XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 23:04

BÖYÜK SAVAŞLAR GƏTİRƏCƏK BÖYÜK ORTAQLIQ… –Rotşild və Rokfeller ailələri dünya əhalisini niyə azaltmaq istəyirlər? - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 21 dekabr 2019-cu il

 

Əvvəllər dünyada gedən mübarizəni, döyüşü və savaşı anlamaq üçün baxılacaq çox nöqtə vardı. İndi isə bu sahə daralıb. Diqqəti iki böyük gücə, iki böyük daşıyıcıya, iki böyük ağıla yönəltmək, onlara baxmaq lazımdır. İkisi və onları təmsil edən cərəyanlar arasında gedən mübarizə, şişirtməsiz, bütün paytaxtları sarsıtmaqda, silkələməkdədir. Bu güc mübarizəsi siyasət, elm, idman, ədəbiyyat, bank sistemi, müdafiə sənayesi və gələcəyə təsir etməkdədir. Doğrusu, aralarında sülh və anlaşma olmazsa, uzaqda qalmaq, təsirlənməmək mümkün deyildir. Bütün dünyanı belə anlaya bilsək, daxildəki siyasi hərəkətliliyi, rəqabəti də anlaya bilərik. Gəlin, məsələni birlikdə açaraq irəliləyək…

Bir qabiliyyətimiz olsa və əlçatmaz yüksəklikdəki informasiyaya giriş əldə edə bilsək, görərik ki, əslində, Rokfeller və Rotşild ailələri bir-birinə oxşar dünya istəyirlər. Bu iki böyük oyunçunun ən böyük ortaq nöqtəsi budur.

Lakin dünyanı böyük bir kənd kimi idarə etmək istəyən bu iki ailə eyni pəncərədən baxsa da, münasibətlərində böyük qopma yaşadılar. Nə üçün? Daha öncə detallara yer vermişdim.

Yenə qaldığımız yerdən davam edək. Rotşild ailəsinin 21 nəfərlik qruplara ayrılmış 11 komandası vardır. Onlar müxtəlif mövzularda araşdırma aparır və Rotşild ailəsinin planlarına yön verirlər.

Ailənin iqtisadiyyat və sosiologiya qurumunda aparılan araşdırmalar yoxsulların, hətta aclıq həddinin altında yaşayanların sayının artacağını öncədən gördü. Yəni, aclıq və yoxsulluğun artacağı öncədən təxmin edildi. Nə zaman? 2007-ci ildə.

Elə o andan etibarən ABŞ-da ipoteka böhranı başladı və 3 il, yəni 2010-ci ilədək davam etdi. Xüsusilə 2008-ci il dünyanın ən çətin ili olaraq qəbul edildi.

Bu böyük böhran Rotşild və Rokfeller ailələrinin ortaq qərarı idi. Bu iki ailə böhrandan böyüyərək çıxdı. 10 trilyon dollara yaxın pul çap edildi. Və bu iki ailənin istədiyi şəkildə istifadə edildi.

Ancaq bu ailələrin hər biri dünyanı təkbaşına idarə etmə planı qurduğu anda anlaşılmazlıq başladı. Bir çox sahədə qarşı-qarşıya gəlsələr də, bir məsələdə hələ də ortaqlıq edirlər. Bir məsələdə eyni cür fikirləşirlər. Dünyadakı yuxarı təbəqənin daha da zənginləşməsini, orta təbəqənin əvvəlki aşağı təbəqəni əvəz etməsini, aşağı təbəqənin isə modern köləlik həyatı sürməsini istəyirlər.

ABŞ superdövlətdir. Ancaq ölkədə aclıq həddinin altında yaşayan 50 milyondan çox adam var. Bu, necə bir superdövlətdir? Pullu zənginlərin daha da gücləndiyi ABŞ-da təbəqələrarası fərq hər gün artır, daha da böyüyür.

Dünyanın ən zəngin 26 milyarderinin mal varlığının dünya əhalisinin ən yoxsul 50%-ni təşkil edən 3,8 milyard insanın cəmi mal varlığını ötdüyünü də bilirik. Daha öncə bununla bağlı “zəngin-yoxsul piramidası”nı sizinlə paylaşmışdım. Xatırlayanlar bunu bilir. Məsələn, Rotşild ailəsinin idarə etdiyi pul, zənginlik milyardlarla insanınkından artıqdır. Diqqətlə baxılarsa, rəqəmlər bunu təsdiq edər. Bu, Rokfeller ailəsi üçün də keçərlidir.

İgiltərədə aclıq həddinin altında yaşayanların sayı 15 milyonu, Almaniyada 16 milyonu keçdi. Fransada isə 10 milyondan az, yəni təqribən 9,6 milyon aclıq həddinin altında yaşayan insan vardır. Cəmi 512 milyon əhalisi olan AB-də əhalinin 20%-i, yəni 100 milyondan çoxu aclıq həddinin altında yaşayır. Deməli, bu iki ailənin böyük planı uğurlu şəkildə davam edir. Dalaşsalar da, ortaq nöqtədə ayrılıq yoxdur.

