XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2020 - 18:48

POMPEO SÜLEYMANİNİN ÖLDÜRÜLMƏSİNDƏN DANIŞDI, TEHRANA XƏBƏRDARLIQ ETDİ:"Hücumlarımız daha sərt olacaq"

ABŞ Dövlət katibi Pompeo rəsmi Tehrana açıq xəbərdarlıq edib.

Strateq.az xəbər verir ki, “ABC News”a iranlı general Qasım Süleymaninin öldürülməsi haqda danışan Pompeo bu gün dünyanın daha güvənli bir yer olduğunu bildirib: “Bu, dəqiq belədir. Dünya artıq daha təhlükəsizdir”.

Dövlət katibi Amerika kəşfiyyatının Qasım Süleymanini izlədiyini etiraf edib: “Kəşfiyyat qaynaqlarımız Süleymaninin üzərində fokuslanmışdı. Şübhə etmirəm ki, bu hadisə ilə İran rəhbərliyi Trampın mesajını açıq formada aldı”.

Pompeo ABŞ-ın mövqelərinə hər hansı bir hücum olacağı təqdirdə, boş durmayacaqlarını da bəyan edib: “Bizə qarşı  əmr verənlərə qarşı hücumlarımız daha sərt olacaq”.