XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 08:25

REGİONU QARIŞDIRACAQ QƏTL… –İRANIN ƏFSANƏVİ GENERALI ÖLDÜRÜLDÜ!

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Qüds” qüvvələrinin komandanı, general Qasim Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.

Bu barədə “PRESS TV” məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.

Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasim Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.

Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.

“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani, bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”(report).

***

“İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.

APA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu İranın Ali rəhbərin məsləhət orqanının keşmiş komandanı Möhsin Rezai “Twitter” səhifəsində bildirib.

O, general Süleymaninin şəhid qardaşlarına qoşularaq ABŞ-dan qisas aldığını qeyd edib.

İran prezidentinin müşaviri Hüsaməddin Aşna isə ABŞ-ın “öz azart oyunları ilə” Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını və bunun nəticələrinə hazır olmalı olduğunu söyləyib.

Pentaqon da öz növbəsində general Suleymaninin öldürdüyü xəbərini təsdiq edib.

ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə atılıb. 

***

Adı açıqlanmayan ABŞ rəsmisi cümə günü Bağdadda “İranla əlaqəli iki hədəfə” zərbə endirildiyini təsdiqləyib.

APA “Reuters”-ə istinadən xəbər verir ki, Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymaninin də öldürüldüyü iddia edilir.

Lakin bununla bağlı Pentaqon hələlik rəsmi olaraq heç bir münasibət bildirməyib.

***

Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasim Süleymani ölüb.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə “Al Arabiya”, “Al Jazeera” və “Sky News” telekanalları bildirib.

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub.3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir (Trend).




Yuxarı Əvvələ Ana Səhifə