Dünyada aclıq həddinin altında yaşayan əhalinin ümumi sayı 2 milyard 200 milyonu keçdi. 2030-cu ildə bu rəqəm 3 milyardı aşacaq. Bu səbəblə, Rotşild və Rokfeller ailələri daha bir məsələdə ortaqlıq edirlər. O da böyük savaşlar məsələsidir. Dünya əhalisinin 15% azalması lazımdır.

Hansı bölgələr hədəf seçiləcək? Əlbəttə, Orta Şərq, Afrika, Asiya və Latın Amerikası ölkələri. Bu bölgələrdəki enerji ehtiyatlarının çox önəmli olması onları daha güclü formada hədəf halına gətirir.

Bu iki ailənin çox önəmli bir abidəsi vardır. ABŞ-ın Corciya ştatına bağlı olan Elberti dairəsində dünyanın gələcəyi ilə bağlı bir abidə qoyuldu. 1979-cu ildə inşa edilən bu abidədə yeni dünya nizamı ilə əlaqədar çox önəmli maddələr vardır. Bu 10 maddənin ən önəmlisində, yəni ilkində yazılıb: “İnsanların sayı daima təbiət ilə uyumlu olmalıdır. Əhalinin sayı 500 milyonun altında qalmalıdır”. 6-cı maddə də maraqlıdır: ”Bütün mübahisələri dövlətlərüstü bir məhkəməyə götürün”.

“Corciya bələdçi daşı” (“Georgia Guidestones”) abidəsinin kim tərəfindən qoyulduğu məlum olmasa da, bu, Rokfeller və Rotşild ailəsinin 1979-cu il anlaşmasının dünyaya elan edilməsi idi.

İndi həmin abidə üzərindəki 1-ci maddə bu iki ailənin əsla pozmayacağı ortaqlığın əsasında durur. Bu ortaqlıq dünya durduqca duracaq. Nə qədər müddət keçirsə keçsin, əhalinin sayı məsələsində ortaqlıq davam edəcək. Və buna nəzarət ediləcək.

Eyni zamanda bəzi ağıllı şəxslər bu ortaqlığı nəzərə alaraq, “Böyük ortaqlıq böyük savaş gətirəcək” deməkdədir. Bu səbəblə, aclıq daha da artacaq.

Afrika ölkələrinin yeraltı zənginlikləri o qədər çoxdur ki, bəlkə də, ən xoşbəxt coğrafiya bu qitə ola bilrədi. Ancaq bu iki ailə ona izin verməyəcək. Bu məsələdə dövlətlərin verəcəyi qərarların da önəmi yoxdur.

Bu iki ailənin dünyanı təkbaşına idarə etmə fikri son 100 ildə çox önə çıxmırdı. Ancaq ailələrin gənc nəsillərini təmsil edən 40 yaşlarındakı varisləri bu münaqişəni sürətləndirdi. 102 yaşlı Devid Rokfeller 2017-ci ildə ölən zaman bu iki ailənin böyük ortaqlığı davam etdirmə ehtimalı artıq tamamilə bitdi. Məhz bu “idarəetmə istəyi” ölkələri, dövlətləri və millətləri iki ayrı nöqtəyə sürükləyəcək.

Bu arada, iki böyük oyunçu bir-birinin istifadə etdiyi şəxsləri ortadan qaldıracaq. Pul da, silah da, enerji də hədəf olacaq. Bu məqsəd üçün açar rolu oynayan ölkələr də, Türkiyə kimi, mənzil daxilində olacaq. Aralıq dənizi bu səbəblə son dərəcə önəmli hala gəldi.

İki ailənin də həm pula, həm də siyasətə nəzarət edən adamları var və olacaq. Bunu yaxında buralarda gərginlik artan zaman daha aydın görəcəyik. Biz uzun illərdir bütün hadisələri yaxından baxaraq dəyərləndirdiyimizə görə, bu mövzudan uzaq qalmışıq. Ancaq məsələnin, baş verən hadisələrin mahiyyəti budur. Çox şey baş verəcək. Nələrin olacağını bir ovuc insandan başqa heç kim bilmir. Baxaq görək, nələr olacaq…

Qeyd: “Corciya bələdçi daşı” (“Georgia Guidestones”) abidəsi 6 qranit daşdan ibarətdir. Onların üzərində 8 müasir və 4 antik dildə yazılan 10 prinsip vardır. 4 qranit daş bir-birindən ayrı yönlərə baxdığı halda, onların ortasında olan bir incə qranit sütun təpəsinə yerləşdirilmiş qapağı saxlayır. 5,47 m yüksəkliyindəki abidənin ümumi ağırlığı təqribən 108 tondur (107 min 840 kq). Həmin 10 prinsip abidənin 4 böyük parçasının üzərində ingilis, rus, ərəb, ispan, çin, hind, ibrani və suaxili dilində qazılmışdır.

Tərcümə Strateq.az-ındır