XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 16:36

Kremlin sabiq müşavirini təəccübləndirən cümlə:"PUTİN KİMİ MÜDRİK PREZİDENTİNİZ OLDUĞU ÜÇÜN BƏXTƏVƏRSİNİZ!"

“Donya-ye eqtesad” qəzeti (İran), 25.12.2019

 

İtaliya iqtisadiyyatından kiçik olsa da, keçmiş KQB casusunun 31 dekabr 1999-cu ildə hakimiyyətə yiyələnməsindən 20 il sonra belə Rusiya iqtisadiyyatı hələ də axsama vəziyyətindədir. Bununla belə, Rusiya və onun prezidenti Vladimir Putin, deyəsən, bu dövrdə ən yaxşı illərini yaşayıb.

Birləşmiş Ştatların – Soyuq müharibə dövrünün barışmaz düşməninin bugünkü prezidentinin başı dərddədir – Rusiya ilə münasibətləri yaxşılaşdırmağa qərar verməklə, impiçmentlə qarışlaşıb. Hətta İngiltərdə, Putinin illərdir sarsıtmağa çalışdığı Transatlantik ittifaqın sütunlarından birində bu yaxınlarda, yanvar ayının sonunda Aİ-ni tərk etməyi vəd edən hökumətə səs verilib.

Endrü Hiqqins “New York Times”-ın 24 dekabrın tarixli hesabatında yazıb ki, bir zamanlar İngiltərənin və ABŞ-ın təsiri altında olan Yaxın Şərq indi üzünü, NATO üzvü olan Türkiyə kimi, Suriyadakı müharibədə qalib gələn Rusiyaya çevirir. Rusiya Ankaraya raket sistemləri satıb və ABŞ-ın Ərəb Dünyasında ən qədim müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə çox milyard dollarlıq müqavilələr imzalayıb. Rusiya, eyni zamanda, Misirlə – ABŞ-ın Ərəb Dünyasındakı daha bir müttəfiqinə, Liviyadakı vətəndaş müharibəsində əsas oyunçuya yaxınlaşıb; bu gün Rusiya Çinlə də yaxın ittifaq yolundadır.

Barak Obamanın 2008-ci ildə Rusiyanı yalnız yaxın qonşularını “güdrəti ilə deyil, onların zəiflikləri ilə” təhdid edə biləcək “regional güc” kimi səciyilləndirməsindən 5 il ötüb. İndi müəmmaya bələnmiş bir sual doğur: Ölçüsünə görə Rusiya kimi hansı böyük, 11 saat qurşağı olan ölkə iqtisadi yox, digər güc meyarları ilə belə bir qüdrətə yüksələ bilib?

“Sovet İttifaqı dağıldıqda, hamı eyni sualı verirdi, – deyə keçmiş sovet lideri Nikita Xruşşovun qızı və Nyu-Yorkdakı Yeni Məktəb Mərkəzinin mütəxəssisi Nina Xruşşova yazır. – Korrupsiyalı sistem öz çərçivələrindən kənara çıxa biləcəkmi?”

Nina Xruşşova hesab edir ki, Qərb özü qədər geniş olan, yəni Sakit okeandan Baltik dənizinə qədər uzanan bir ölkənin ambisiyalarını, həqiqətən, səhv anlayıb. Onun fikrincə, Putin “ilk baxışdan texnokrat, dini fanat və sui-qəsd ustasıdır. Sanki daim gözləmə mövqeyindədir, amma hələ baş verməyənin”.

Kremldə uzun müddət məsləhətçi olmuş Vladislav Surkov bu ilin əvvəlində Moskvada nəşr olunan”Nezavisimaya qazeta”da qeyd edib ki, Putinin dövründə Rusiya “Qərbin düşüncəsi ilə oyuncaq kimi oynayıb”. Əlbəttə, özü də bu oyunun iştitakçısı olub.

 

Üzü küləyə

20 il əvvəl Rusiyada ilk demokratik seçkilər keçirildikdə və Boris Yeltsin hakimiyyəti demokratik yolla Putinə təhvil verəndə, Moskvadakı müxbir olaraq Putinin yeni hökumətə baxışını öyrənmək üçün Sankt-Peterburqakı yeni prezident iqamətgahına yollandım. Doğrudan da ona verilən qaranlıq mənzərəni dəyişdirmək niyyətində idimi?

Rusiya Sovet İttifaqından sonrakı dövrdə sarsılmışdı, iqtisadiyyatı ABŞ-dakı Böyük Depressiya dövründəkindən qarışıq idi, ordusu Çeçenistandakı kiçik müharibədə məğlubiyyətdən qaçmağa səy edirdi, əhalisi Yeltsinin yeni kapitalist yüksəlişi vədlərindən məyus olmuş və parlament kommunistlər, səbatsız insanlar və gizli faşistlərlə dolub-daşırdı. Amma Putinin keçmiş biologiya müəllimi ilə söhbət zamanı bir məşhur rus atalar sözünü öyrəndim: “Ümid – sonuncu ölən şeyidir”.

O, Putini təkcə nümunəvi şagird deyil, həm də “bəstəboyluğuna baxmayaraq, çox yuxarı tullana bilən yaxşı basketbolçu” sayır. Bu bəstəboy prezident onun düşüncəsində azmana çevrilib. Məhz həmin təsəvvür son 20 ildə Putinin hakimiyyətini səciyyələndirən mətləbləri dərk etməyə imkan verir: ölkəsi boyundan yuxarı tullanıb.

