəziyyətdən məharətlə istifadə edə bildi. Bu prinsiplər Azərbaycanın istədiklərini – ərazilərin qaytarılmasını və qaçqınların geri dönməsini nəzərdə tuturdu, lakin Dağlıq Qarabağın statusu ilə bağlı yekun heç nə yox idi.

Bu proses bugünkü reallıqlar fonunda, Ermənistanı Praqadan Madridədək gətirən, sonra danışıqları “Madrid prinsipləri” əsasında tərtib olunmuş Kazan planı üzrə aparan keçmiş hakimiyyət nümayəndələrinin mövcud iqtidarı təhdid, Dağlıq Qarabağı verən qüvvə elan etdiyi bir vaxtda diqqətçəkəndir.

Problem onda deyil ki, əvvəlki mövqe və addımlardan asılı olmayaraq, kimsə Dağlıq Qarabağın gələcəyilə bağlı narahat ola bilər. Problem ondadır ki, bu narahatlığa paralel olaraq, insanlar öz hakimiyyətlərinin apardığı siyasətə cəsarətli, birbaşa, səmimi qiymət verə bilmirlər. Belə olsaydı, cəmiyyət təsbit edərdi ki, bu insanlar öz səhvlərini etiraf edərək, müəyyən dərəcədə əsaslandırılmamış və ya faktlarla təsdiq olunmamış narahatlıqlarını ifadə etmələrinə baxmayaraq, Dağlıq Qarabağ məsələsində səmimi davranırlar.

Belə, necə deyərlər, “keçmiş ehtiyatın” olduğu, səhvlərin və ya təəssüfün və bu “ehtiyata” görə məsuliyyətin etiraf olunmasının hər hansı bir əlamətinin olmadığı, lakin hər hansı bir əsaslandırma olmadan hazırda həyəcanın dilə gətirildiyi halda, aydın olur ki, burada öz problemini Dağlıq Qarabağ hesabına həll etmək üçün sadə və çox yaxşı hesablanmış bir cəhd vardır. Və bu həll cəhdi Ermənistanın ictimai və dövlət mövqelərini zəiflədən, Dağlıq Qarabağın seçki prosesinə yönələn metodologiya və addımlar hesabına olmasaydı, əlbəttə, sadəcə həmin insanların problemi olardı. O da nəzərə alınmalıdır ki, bu seçki prosesi misilsiz olacaq, İrəvan tərəfindən irəli sürülən və zorla qəbul etdirilən namizədlə deyil, bir neçə müxtəlif namizədin mübarizəsilə keçiriləcək. Qiyməti də Dağlıq Qarabağ cəmiyyəti verəcək.

Bu cəmiyyətin, – qaynar müharibə yaşayan, faktiki ön cəbhədə həyat sürən, nəticədə informasiya manipulyasiyalarına kifayət qədər açıq hala gələn istənilən cəmiyyət üçün  xas olan, – kifayət qədər həssas hisslərilə oynamağa cəhd edilir. Beləliklə, eyni zamanda mühüm siyasi proses – cəmiyyətin iradəsi əsasında Dağlıq Qarabağ hakimiyyətinin formalaşması da həssaslaşır. Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ hakimiyyətinin cəmiyyətin iradəsi əsasında formalaşması daxili siyasi həyatın modernləşdirilməsi və bu modernləşdirmənin xarici kapitallaşdırılması məsələsində həlledici əhəmiyyət kəsb edəcək.