Bu təqdimatı əsaslandıran obyektiv faktlar mövcuddur. Onlar hoqqabazlıq deyil.

“Bəlkə də onun kiçik kartları var, amma onlarla da oynamaqdan çəkinmir. – Bunu ABŞ-ın Moskvadakı keçmiş səfiri, hazırda Stanford Universitetinin tədqiqatçısı olan Maykl MakFol deyir. – Bu, Putini qorxulu edən şeydir”.

Rejissor Oliver Stouna verdiyi müsahibədə Putin bunu açıq şəkildə təsdiqləyib. MakFol deyib: “Söhbət hakimiyyətdən yox, hakimiyyətin gücündən necə istifadə etməkdən gedir.

Putinin də son mətbuat konfransında açıqladığı kimi, o, rus vətənpərvərliyini nəzarətinə alıb, onu “hansısa real nəticələri əldə etmə üçün müasir demokratik cəmiyyətdə yeganə mümkün ideologiya” adlandırıb”.

Xüsusən, Yeltsin dövründəki pozğunluğun, həmçinin azadlıqların ləğvi naminə hakimiyyətə gəldikdən sonra Çeçenistandakı üsyançı hərəkatı boğub, silahlı qüvvələri yeniləyib və Yeltsin dövrünün hakim oliqarxiyasını ya həbsə atıb, ya da qətlə yetirdib. Bu, Yeltsin mərhələsində kapitalizmi və demokratiyanı ləkələmək üçün hər şeyi edən oliqarxlar idi. Putin onları itaətkar və Kremlə sadiq oliqarxlarla əvəzləyib.

Uzun illər Kremlin məsləhətçisi olmuş politoloq Qleb Pavlovski deyir: “Kremlin içərisində kiçik, zəif və bəlkə də cəsarətli bir adam var, amma dəhşətdən içində boğulur”.

 

“Gələcəyin İdeologiyası”

Rusiya iqtisadiyyatı ABŞ-ın sanksiyaları ilə “su altında qalıb”. Onun iqtisadiyyatı o qədər kiçikdir ki, demək olar ki, ilk 5 iqtisadiyyatdan biri hesab edilmir. İqtisadiyyat ildə cəmi 1 faiz artır.

Rusiyanın mədəni zənginliyinə baxmayaraq, sərhədlərindən kənarda heç nə edə bilmir. K-pop musiqisi və filmləri sayəsində Cənubi Koreyanın xarici dünyaya daha çox mədəni çıxışı var.

Bununla birlikdə, Rusiya dünyanın hər yerində istibdadçılar və müstəbidlər üçün “qütbləşmə” halına gəlib; Kreml media və “siyasi texnologiyalar” adlandırılan digər vasitələrlə bu gün liderləri ləkələmədə ustalaşıb və Amerikanın yaratdığı dünya nizamını pozur.

Buna yanıltıcı saxta xəbərlər, sadə faktları mürəkkəb sui-qəsd nəzəriyyələri ilə pərdələmə, siyasi rəqibləri “xalqın düşməni” adlandırmaq və s. daxildir.

Rusiya, Qərbin təqdim etdiyi “seçim illüziyasından” fərqli olaraq, “Gələcəyin İdeologiyası” adlanan alternativ yaradıb və özünü hüdudsuz seçim bacarığı ilə fərqlənən yeganə lider olaraq göstərməyə çalışır. Çin də despotizmi dəstəkləyir, amma hətta Si Zinpin Putinin Krımda işlədə bildiyi sürəti yığa bilmir.

Rus avtoritarizminin cazibəsi Qərb dəyərlərinin təməli kimi qəbul edilən Macarıstan və Polşa kimi ölkələrdə özünə əlverişli zəmin tapıb. Bu yanaşma Avropanın digər, hətta bəzi amerikalı seçicilər üçün də cəlbedici olub.

Kremlin sabiq müşaviri Qleb Pavlovski Qərbi Avropaya səfərində insanların “Rusiyada müdrik və güclü prezidentiniz olduğu üçün bəxtəvərsinizz!” – deməsinə təəccüblənib: “Putinin böyük insan olduğuna dair demək olar ki, yekdil fikir var. O, De Qollun davamçısıdır. Putin də, yəqin ki, belə düşünür. Amma bu illüziyadır, onun sonu yaxınlaşır”.

Əlbəttə, bütün ruslar, xüsusən yayda Moskva və Sankt-Peterburqda Putinə etiraz etmək üçün küçələrə axışan gənclər Putin dövrünün tezliklə sona çatacağına əmin deyillər.

Lakin təhlükəsizlik qüvvələri bunun qarşısını becid alıb. Putinin azalan populyarlığının aşağı istiqamətlənməsini saxlamaq üçün çılpaq güc tətbiq edilib.

Levada Mərkəzinin noyabr ayında keçirdiyi sorğuya görə, Putinin populyarlıq səviyyəsi 70%-ə çatıb. Bu, sözsüz ki, Krımın ilhaqının eyforiyasından qaynaqlanır, lakin iqtisadi artımın dayanması və parlaq perspektivin yoxluğu (əksinə, azalma perspektivi var) ilə səciyyələnən ölkə üçün hələ də çox yüksək göstəricidir.

Tərcümə: Strateq.az